BAKI, 4 avq-Sputnik. Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına 5 yeni idman növü daxil edib.
Sputnik-in məlumatına görə, bu barədə BOK-un Rio-de-Janeyroda keçirilən 129-cu sessiyasında qərar qəbul olunub.
Növbəti Olimpiadaya daxil edilən oyun növləri bunlardır: beysbol/softbol, karate, skeytbordinq, qayalara dırmanma və sörfinq.