Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Salyandan Təbrizə qədər yeganə teatr

© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Tofiq Heydərov: "Hazırda teatrımızda 100-ə yaxın işçi var. Aktyorlardan 2 xalq artisti, 3 əməkdar artist və həmçinin ən yüksək ada və şərəfə layiq olan onlarla sənət fədaisi var"

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 apr — Sputnik. Lənkəran teatrının tarıxı XIX əsrə təsadüf edir. Belə ki, böyük rus dramaturqu A.S.Qriboyedovun "Ağıldan bəla" komediyası 1850-ci ildə tamaşaya qoyulub. Həmin vaxt Peterburqda dərc olunan "Severnaya pçela" qəzetinin yazdığına görə, sözügedən tamaşadan yığılan pullar yoxsulların dolanışığına sərf olunub.

1934-cü ilin sonlarında Lənkəranda ilk peşəkar teatr fəaliyyətə başlayıb. 14 fevral 1935-ci ildə Cəfər Cabbarlının "Almaz" pyesi ilə pərdəsini qaldıran teatrın ilk direktoru və baş rejissoru Əli Mənsur Quliyev olub. Əvvəllər Cəfər Cabbarlının, daha sonradan isə Hüseyn Ərəblinskinin adını daşıyan bu mədəniyyət ocağında tanınmış aktoyrlar yetişib və 100-lərlə dram əsərləri səhnələşdirilib.

Buməta ziyarətgahı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sirli ziyarətgah: onu böyük daşqından kim qorudu?

Böyük Vətən Müharibəsi illəri vaxtı göstərdiyi böyük yaradıcılıq müvəffəqiyyətlərinə görə Hüseyn Ərəblinski adına Lənkəran Dövlət Dram Teatrının direktoru və rejissoru olan Qəni Vəliyev və Kamil Nəcəfov Respublikanın əməkdar artisti adına layiq görülüblər. Hal-hazırda fəaliyyət göstərən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 1973-cü ildə öz qapılarını teatrsevərlərin üzünə açıb.

© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov.
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov - Sputnik Azərbaycan
1/7
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov.
© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı - Sputnik Azərbaycan
2/7
Lənkəran Dövlət Dram Teatrı
© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı - Sputnik Azərbaycan
3/7
Lənkəran Dövlət Dram Teatrı
© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı - Sputnik Azərbaycan
4/7
Lənkəran Dövlət Dram Teatrı
© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı - Sputnik Azərbaycan
5/7
Lənkəran Dövlət Dram Teatrı
© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı - Sputnik Azərbaycan
6/7
Lənkəran Dövlət Dram Teatrı
© Sputnik / Rahim ZakiroğluLənkəran Dövlət Dram Teatrı
Lənkəran Dövlət Dram Teatrı - Sputnik Azərbaycan
7/7
Lənkəran Dövlət Dram Teatrı
1/7
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov.
2/7
Lənkəran Dövlət Dram Teatrı
3/7
Lənkəran Dövlət Dram Teatrı
4/7
Lənkəran Dövlət Dram Teatrı
5/7
Lənkəran Dövlət Dram Teatrı
6/7
Lənkəran Dövlət Dram Teatrı
7/7
Lənkəran Dövlət Dram Teatrı

İlk Tamaşa isə Mirzə İbrahimovun "Yaxşı adam" komediyası olub. Əsər tamaşaya rejissor Əşrəf Quliyev tərəfindən qoyulub. İncəsənət İnstitutunun məzunlarından və yerli istedadlardan təşkil olunan gənc kollektiv elə ilk tamaşadan lənkəranlı tamaşaçıların rəğbətini qazana bilib və iki il sonra — 1975-ci ildə Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində qələbənin 30 illiyinə həsr olunan M. Müsiyenkonun "Nəsillər eşidin!" qəhrəmanlıq faciəsinə görə Lənkəran Teatrı Respublika Gənclər Mükafatı laureatı adına layiq görülüb.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrı Salyandan Təbrizə qədər yeganə teatrdır. Teatr son 30 il müddətində mövzu və dramaturji keyfiyyətlərinə görə günün tələblərinə uyğun 170-dən artıq əsəri səhnələşdirib. Onların arasında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, Avropa, rus və digər xalqların dramaturgiyasından, xüsusən Şekspirin, Molyerin və Şillerin əsərləri mühüm yer tutur. 

