Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Köhnə toqquşmanın yeni meydanı

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidФлаги России и США
Флаги России и США - Sputnik Azərbaycan
Abunə olmaq
Qara dəniz və Ukraynada yeni gərginlik yaşana bilər

BAKI, 2 mart — Sputnik. Bu il 53-cü dəfə təşkil edilən Münhen Təhlükəsizlik Konfransının əsas gündəm maddələri Donald Trampın ABŞ prezidenti seçilməsi, İngiltərənin Avropa İttifaqından ayrılması, Suriyadakı sülh danışıqları, Asiya-Sakit okean bölgəsindəki ticarət və hərbi proseslər idi. Konfransda Rusiya ilə NATO üzvləri arasında söz dueli davam etdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışında "Soyuq müharibə hələ bitməyib" cümləsi dünyadakı geosiyasi tarazlığın görünməsi baxımından vacib idi.

Azərbaycan bayrağı, arxa fonda ingiliscə Şərq və Qərb sözləri yazılıb - Sputnik Azərbaycan
SİYASƏT
Üzümüzü kimə çevirməli: Qərbə, yoxsa Şərqə?

Seçki kampaniyası dövründə Trampın NATO-nu əhəmiyyətini itirmiş bir təşkilata bənzətməsi Rusiyanı ümidləndirsə də, konfransa qatılan ABŞ prezidentinin müşaviri Mayk Pensin NATO-ya güclü dəstək mesajları verməsi və Krımı Rusiyanın tərkib hissəsi kimi tanımayacaqlarını söyləməsi Moskvanın gözləntilərini boşa çıxardı. Münhen Konfransı ilə paralel olaraq Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Zirvəsində təşkilat ilə Rusiya əlaqələrinin gələcəyinə təsir edə biləcək önəmli qərar verildi.

NATO-nun Qara dənizdəki hərbi varlığını artırması təklifinin qəbul edilməsi ilə bundan sonra Qara dənizdə daha çox NATO gəmisi üzəcək. Gəmilərə əmr və göstəriş isə İngiltərədə yerləşən Markom bazasından veriləcək. Türkiyə bu qərarın Rusiya ilə gərginliyə səbəb olmaması üçün, gəmilərin bütün hərəkət trayektoriyasının öncədən Ankaraya bildirilməsin şərtini ortaya qoyub. NATO-nun yeni qərarının 2017-ci ilin mayından etibarən qüvvəyə minməsi nəzərdə tutulur.

NATO müdafiə nazirlərinin 2016-cı ilin oktyabr konfransında qəbul etdikləri, Alyansın şərq sərhədini Rusiyaya qarşı gücləndirmək məqsədiylə Estoniya, Latviya, Litva və Polşaya 4 batalyon yerləşdirilməsi planı artıq bu aydan etibarən tətbiq edildi. Rusiya NATO-nun 2004-cü ildən sonra Baltik ölkələrində hərbi bazalar yaratmasından narahatlıq duyduğunu elan edən zaman, bu günləri görmüş və bu istiqamətdə tədbirlərini almışdı.

Putinin təhlükəsizlik doktrinası

BMT yığıncağı - Sputnik Azərbaycan
RUSİYA
BMT-də Rusiya-Qərb gərginliyi yaşandı

Avropa İttifaqı və ABŞ 2000-ci illərdən etibarən əsas diqqəti Gürcüstan, Ukrayna və Qırğızıstandakı yeni siyasi düzən üzərində cəmlədi. Kreml Qərbin bu strategiyasını Rusiyanı zəiflətmək siyasəti olaraq qiymətləndirdi. Çünki Rusiyanın yaratmağa çalışdığı Avrasiya İttifaqı içərisində bu üç ölkənin əhəmiyyətli yeri var.

Bu ölkələrin NATO və Avropaya meylli siyasət izləməsi Moskvanın Avrasiya planını zəiflədə bilərdi. Putin 10 fevral 2007-ci il tarixdə Münhen Təhlükəsizlik Konfransında etdiyi çıxışında, Rusiyanın yeni xarici siyasət anlayışını açıq elan etdi. O, təkqütblü dünyanı heç vaxt qəbul etməyəcəklərini, Amerikanın hegemonluğuna qarşı duracaqlarını söylədi. Vladimir Putinin bu çıxışı daha sonra "Münhen Doktrinası" olaraq da adlandırıldı.

