Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bodibilder: Qadın bodibildinqlə məşğul olub kişi kimi görünməməlidir

© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Bobibilder Seymur Sadıqov: Bodibildinq siqaret kimidir. Sanki asılılıq yaradır. Məşq etməyəndə əsəbi oluram, qızdırmam olur, hamı ilə kobud danışıram.

BAKI, 28 okt — Sputnik. Oktyabrın 30-da Bakıda Bodibildinq idman növü üzrə Respublika çempionatı keçiriləcək. Azərbaycanda ildən-ilə bu idman növünə maraq artır. İkiqat Azərbaycan üçüncüsü Seymur Sadıqov Sputnik-ə bodibildinq idman növünün sirlərini açıqlayıb. Müsahibəni təqdim edirik. 

- Əvvəl peşəkar güləşçi olmusuz. Niyə sonradan idman növünü dəyişib bodibildinqlə məşğul olmaq qərarına gəldiniz?

— 6 il sərbəst güləşlə məşğul olmuşam. Sonradan onurğamdan zədə aldığım üçün idmandan uzaqlaşmalı oldum. 2 il fasilə verəndən sonra qərara gəldim ki, formamı bərpa etmək üçün məşq edim. Fikrimdə peşəkar idmanla məşğul olmaq yox idi. Trenajorda məşq etdikcə bədənim formalaşdı. Ətrafımda olan dostlarım bodibildinqdən yarışlara çıxırdı. Mənim bu yarışlar haqqında anlayışım yox idi. Sonra dostlar dedilər ki, yarışa mən də qatıla bilərəm. Beləliklə, özümü sınamaq qərarına gəldim. 2014-cü ildə Respublika çempionatın qatıldım və bürünc medal qazandım, 2015-ci ildə də bürünc mükafatçı oldum. Hal-hazırda 30 oktyabrda keçiriləcək Respublika çempionatına ciddi hazırlaşıram. 

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax (soldan 3-cü) və Rio-2016 Təşkilat komitəsinin sədri Artur Nuzman (sağda) BOK-un  129-cu sessiyası zamanı. Rio-de-Janeyro, 1 avqust 2016-cı il - Sputnik Azərbaycan
İDMAN
İdmansevərlərə müjdə: 5 idman növü Olimpiadaya daxil edilib

- Bodibildinqin digər idman növlərindən fərqi nədir?

— Bu idman siqaret kimidir. Sanki asılılıq yaradır. Məşq etməyəndə əsəbi oluram, qızdırmam olur, hamı ilə kobud danışıram. Amma zala daxil olub bir az məşq edirəm bütün stressimi atıram.

- Bodibildinqi dopinqsiz təsəvvür etmək mümkün deyil. Dopinqin sonrakı fəsadları nələr ola bilir?

— Dopinqi bilən adam bundan istifadə etməlidir. Dopinq qəbul edilirsə onun bədəndən çıxarılmasına diqqət yetiriməlidir. Əks halda fəsadları ola bilər. Dopinq bədəndə qalanda böyrəkləri sıradan çıxarır, sümükdə kalsium emalı zəifləyir, saç tökülür. Bunları aradan qaldırmaq üçün çiy balqabaq şirəsi içirik, balqabağı qaynadıb yeyirik, itburnunu, qarğıdalı saçaqlarını dəmləyib içirik ki, böyrəklər yuyulsun. Bir sözlə diqqətli olmaq lazımdır.

- Bodibildinq idman növündə hansı yarışlara qatılmısınız?

— Bakıda yalnız Respublika yarışlarına qatılıram. Bakı birinciliyi olan yarışlar zəif keçirildiyindən iştirak etmirəm. Qarşıda may ayında Avropa çempionatı var, ora qatılmağı düşünürəm. 

Dopinq - Sputnik Azərbaycan
İDMAN
İdmançılara istifadəsi qadağan olunan maddələrin siyahısı açıqlandı

- Bodibildinqdə neçə çəki dərəcəsi var?

— Bu idman növündə iki kateqoriya var. Klassika var, yəni boyu ilə çəkisi eyni olanlar. Onlar  bir çəkidə yarışır. Bir də bodibildinq yarışları keçirilir. Boy ilə çəki uyğun olmayanlar bu yarışda iştirak edirlər. Mən 2015-ci ildə klassikada çıxış etmişəm, bu il 85 kq çəki dərəcəsində bodibildinqdə iştirak edəcəm. 

