Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT-də Rusiya-Qərb gərginliyi yaşandı

© REUTERS / Lucas JacksonBMT yığıncağı
BMT yığıncağı - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Obraynın sözlərinə sərt reaksiya verib: "Nəsihət dinləmək istəsəydik, kilsəyə gedərdik"

BAKI, 27 okt — Sputnik. Suriyanın Hələb şəhərinə humanitar yardımların çatdırılması məqsədi ilə keçirilən BMT yığıncağı Rusiya ilə bəzi ölkə nümayəndələrinin münaqişələrinə səhnə olub. Sputnik bu barədə Haberturk-ə istinadən xəbər verir.

Заседание Совета безопасности ООН. Архивное фото - Sputnik Azərbaycan
BMT TŞ-da sədrlik Rusiyaya keçib

Toplantının açılışında çıxış edən BMT-nin Humanitar İşləri üzrə baş katib müavini Stiven Obrayn Hələbin ölüm bölgəsinə çevrildiyini söyləyib. Günahsız insanların Rusiya və Əsəd rejimi tərəfindən bombaladığını vurğulayan Obrayn həyatda qalanların isə aclığa məhkum edildiklərini bildirib.

Müharibənin sonlandırılması və bölgəyə humanitar yardım göndərilməsinin BMT Təhlükəsizlik Şurasının məsuliyyəti olduğunu dilə gətirən Obrayn qeyd edib ki, ancaq aylardır bunun üçün bir addım belə atılmayıb: "Tədbir görülməyəcəyi təqdirdə nə xilas ediləcək Suriyə, nə də Suriya xalqı qalacaq. Suriya bu şuranın utandığı bir miras kimi qalacaq. Bunun qarşısını almaq sizin məsuliyyətinizdədir".

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə Obraynın sözlərinə reaksiya göstərərək deyib ki, "nəsihət dinləmək istəsəydik kilsəyə gedərdik". Obraynı "ədalətli və dürüst olmamaqda" ittiham edən Çurkin, Hələbdə elan etdikləri 8 günlük atəşkəsdən heç bəhs edilmədiyini söyləyib.

Çurkinin bu sözlərinə isə, ABŞ-nın BMT-dəki daimi nümayəndəsi Sementa Pavır öz reaksiyasını göstərərək deyib ki, "Suriyada hərb cinayətkarlığa bir gün fasilə verdiyiniz üçün təşəkkür gözləməyin".

Yığıncaqda Əsəd rejiminin nümayəndəsi Bəşər Cəfəri çıxış edərkən isə qərbli ölkələrin nümayəndələri salonu tərk ediblər.

Xəbər lenti
0