BAKI, 20 dek — Sputnik. Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Sputnik New York Times-a istinadən xəbər verir ki, Rusiya tərəfdarı olan silahlı qruplarla Ukrayna əsgərləri arasında şiddətli döyüşlər başlayıb. Nəticədə 20 nəfər Rusiya tərəfdarı və 5 ukraynalı əsgər həlak olub.
Tərəflər atəşkəsin pozulmasında bir-birlərini təqsirləndiriblər. Ukraynanın Müdafiə Nazirliyi iddia edir ki, Debaltsevdəki rusiyayönümlü silahlı dəstələr ukraynalı əsgərləri 2 saat aralıqsız atəşə tutub.
Donbass bölgəsində Rusiya tərəfdarları ilə Ukrayna qüvvələri arasında toqquşmaların başladığı 6 aprel 2014-cü ildən indiyədək 10 mindən çox insan dünyasını dəyişib.