Rusiya qırıcıları Qərbi şoka salıb

© Sputnik / Vladimir AstapkovichСамолеты Су-34, Т-50 и Су-35
Самолеты Су-34, Т-50 и Су-35 - Sputnik Azərbaycan
Abunə olmaq
Hələ son zamanlar Qərbin hərbi dairələri Rusiya hərbi texnikasının inkişafına şübhə ilə yanaşır, onları "köhnəlmiş" adlandırırdılar

BAKI, 30 yan — Sputnik. Rusiyanın yeni hərbi silahların yaradılması üçün yüksək texnologiyalardan istifadə etməsi Qərbi və İsraili şoka salıb. Trend-in məlumatına görə, bu barədə "Independent" qəzeti yazır. Qeyd olunur ki, hələ son zamanlar Qərbin hərbi dairələri Rusiya hərbi texnikasının inkişafına şübhə ilə yanaşır, onları "köhnəlmiş" adlandırırdılar. Amma Suriyada gördükləri Qərbdə əsl şok yaradıb.

Самолет Су-25 на всероссийском этапе международного конкурса Авиадартс-2015 - Sputnik Azərbaycan
"Rusiya Türkiyə sərhədində yeni hərbi baza yaradır"

Məqalədə bildirilir ki, Rusiya qırıcıları Suriyada bəzi günlərdə ABŞ başda olmaqla, beynəlxalq koalisiya qüvvələrindən daha çox uçuş həyata keçiriblər. Bundan başqa, Rusiya Hərbi Dəniz Donanması öz raketlərini Xəzər dənizindən 900 mil məsafədən Suriya istiqamətində buraxır.

ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı Ben Hodces bu yaxınlarda bəyan edib ki, "Rusiyanın Suriya və Ukraynada hərbi radioelektron vasitələrin inkişafındakı uğurları inanılmazdır".

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı, general Frenk Qorents isə hesab edir ki, Rusiya Krım və Kalininqradda hava hücumundan müdafiə kompleksləri yerləşdirmək istəyir ki, onlar NATO-nun bəzi ərazilərə, xususilə də Polşaya təhlükəsiz çıxışlarını son dərəcədə çətinləşdirəcək.

"Independent" yazır ki, həmçinin İsrail Rusiyanın artan hərbi gücünü həyəcanla izləyir. İsrail sonda İranın Rusiyanın müasir hərbi texnikasını əldə edə biləcəyindən ehtiyatlanır.

Xəbər lenti
0