- Bu idman növü xüsusi dieta tələb edir. Hansı qidalardan imtina edirsiniz?

— Çörək və şirniyyat, xəmir xorəkləri, yağlı yeməklər və qızartma yeməklər yemək olmaz. Çörək əvəzinə dietik çörək yeyirik. Kəsmik, yumurtanın ağı, suda qaynanmış toyuğun döş əti və düyü  yeyilir. Yarışa 15 gün qalmış ancaq toyuğun döş ətinin suda qaynanmasını duzsuz halda yeyirik və acı kofe içirik. Suyu da yarışa yaxın az içməli oluruq. Yarışa bir gün qalmış xüsusilə su içmək olmaz. Bütün bədən quru olmalıdır ki, əzələlər rahat üzə çıxsın.

© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
1/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
2/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
3/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
4/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
5/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
6/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
7/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
8/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
9/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
10/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
11/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
12/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
13/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
14/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
15/16
Bobibilder Seymur Sadıqov
© Sputnik / Murad OrujovBobibilder Seymur Sadıqov
Bobibilder Seymur Sadıqov - Sputnik Azərbaycan
16/16
Bobibilder Seymur Sadıqov
1/16
Bobibilder Seymur Sadıqov
2/16
Bobibilder Seymur Sadıqov
3/16
Bobibilder Seymur Sadıqov
4/16
Bobibilder Seymur Sadıqov
5/16
Bobibilder Seymur Sadıqov
6/16
Bobibilder Seymur Sadıqov
7/16
Bobibilder Seymur Sadıqov
8/16
Bobibilder Seymur Sadıqov
9/16
Bobibilder Seymur Sadıqov
10/16
Bobibilder Seymur Sadıqov
11/16
Bobibilder Seymur Sadıqov
12/16
Bobibilder Seymur Sadıqov
13/16
Bobibilder Seymur Sadıqov
14/16
Bobibilder Seymur Sadıqov
15/16
Bobibilder Seymur Sadıqov
16/16
Bobibilder Seymur Sadıqov

- Qadınlara bu idman növündə məşğul olmasını məsləhət görürsünüz?

— Qətiyyən. Qadın incə olmalıdır. Qadın kişi kimi görünməməlidir. Özünü müdafiə edə bilsə qadına bəs edər.

- Bu idman növündə zədələr olur?

— Yox, məşq zamanı əzələni qızışdırmadan ağırlıq qaldırsan o zaman əzələlər böyük zədə ala bilər və idmandan uzun müddət uzaqlaşa bilərsən. Bu idmanda elə də zədələr olmur.

- Bodibildinqi musiqi ilə göstərirlər, son zamanlar dünyada idmançılar rəqslə  öz çıxışlarını edirlər. Siz də yarışda tətbiq edəcəksiniz?

— Çox istərdim. Sadəcə zamanım olmadığı üçün alınmadı. Gələn ilə o rəqsləri öyrənmək istəyirəm. Gözəl çıxış alınır rəqslə. 

Bodibilder - Sputnik Azərbaycan
İDMAN
İdmançını tez "parladıb", tez "söndürən" qidalar

- Bu idman növünə neçə yaşda başlamalıdır?

— Kişilər 14 yaşından, qadınlar 20 yaşından bu idman növü ilə məşğul olsa yaxşı olar. Amma qadınların fitnes ilə məşğul olmasını nəzərdə tuturam. Bodibildinqlə məşğul olmasını, əzələ şişirtməyi qadınlara məsləhət görmürəm. O ki qaldı neçə yaşa kimi məşğul olmağa, bodibildinqdə yaş həddi yoxdur. Nə qədər bacarırsa, o qədər də məşq edə bilər.

- Bodibildinq idmanını atandan sonra əzələlər eybəcər vəziyyətə düşür. Bunu necə qorumaq olar?

— Bəli, elədir. Çalışmaq lazımdır idmanı atmayasan, şirniyyat yeməyəsən, pəhriz saxlayasan. Əks halda bədən eybəcər hala düşə bilər. Bu idman növü daima özünə nəzarəti tələb edir. 

Xəbər lenti
0