Bu doktrinaya əsasən, min illik tarixi ilə hər zaman müstəqil xarici siyasət aparan Rusiyanın təhdidlərə və mühasirələrə heç vaxt boyun əyməyəcəyi, lazımi qarşılıq verəcəyi elan edilmiş oldu. Putinin 2004-də Münhendəki çıxışı hazırki Rusiya siyasətinin ilkin işarələrini əslində verirdi. Ancaq nə ABŞ, nə də Avropa Putini o vaxt ciddiyə aldı.

Vladimir Putin oxşar bəyanatı 10 fevral 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında da səsləndirdi. Bu söhbətdən sonra 15 iyul 2008-ci ildə Rusiyada yeni xarici siyasət konsepsiyası açıqlandı. Daha sonra aktiv hərəkətə keçilərək başda Gürcüstan olmaq üzrə, Ukrayna, Krım və Suriyaya müdaxilə edildi. Moskva, 17 fevral 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın müstəqilliyini elan etməsinə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyaraq cavab verdi. Beləcə Rusiya, ABŞ və Avropaya bir mənada ultimatum verdi.

NATO-nun genişlənməsi və Rusiyanın cavab addımları

Rusiya 2008-ci ildən etibarən ABŞ-da prezident postuna gələn Obamanın passiv Rusiya siyasətindən faydalandı. Putin, Obama rəhbərliyindəki ABŞ siyasətini "təsirsiz və çarəsiz" olaraq xarakterizə edərək qarşısındakı maneələri aşmağa başladı.

Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi həm Qərbdə, həm də Rusiyada yeni strategiyalara müəyyən yol açdı. 5 fevral 2010-cu il tarixində Rusiya Hərbi Doktrinası qəbul edildi. Bu doktrina çərçivəsində Şimali Qafqazdakı separatçı hərəkətlər və NATO-nun şərqə doğru genişlənməsi ən böyük təhdidlər olaraq sıralandı. Rusiya NATO-nun genişlənməsinə qarşı Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və s. təşkilatların qurulmasına liderlik etdi.

Самолеты Су-34, Т-50 и Су-35 - Sputnik Azərbaycan
Rusiya qırıcıları Qərbi şoka salıb

Şərqi Avropa, Qara dəniz, Xəzər və Orta Asiyadakı geosiyasi üstünlüyünü itirmək istəməyən Rusiya, dünyaya, əsasən də Qərbə meydan oxumaqla bütün xarici qüvvələri uzaqlaşdırmağı qarşısına məqsəd qoyub. Rusiya üçün isti dəniz limanlarında yer almaq, bu ölkənin xarici siyasətinin ən mühüm prioritetdir.

Geosiyasi qayğılar nəzərə alındığı zaman Kreml haqsız da sayılmaz. Putinli Rusiya beynəlxalq sistemdəki geosiyasi və geostrateji mövqeyini yeni güc tarazlığı yaratmaq üzərinə qurub. Rusiyanı bütün dünyada qlobal bir güc olaraq göstərmə səyi rus strategiyasının alətlərini və arqumentlərini da ortaya çıxarır.

Qara dəniz və Ukrayna yenidən "isinir"

Rusiya ABŞ və Aİ-nin Şərqi Avropa ölkələri üçün ortaya atdığı "Şərq Tərəfdaşlığı" (Eastern Partnership) ideyasına qarşı tədbirlər almağa çalışır. Bu çərçivədə Avropa və Amerikanın peyki mövqeyində olan Polşanın Ukrayna və Belarus üzərindəki siyasi, iqtisadi, ictimai və mədəni təsirlərinin azaldılmasına çalışılır. Ayrıca "Şərq Tərəfdaşlığı" layihəsi nəticəsində Rusiyanın enerji siyasəti və enerji təhlükəsizliyi zərər gördü. Rusiya, əslində "Türk Axını" layihəsi ilə enerji təhlükəsizliyini zəmanət altına almağa çalışır.

