ELM

Təhsildə inqilabi dəyişiklik: qəbul imtahanı ləğv olunur

© Sputnik / Rahim MuradovLənkəran şəhər 4 saylı məktəb-liseydə jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib
Lənkəran şəhər 4 saylı məktəb-liseydə jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

BAKI, 7 iyun — Sputnik. Azərbaycanda “Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişiklik Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə bildirib ki, dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.

A.Mollazadə kursların ödənişli nəzərdə tutulduğunu deyib.

Xəbər lenti
0