CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzünə kislota atılan, bıçaqlanan, güllələnən qadın

CC0 / isabellaquintana / dollOvcunda gəlincik sıxan adam, arxiv şəkli
Ovcunda gəlincik sıxan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bizdə qadını o qədər sevirlər ki, təhsildən, işdən, ictimaiyyətdən məhrum edirlər. Sonda da ən xırda anlaşılmazlıqlardan gözləri kor olur və sevə-sevə öldürürlər.

Son günlərdə sosial şəbəkədə #QadınQətllərinəSon həştəqi ilə keçirilən etiraz aksiyası diqqətimi çəkdi. Ölkəmizdə bu etiraz aksiyasına hər kəs qoşuldu. Yaxşı yadımdadır ki, Türkiyədə Özgəcan Aslan da amansızlıqla öldürüləndə böyük səs-küy yaranmışdı və hərə bir cür etiraz edirdi. Sual yaranır ki, bu qədər insan qadınların qətlinə etiraz edirsə, bəs niyə bu qədər qadın qətlə yetirilir?

Hər dəfə ağrılı-acılı qadın taleyi ilə rastlaşanda, öldürülən qadın xəbərləri oxuyanda yadıma Bərgən adlı müğənni düşür. Əsl adı Bəlgin Sarılmışər olan, 1959-cu ilin 15 iyulunda Türkiyənin Mersin şəhərində doğulan Bərgən 18 yaşı olanda dostları ilə bir gecə klubuna gedir və orda dostlarının təkidi ilə səhnəyə çıxıb Orxan Gəncəbayın “Batsın bu dünya” mahnısını oxuyur. Bərgənin səsinə heyran olan klub sahibi ona iş təklif edir və onsuz da maddi sıxıntılar çəkən, maddiyyat üzündən təhsilini də yarımçıq qoyan qız klub sahibi ilə razılaşır. 

Xalq artisti Nuriyyə Əhmədova, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Onlar niyə xoşbəxt ola bilmədilər?

Həmin gecədən sonra ulduzu parlayan, müxtəlif klublardan təklif alan Bərgən Adanada bir gecə klubunda işləməyə başlayır. Burada klub sahibi ilə razılaşır ki, ona bir avtomobil verilsin və bunun müqabilində səkkiz ay işləsin. Ona avtomobil verilir, amma səkkiz ayın sonunda avtomobil Bərgənin adına sənədləşdirilmədiyi üçün klub sahibi tərəfindən geri alınır. Xəyal qırıqlığına uğrayan gənc qıza klubun ansamblında işləyən musiqiçi Halis kömək edir. Ona həm maddi dəstəyi olur, həm də başqa yerdə işə düzəldir. Doğrusunu kimsə bilməz, amma çox güman ki, minnət borcu Bərgəni Halisə aşiq edir və birlikdə yaşamağa başlayırlar.

Tez zamanda məşhurlaşan Bərgən 1988-ci ildə Barbaros Yüksələ verdiyi müsahibəsində belə deyir: “Minnət borcundan bir eşq doğuldu. Mən səhnəni çox sevən, sənətə aşiq olan biriydim. Halis isə çox qısqanc idi. Məni ilk döyməsi də o zamanlar başladı. Səhnədən aldı və evə kilidlədi. Nişanlanandan sonra hər gün döyülürdüm.” Jurnalistin “Döyürdüsə, niyə tərk etmirdin?” sualına “Dəli kimi aşiqdim, ata bilmirdim” cavabını verir.

© Photo : Public DomainTürk müşənnisi Bərgən
Türk müşənnisi Bərgən - Sputnik Azərbaycan
Türk müşənnisi Bərgən

Absurddur, amma həqiqətdir. Bərgən daha sonralar Halisin evli olduğunu, üç uşaq atası olduğunu öyrənir. Bundan sonra onunla bir müddət görüşmür. Ankarada yenidən səhnəyə çıxmağa başlayır. Bülent Ərsoy, İbrahim Tatlısəs, Müjde Ar ilə bir səhnəni paylaşır. Həmin vaxt onun anasının yaşadığı Adanadakı evində bir yanğın olur və onu bu vəziyyətdən təkrar xilas edən də məhz Halis olur. Yəni həm aşiq olduğu, həm ilk minnət duyduğu, həm də aldadıldığı adama ikinci minnət borcu yaranır. Birlikdəlik yenidən başlayır, amma dava-dalaş səngimir, gah küsür, gah barışırlar. Nəhayət, 1982-ci ilin 9 yanvarında rəsmi nigahla evlənirlər. 

Qaraderili insan - Sputnik Azərbaycan
YAZARLAR
Yamaykalı kürəkən

Aldadıldığını bilsə də, döyülsə də, səhnədən ayrı qalıb dörd divar arasına qapadılsa da Halislə evlənir. Unudulmayan minnət borcu, hədə-qorxu, yoxsa hər şeyi gözə alan bir sevgimi buna səbəb olur, bəlli deyil. 