Beləliklə, sözügedən teatrın direktoru Tofiq Heydərovun Sputnik-ə müsahibəsini təqdim edirik:

- Tofiq müəllim, teatrın tarixi və əldə etdiyi nailiyyətləri barədə nə deyirdiniz?

Usta Cəsarət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır

— İlk olaraq deyim ki, Lənkəranda professional teatrın tarixi XIX əsrin sonlarına təsadüf edir. Dörd il əvvəl Milli Elmlər Akademiyasının teatr bölməsinin təqdimatına əsasən, Mədəniyyət və Turizm Nazirliyi Lənkəran Dövlət Dram Teatrının yaşının, 1891-ci ilin yanvarında Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsəri əsasında səhnələşdirilən "Oddan alova" adlı komediyası ilə təsdiqləndiyi barədə qərar çıxarıb. Qeyd edim ki, Lənkəranda işləmək, burada maarif və mədəniyyət toxumunu yaymaq bir çox sənətkarların həyat məqsədi olub. Azərbaycanın görkəmli bəstəkarı Müslüm Maqomayev 1905-ci ilin sentyabr ayından Lənkəranda müəllimlik fəaliyyətinə başlayaraq, burada dörd sinifli məktəbdə coğrafiya və təbiət fənlərini tədris edib. Teatrın Lənkəranda təşəkkül tapmasında SSRİ xalq artisti, görkəmli səhnə ustası Sidqi Ruhullanın da böyük yaradıcılıq köməyi olub. 1912-ci ildə Lənkərana gələn S. Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla "Bəxtsiz cavan", "Nadirşah" faciələrini Rzayevin "Cəhalət" və Vəzirovun "Ev tərbiyyəsinnin bir şəkli" komediyalarını səhnələşdirib.

- Bəs yerli ziyalıların teatrın fəaliyyətində nə kimi rolu olub?

— Yerli ziyalılardan Teymur Şahverdiyevin "Altı rəfat" və "Həqiqi röya" adlı tamaşalarının 1923-cü ildə səhnələşdirilməsi böyük əks-sədaya səbəb olub. Hər iki əsər yeni yaradılan Hüseyn Ərəblinski adına Xalq Teatrı artistlərinin və yerli ziyalıların qüvvəsi ilə hazırlanıb. Xalq Teatrı təxminən 10 ildən artı fəaliyyət göstərərək, sonralar yaradılan peşəkar teatr üçün zəmin yaradıb. Azərbaycanın tanınmış artistləri və müğənnilərindən Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Haşım Kələntərli, İsmayıl Talışınski, Cahan xanım Talışınskaya kimi məşhur sənətkarlar ilk addımlarını məhz Lənkəran teatrının səhnəsində atıblar.

- Lənkəran teatrının ötən əsrdə fəaliyyət göstərən aktyorlarından fəxri adlara kimlər layiq görülüb?

Mir Əhməd xanın ailəsi. Ortada Mir Əhməd xan, arvadı Tuğra xanım - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sonuncu xanın Zaqafqaziya gözəlinə son hədiyyəsi - bənzəri yoxdur

— Lənkəran Dövlət Dram Teatrı 1934-cü ilin payızından 1949-cu ilə kimi səmərəli fəaliyyət göstərib. Böyük Vətən Müharibəsi illərində müvəffəqiyyətlərinə görə teatrın direktoru və rejissoru Qəni Vəliyev və aktyor Kamil Nəcəfov Azərbaycan SSR-in əməkdar artisti fəxri adına layiq görülüb, bir qrup aktyor isə Ali Sovetin Fəxri fərmanları ilə təltif olunub. Lənkəranlıların teatr sənətinə sonsuz məhəbbəti nəticəsində isə 1959-cu ilin dekabr ayında rayonda yenindən Ərəblinski adına Xalq teatrı təşkil edilib. Cavan yaradıcı qüvvələrlə müntəzəm iş aparmaq, yeni-yeni istedadları axtarıb tapmaq, öz repertuarını müasir həyatla səsləşən əsərlərlə zənginləşdirmək və beləliklə xalqa mədəni xidmət göstərmək kimi vəzifələr teatrın əsas fəaliyyət proqramı olub. Teatra respublikanın əməkdar artisti Kamil Nəcəfov rəhbərlik edib.

