CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sirli ziyarətgah: onu böyük daşqından kim qorudu?

© Sputnik / Rahim ZakirogluBuməta ziyarətgahı
Buməta ziyarətgahı - Sputnik Azərbaycan
Abunə olmaq
Türbə əvvəllər taxtadan tikilmiş bir daxma olub. Buna baxmayaraq, ətraf kəndlərdən və yerli sakinlər tərəfindən daim ziyarət olunub. Hazırki ziyarətgah isə 1990-cu illərdə kənd camaatı tərəfindən yenidən tikilib.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

Maddi mədəniyyət nümunələri ilə zəngin, ərazisində 400-ə yaxın abidə olan Lerikdə diqqət çəkən məkanlardan biri də rayonun Piran kəndidir. Bu kəndin ərzaisində məşhur Buməta ziyarətgahı yerləşir. Sputnik-in bölgə müxbiri bu dəfə yolunu həmin kənddən salıb.

Kəndin ağsaqqal sakini Eldar Məmmədovun sözlərinə görə, bu ərazidə əvvəllər Tifil adlı şəhər olub, sonra isə bu ərazinin sakinləri ətraf rayonlara köçüblər və şəhər tam boşalıb. Bu məzarda dəfn olunan şəxs isə Baba Tahir kimi tanınan və İslam Peyğəmbəri Məhəmməd Əleyhissəlamın nəvələrindən olan 5-ci İmam Məhəmməd Baqirin (ə) bu zonaya göndərdiyi 3 nümayəndəsindən biridir.

© Sputnik / Rahim ZakirogluLerikin Piran kəndindəki Buməta ziyarətgahı
Lerikin Piran kəndindəki Buməta ziyarətgahı - Sputnik Azərbaycan
Lerikin Piran kəndindəki Buməta ziyarətgahı

E. Məmmədov bildirdi ki, Baba Tahir yerli camaata, o vaxtlar təqib olunan Peyğəmbər nəslindən olanları tanıtmaq və "Quran"ın hikmətlərini öyrətmək üçün göndərilib. Babanın milliyyətcə ərəb olduğu bildirilir. Təqribən VIII əsrdə yaşadığı deyilən Tahir babanın indiki Piran ərazisinə Ərəbistandan gəldiyi qeyd olunur.

"Baba Tahirə bu ləqəbin də İmam Məhəmməd Baqir tərəfindən verildiyi deyilir. Ləqəb verilməkdə məqsəd isə həmin şəxsin təqibdən uzaq tutulması və öldürülməkdən qorunması olub. Buməta adı isə ona yerli camaat tərəfindən verilib. "Buməta"nın mənası — "bu torpaqlara köçüb gələn" deməkdir", —deyir Eldar dayı.

Türbə əvvəllər taxtadan tikilmiş bir daxma olub. Buna baxmayaraq, ətraf kəndlərdən və yerli sakinlər tərəfindən daim ziyarət olunub. Hazırki ziyarətgah isə 1990-cu illərdə kənd camaatı tərəfindən yenidən tikilib. Ziyarətgahın qarşısına əvvəllər yol olmayıb, həmin illərdə camaat bura yol da çəkib. Bütün bərpa-tikinti işləri camaatın şəxsi vəsaiti hesabına həyata keçirilib.

Bu tip təmtəraqlı qəbirlər bir növ dəbə çevrilib və böyük məbləğdə xərc tələb edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qeyri-adi qəbiristanlıq: burada ölülər dəfn edilmir
Bayaq dediyimiz kimi, qədim vaxtlarda bu ərazidə Tifil adlı şəhər olub. Burada əhalı sıx məskunlaşdığı üçün də Bumətanın bura göndərildiyi zənn edilir. Tifil şəhərində yerli camaat zaman-zaman ətraf şəhərlərə köçüblər və bir müddətdən sonra bura tamamilə boşalıb. axmayaraq ki, ötən əsrin 40-cı illərinə kimi ərazidə yaşayış olmayıb, türbə davamlı olaraq ziyarət edilib.

Bunları anladan E. Məmmədovun dediyinə görə, ümumiyyətlə Peyğəmbər nəslindən olan seyyidlərin Azərbaycan ərazisinə gəlişi X-XI əsrlərə aid edilir. Onlar, əsasən Azərbaycanın dağlıq ərazilərinə köçərək, o cür yerlərdə yaşayıblar.

"Bildiyimiz kimi, Peyğəmbər əfəndimizin vəfatından sonra, onun ailəsindən, nəslindən olanlar, sonradan hakimiyyətə gələn xəlifələr tərəfindən daim təqib olunub və qətlə yetiriliblər. Ona görə də seyyidlər Azərbaycan kimi, İraq kimi ölkələrə qaçaraq, təqiblərdən yaxa qurtarmağa çalışıblar", —deyə həmsöhbətimiz bildirdi.

© Sputnik / Rahim ZakirogluZiyarətgah iki çayın — Lənkərançay və Ləkərçayın arasındakı vadidə yerləşir
Ziyarətgah iki çayın — Lənkərançay və Ləkərçayın arasındakı vadidə yerləşir - Sputnik Azərbaycan
Ziyarətgah iki çayın — Lənkərançay və Ləkərçayın arasındakı vadidə yerləşir

Qeyd edək ki, sözügedən ziyarətgah iki çayın — Lənkərançay və Ləkərçayın arasındakı vadidə yerləşir. Rəvayətlərə görə, Buməta — Baba Tahir bu ərazidə yaşayan vaxt Ləkərçay mövcud olmayıb. Buməta vəfat edəndən sonra isə ərazidə güclü sel-daşqın olub. Lakin ziyarətgaha sel suları heç bir ziyan vurmayıb. Ayrıca, həmin seldən sonra Ləkərçayın yarandığı deyilir. Yerli camaat bu ziyarətgahın İlahi qüvvə tərəfindən qorunduğunu bildirir.

Söhbətimizin əvvəlində zonaya 3 müvəkkil (yaxud nümayəndə) göndərildiyini yazmışdıq. Eldar dayının bildirdiyinə görə, İmam Baqir (ə) Baba Tahirlə bərabər, bu əraziyə daha 2 nümayəndəsini göndərib: "Onlardan biri Astaranın Toradi kəndi ərazisində dəfn olunan Baba Rəsuldur və onun həmin kənddə ziyarətgahı var. Digəri isə Lerikin Barzavu və Vizəzəmin kəndləri arasında Qımbət ziyarətgahında dəfn olunan müvəkkildir. Lakin onun nə ləqəbi, nə də adı məlumdur".

Xəbər lenti
0