Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdmançını tez "parladıb", tez "söndürən" qidalar

© Photo : rusevik.ruBodibilder
Bodibilder - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxud bizim idmançılarımız nə dərəcədə düzgün qidalanırlar?

BAKI, 7 sen — Sputnik. İdman sağlamlığın rəhnidir. Bu düşüncə ilə yüzlərlə, minlərlə insan müxtəlif idman növləri ilə məşğul olur. Məşq zamanı daha yüksək nəticə əldə etmək üçün qidalanma da önəmlidir.

© Photo : STRHafiz Baxşəliyev
Hafiz Baxşəliyev - Sputnik Azərbaycan
Hafiz Baxşəliyev

Kalorili qidalardan istifadə etməklə daha uğurlu nəticələrə yiyələnmək istəyən idmançılar, müxtəlif dərmanlardan və vitaminlərdən istifadə də edirlər. Bəs, idmançı necə qidalanmalıdır? Qidalanma uğurlu nəticə qazanılmasında nə kimi rol oynayır? Və bizim idmançılarımız nə dərəcədə düzgün qidalanırlar?

Sputnik-in əməkdaşı bu suallara cavab tapmaq məqsədilə, müxtəlif idman növləri üzrə mütəxəssislərin fikirlərini öyrənib.

Hafiz Baxşəliyev — kikboks üzrə məşqçi: "Çox ciddi və aktual mövzudur. Demək olar, idmançıların hamısı idman qidalarına meyllidir. İndiki dövrdə həm də idmançıların ehtiyacı olur bu qidalara. Bəzi məşqçilər onlardan istifadə etməyi məsləhətlər görürlər. Amma mən tövsiyyə etmirəm. Ən yaxşısı təbii və sağlam yeməklərdir".

© Photo : S.Fərhadın şəxsi arxivindənSain Fərhad, aktyor
Sain Fərhad, aktyor - Sputnik Azərbaycan
Sain Fərhad, aktyor

Sain Fərhad Fərmanlı — döyüş növləri üzrə təlimatçı: "Mən vitamin və idman qidalarından istifadə edirəm. Eyni zamanda, məşq zamanı çəki artırmaq üçün xüsusi qidalardan istifadə edirəm. Hətta ehtiyac yaranarsa, ara-sıra energetik içkilərə də üstünlük verirəm. İdman qidaları nəinki idmançılara, həmçinin sağlam həyat tərzinə üstünlük verən insanlara da məsləhətdir. Çünki yeməkdən ala bilmədiyimiz dozanı məcbur kənardan almalı oluruq. Məsələn, aminolar iki cürdür. Bəzi aminoları kənar vasitələrlə qəbul etməli oluruq. Başqa cür onları bədən özü özlüyündə yarada bilmir. Kim deyirsə, belə qidalar ziyanlıdır, o zaman uşaqlara verdikləri qidalardan da imtina eləsinlər. Amma nədənsə uşaq böyüyüb özünə gələnə qədər apteklərə gedib xüsusi uşaq qidalarına pul verəndə bu cür danışmırlar. Azərbaycanda idmançılarla çalışa bilən peşəkar dietoloqlara ehtiyac var. Mən Kiyevdə yaşadığım müddətdə bir neçə seminara qatılmışam və dietoloqların məsləhətlərini dinləmişəm. Bu, çox geniş sahədir.

© Photo : Elmin Alişanovun şəxsi arxivindənElmin Alişanov — kişilərdən ibarət voleybol üzrə milli komandanın üzvü
Elmin Alişanov — kişilərdən ibarət voleybol üzrə milli komandanın üzvü - Sputnik Azərbaycan
Elmin Alişanov — kişilərdən ibarət voleybol üzrə milli komandanın üzvü

Mən idman qidalarını mütləq səkildə məsləhət görürəm. Anabolik və stered tipli qidalardan imtina etmək isə daha yaxşı olar. Bu, daha çox peşəkar idmançılara peşəkar xüsusi həkim tərəfindən kontrol edilməklə məqbul görülən adətdir. Həvəskarlar isə idman qidaları ilə kifayətlənə bilərlər. Əsas sağlamlıqdır".

Elmin Alişanov — kişilərdən ibarət voleybol üzrə milli komandanın üzvü: "Mən təbii yeməklərə üstünlük verirəm. Amma bəzi idman qidaları var ki, idmançılar üçün lazımdır. Onlardan az miqdarda istifadə eləyirəm. Qida rasionumu özüm təyin edirəm".

© Photo : Seymur SadiqovSeymur Sadıqov, bodibildinq üzrə respublika mükafatçısı
Seymur Sadıqov, bodibildinq üzrə respublika mükafatçısı - Sputnik Azərbaycan
Seymur Sadıqov, bodibildinq üzrə respublika mükafatçısı

Seymur Sadıxov — bodibilding idman növü üzrə Azərbaycan 3-cüsü: "Yağlı, duzlu, şirin qidalardan uzaq durmaq lazımdır. İdman qidalarını qəbul etmək mütləqdir. Onlar zülallarla zəngin olur. Bir gün ərzində xeyli miqdarda mal əti və ya yumurta yeyə bilmərik, buna həzm prosesimiz imkan verməz. Amma insan orqanizminə lazım olan bütün vitaminlərin hamısı idman qidalarının tərkibində var. Qidalanma rejimimi özüm təyin edirəm. Amma xaricdə bu, xüsusi həkimlərin nəzarəti altında olur. Bizdə isə hər kəs öz bədənini, orqanizmini tanıyır, hərə özü-özünün həkimidir. Çünki indiki həkimlərin çoxu proteyin nə olduğunu bilmir, elə bilirlər ki, ziyanlıdır. Halbuki onların tərkibi zülal və minerallarla zəngindir".

© Photo : Şəxsi arxivindənMamed Abdullayev
Mamed Abdullayev - Sputnik Azərbaycan
Mamed Abdullayev

Mamed Abdullayev — taekvando üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi: "Professional idmanla məşğul olan hər bir idmançı qida rasionuna mütləq fikir verməlidir. Zərərli qidalardan uzaq olmalıdır. Məsələn, fastfood, qazlı sular və sair olmaz. Xüsusi qidalara gəldikdə isə, təlim-məşq prosesi zamanı idmançılar daha çox yükləndiklərinə görə xüsusi vitaminlər qəbul etməlidirlər. Çünki ağır məşqlər zamanı bədəndən tərlə xaric olunan minerallar və digər xeyirli maddələr vitaminlər vasitəsilə tez bərpa olunur. Xüsusilə çəki salan idmançılar buna daha çox diqqət yetirməlidirlər. Çəki salan idmançının qida rasionu güclü olmalıdır ki, o, normal məşq edib çəki sala bilsin. Bəzən təcrübəsi az olan idmançılar çəkini ac qalmaqla salırlar. Bu da sonda idmançının məşq edə bilməməsi ilə nəticələnir".

Xəbər lenti
0