- Tofiq müəllim, bildiyimiz kimi teatr ötən əsrin 70-ci illərində Nəcəf bəy Vəzirovun adı ilə fəaliyyətini davam etdirib. Nədən Hüseyn Ərəblinskinin adı dəyişdirilib Vəzirovun adına keçirilib?

— 1973-cü ilin dekabr ayının 6-da Lənkəranda Mirzə İbrahimovun "Yaxşı adam" komediyası ilə Vəzirov adına Dövlət Dram Teatrı fəaliyyətini bərpa edib. Həmin vaxt Sumqayıtda açılan Dövlət Dram Teatrı Hüseyn Ərəblinskinin adına olduğu üçün Lənkəran teatrına görkəmli dramaturq Nəcəf bəy Vəzirovun adı verilib.

- Lənkəran teatrının hansı uğurları var?

Nicat Kazımov, Gənc Tamaşaçılar teatrının rejissoru və aktyoru - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Təki, o teatrların fəaliyyəti kağız üzərində qalmasın..."

— Yarandığı ilk vaxtlardan sağlam mənəvi prinsiplər üzərində təşəkkül tapan Lənkəran Teatrı ötən 42 il ərzində 200-dən çox əsərlərə səhnə həyatı verib. Teatrımız nəinki respublikamızda, eyni zamanda bir sıra xarici ölkələrdə, o cümlədən Özbəkistanda, qonşu Gürcüstanda qastrol səfərlərində olmaqla, qardaş Türkiyənin İstanbul, Ankara, Dənizli və Konya şəhərlərində keçirilən beynəlxalq festivallarda uğurlar qazanıb. Teatrın yaradıcı kollektivinin hazırladığı Üzeyir Hacıbəyovun "Olanlardan — keçənlərdən", Cəlil Məmmədquluzadənin "Ölülər", Qoqolun "Müfəttiş" tamaşaları Azərbaycan Dövlət Televiziyasının Qızıl Fonduna daxil edilib. 2004-cü ildə isə Lənkəran Dövlət Dram Teatrının binası əsaslı şəkildə təmir edilərək, müasir şəkildə yenidən qurulub. Həmin ilin noyabr ayının 9-da Lənkəranda səfərdə olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev teatrda olub və burada görülən işləri yüksək qiymətləndirərək respublikaya nümunə olduğunu vurğulayıb.

- Lənkəran teatrında nə qədər işçı var, aktyorlardan neçəsi fəxri ada ayıq görülüb və hansı fəxri adlara?

— Hal-hazırda teatrımızda 100-ə yaxın işçi var. Aktyorlardan 2 xalq artisti, 3 əməkdar artist və həmçinin ən yüksək ada və şərəfə layiq olan onlarla sənət fədaisi var.

- Hazırda Lənkəran teatrında hansı tamaşa üzərində məşqlər gedir?

— Hazırda Əli Əmirlinin "Köhnə ev" tamaşası üzərində son məşqlər gedir. Bundan başqa, Mirzə Fətəli Axundovun "Hacı Qara" tamaşası və daha bir neçə uşaq əsəri üzərində işləmək istəyirik. Cari ildə tanınmış rejissorlar Bəhram Osmanov və Gümrah Öməri dəvət etmişik. Lənkəran Teatrı olaraq çox istəyirik ki, paytaxtdan, dünyanın müxtəlif ölkələrindən rejissorlar dəvət edək. Düzdür, bu, böyük maddiyyat tələb edir, ancaq buna baxmayaraq, əlimizdə olan imkanlarla buna cəhd edirik.

Xəbər lenti
0