Evləndikdən sonra əri Halis Bərgəni hədələyir. “Səhnəyə çıxsan üzünə kislota atacağam” deyir. Bərgən isə sevdiyi səhnədən ayrıla bilmir, ərinin hədə-qorxusuna rəğmən, səhnəyə çıxır. 1982-ci ilin yayında İzmirdəki gecə klublarının birindən çıxarkən pulla satın alınmış bir adam Bərgənin üzünə kislota səpir. Üzü və bütün bədəni yanır, hər iki gözü kor olur. Sifarişçi olduğuna görə əri yeddi il azadlıqdan məhrum edilir. Bərgən isə dəfələrlə əməliyyat olunur. Gözünün biri tamamilə sıradan çıxsa da, digər gözünün görmə qabiliyyəti bərpa edilir. Buna görə də 1982-ci ildən sonrakı görüntülərinin hamısında bir gözü saçları ilə örtülüdür. Uzun müddət sonra səhnəyə çıxır, amma yenə çox keçmir ki, konsertlərinin birində səhnəyə çıxan gənc oğlan müğənninin bədəninə yeddi bıçaq zərbəsi vurur. Yenidən ağır əməliyyatlar keçirir, uzun müddət əlil arabasında gəzir. Sağalan kimi sevdiyi səhnəyə qayıdır.

Həm səsi ilə, həm də gözəlliyi ilə dövrünə meydan oxuyur Bərgən. Bir konsertində müğənniyə gül verən qız “çox gözəlsiniz” deyir, Bərgən isə “pozdular o gözəlliyi” cavabını verir. Başqa bir konsertində ön sırada oturub onu dinləyən Sezen Aksu yanındakılara “bu qadını kislota belə çirkinləşdirə bilməyib” deyir. 

Qadın - Sputnik Azərbaycan
HADİSƏ
Boşadığı arvadını qaçırdı

O zamanlar Türkiyənin yeganə kanalı olan TV1-də arabesk musiqisi qadağan olunmuşdu. Amma Bərgən arabesk musiqisini ekranda ifa edən və müsahibə verən ilk arabesk ifaçısı idi. Milyonların sevgisi telekanalı məcbur etmişdi Bərgənlə reportaj hazırlamağa, bu isə müğənninin ilk və son reportajı idi. Bundan başqa albomunun satışı 700 000-lə rekord qıran Bərgən, eyni anda həm “Altın pilak”, həm də “Altın kasset” mükafatlarını almışdı. Bu mükafatların ikisini də eyni anda alan yeganə sənətçi kimi tarixə düşmüşdü. Dəfələrlə ilin qadın sənətçisi seçilmişdi.

Xoşbəxtliyi yenə uzun sürmədi. 1989-cu ildə bütün qəzetlərin birinci səhifəsi bu başlıqları yazırdı: “Acıların qadını öldürüldü”, “Acıların qadınına acı son”, “Sürətli yaşadı, gənc öldü”. Son başlıq daha çox ifadə edirdi Bərgəni. Sürətli yaşayıb, gənc ölmüşdü — cəmi 30 yaşında. Zindandan çıxan əri Halis tərəfindən bir restoranın önündə kürəyindən güllələnərək öldürülmüşdü. Əri isə bu cinayətdən sonra cəmi yeddi ay cəza çəkib sərbəst buraxıldı. 

Gəncədə ər keçmiş arvadını qətlə yetirib - Sputnik Azərbaycan
HADİSƏ
Keçmiş arvadını qətlə yetirdi, baldızını isə yaraladı

Bəlkə biraz uzun oldu, amma mən Bərgənin taleyindən daha ibrətamiz qadın taleyi tanımıram. Həm uğurlarla, həm də faciələrlə bol həyat, heç bir zülmün güc gələ bilmədiyi nəhəng sevgiylə dolmuş ürək… Poetika deyil, həqiqətən elədir. 

Qəbələdə öldürülən üç uşaq anasının qətlinə etiraz aksiyaları  mənə Bərgəni əbəs yerə xatırlatmadı. Yazının əvvəlində “bu qədər insan qadınların qətlinə etiraz edirsə, bəs niyə bu qədər qadın qətlə yetirilir?” sualını da əbəs vermədim. Çünki Bərgən ən çox sevdiyi və ən çox sevildiyi insan tərəfindən öldürülmüşdü. Nifrətdən yox, sevgidən qətlə yetirilmişdi acıların qadını. 

Bizdə qadını o qədər sevirlər ki, təhsildən, işdən, ictimaiyyətdən məhrum edirlər. Sonda da ən xırda anlaşılmazlıqlardan gözləri kor olur və sevə-sevə öldürürlər. Siz qadınları çadraya bürüyəndə, onlara seks maşını, uşaq aparatı kimi baxanda, evə qapadanda, təhsildən, işdən, ictimai həyatdan məhrum edənə öldürdünüz. Bunların yanında doğramaq nədir ki?

Xəbər lenti
0