Глава МИД РФ Сергей Лавров. Архивное фото - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ilə ABŞ arasında dialoq başlayıb

SSRİ dövründə Qərbin Qara dənizdəki yeganə müttəfiqi NATO üzvü Türkiyə ikən, daha sonra Bolqarıstan və Rumıniyanın 2004-cü ildə NATO-ya və 2007-ci ildə Aİ-yə qatılmaları ilə Qara dəniz Qərbin təsir sahəsinə girmiş oldu. NATO-nun Qara dənizə sahili olan Rumıniya, Bolqarıstan kimi bölgə ölkələrini də içinə alacaq şəkildə genişlənməsi Rusiyanı narahat etdi. Rusiya bu vəziyyətə iqtisadi və hərbi mənada gücsüz olduğu 2008-ci ilə qədər reaksiya vermədi. 2008-ci ildə isə Gürcüstan ilə birlikdə Qara dəniz siyasətini yenidən aktiv hala gətirdi.

Putinin Qara dənizdəki strateji prioritetləri

Rusiya ABŞ-ın təsiri ilə Avropadan gələn təzyiqləri Suriya əməliyyatı ilə önləmək istədi və bunu Obama dövründə bacardı. Ayrıca, İraq müharibəsindən sonra Yaxın Şərqdə ABŞ-ın imicinin pisləşdiyi bir şəraitdə, Suriyada terrorizmlə mübarizə edən xilaskar dövlət olaraq göründü. Əslində bu siyasət Rusiyanı bölgədə hər ölkə üçün mütləq münasibət qurulması vacib olan bir dövlət halına gətirdi. Ancaq Donald Trampın prezident seçilməsi ilə tarazlıqların yenidən dəyişməsi də istisna deyil.

Rusiya ABŞ-ın Qara dəniz siyasətinə qarşılıq, Avrasiya şahmat taxtasında geosiyasi mehvər olaraq Ukraynanı görür. Xüsusilə Krımdakı rus donanması Qara dənizin zəmanəti olaraq xarakterizə edilir. ABŞ və Avropa isə Rusiyaya qarşı Türkiyəni özlərinə qalxan etmək istəsələr də, Ankara ilə Moskva arasında son dövrdəki yaxınlaşma buna mane olur.

Həm Putinin, həm də Ərdoğanın Qərbdən bu qədər təzyiqlərə məruz qalmasının səbəbi Ankara-Moskva əməkdaşlığı ilə bağlıdır. Rusiya ilə Türkiyənin əlaqələrinin qarşısındakı əsl təhlükə iki ölkə dostluğunun Ərdoğan-Putin təşəbbüsü ilə məhdudlaşmasıdır. Gələcəkdə iki ölkəni nələrin gözlədiyini heç kim təxmin edə bilmir.

Rusiyanın qaz və neft satışı üçün Qara dənizə ehtiyacı var

Tanınmamış Luqansk Xaılq Respublikasının əsgəri - Sputnik Azərbaycan
Ukraynada müharibə yenidən başladı, çoxlu sayda ölən var

Ukrayna və Krım təkcə Qara dənizin təhlükəsizliyi üçün yox, eyni zamanda Rusiyanın öz təbii qazını daşıması üçün də həyati əhəmiyyətə malikdir. Çünki qaz və neft ehtiyatları Avropaya bu bölgədən keçir.

Rusiyaya görə, Qara dənizin təhlükəsizliyi eyni zamanda Qafqazın da təhlükəsizliyi deməkdir. Rusiya Qara dənizi zəmanət altına ala bilməməsi halında Qərbin böhranı Qafqaza daşıyacağından narahatdır. ABŞ-ın Gürcüstandakı hərbi varlığını artırması Kremlin maraqlarına birbaşa ziddir.

Moskvada hesab edirlər ki, İranla gərginlik vəziyyətində ABŞ Gürcüstandan baza kimi istifadə edə bilər. İranda da oxşar fikir hakimdir. Tehrana görə, Qara dənizə və Gürcüstana yerləşdirilən NATO qüvvələri və hərbi texnikası gələcəkdə İrana müdaxilə üçün istifadə məqsədi daşıyır. Son hadisələr də göstərir ki, qarşıdakı vaxtlarda Qərb ilə Rusiya arasında Qara dəniz üzərindən yeni gərginliklər yaşana bilər.

Xəbər lenti
0