Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançılara istifadəsi qadağan olunan maddələrin siyahısı açıqlandı

© AP Photo / Alexander ZemlianichenkoDopinq
Dopinq - Sputnik Azərbaycan
Abunə olmaq
WADA-nın İcraiyyə Komitəsinin Lozanna iclasında qəbul olunmuş yeni dərman siyahısı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

BAKI, 5 okt — Sputnik. Ümumdünya Antidopinq Agentliyi (WADA) 2017-ci ildə idmançılar tərəfindən istifadəsi qadağan olunmuş maddələrin yenilənmiş siyahısını dərc edib. Sputnik WADA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahı artıq hazırdır.

WADA-nın İcraiyyə Komitəsinin sentyabrın 21-də Lozannada keçirilən iclasında qəbul olunmuş yeni dərman siyahısı 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, WADA rəhbəri Kreyq Ridi idmançılar, məşqçilər və tibb mütəxəssislərinin yenilənmiş siyahı ilə tanış olmağa və qadağan olunmuş preparatların istifadədən çıxartmağa üç ay vaxtları olduğunu bildirib.

Xəbər lenti
0