CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yay Paralimpiya Oyunlarında iştirak edəcək komandamızın tərkibi bəlli olub

© AFP 2024 / FABRICE COFFRINIФлаг Олимпийских игр, фото из архива
Флаг Олимпийских игр, фото из архива  - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Bu mötəbər yarış Azərbaycan Paralimpiya hərəkatı üçün sayca 7-ci olacaq. Əvvəlki Paralimpiya Oyunlarında idmançılarımız 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.
BAKI, 16 avqust — Sputnik. Avqustun 24-dən etibarən Yaponiyanın paytaxtı Tokio şəhərində XVI Yay Paralimpiya Oyunları start götürəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu mötəbər yarış Azərbaycan Paralimpiya hərəkatı üçün sayca 7-ci olacaq. Əvvəlki Paralimpiya Oyunlarında idmançılarımız 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.
Tokio 2020-də ölkəmizi 6 idman növündə rekord sayda - 36 idmançı təmsil edəcək. Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli Paralimpiya Komandasının tərkibi müəyyən olunub. Belə ki, atletika üzrə 9 kişi, 3 qadın olmaqla ümumi 12 idmançı yarışacaq.
1. Nəbiyev Samir - nüvə itələmə
2. Astanov Elvin - nüvə itələmə
3. Musayev Oloxan - nüvə itələmə, disk atma
4. Nəcəfzadə Səid - uzunluğa tullanma
5. Əliyev Kamil - uzunluğa tullanma
6. Aslanov Orxan - uzunluğa tullanma
7. Çebuna Yelena - qaçış 100 m
8. Cəbrayılov Elmir - qaçış 100 m, 400 m
9. Yanovskaya Yuliya - qaçış 100 m, 400 m
10. Vəliyeva Lamiyə - qaçış 100 m, 400 m
11. Heydəri Həmid - nizəatma
12. Qasımov Orxan - nizəatma
Cüdo üzrə isə 6 kişi, 5 qadın olmaqla 11 idmançı iştirak edəcək.
1. Haciyeva Şəhanə - 48 kq
2. Səfərova Bəsti - 52kq
3. Vəliyeva Sevda - 57 kq
4. Hüseynova Xanım - 63 kq
5. Kərimova Dürsədəf - 70+ kq
6. Şirinli Vüqar - 60 kq
7. Abaslı Namiq - 66 kq
8. Qasımov Ramil - 73 kq
9. Rəhimli Hüseyn - 81 kq
10. Abdullaxanlı Kənan - 100 kq
11. Zəkiyev İlham - 100+ kq
Taekvando üzrə isə 2 kişi, 2 qadın olmaqla 4 idmançı iştirak edəcək.
1. Fətəliyeva Röyalə - 49 kq
2. Məmmədova Aynur - 58+ kq
3. Xəlilov İmaməddin - 61 kq
4. Abuzərli Əbulfəz - 75 kq
Üzgüçülük üzrə isə 2 kişi, 1 qadın olmaqla 3 idmançı yarışacaq.
1. Saleh Raman - 50 m sərbəst
100 m sərbəst
100 m batterflay
100 m arxasıüstə
2. İsrafilov Vəli - 100 m batterflay
- 100 m brass
3. Şandibina Dana - 100 m brass
Pauerliftinq üzrə isə 4 kişi yarışacaq.
1. Məmmədov Pərvin - 49 kq
2. Babacanov Nurlan - 97 kq
3. Hüseynov Elşən - 107 kq
4. Aslanov Şamo - 107+ kq
Güllə atıcılığı üzrə isə 1 kişi və 1 qadın iştirak edir.
1. Taranova Yelena - 10 m, 25 m, 50 m
2. Zeynalov Kamran - 10 m, 50 m
Ümumilikdə 24 kişi, 12 qadın olmaqla 36 idmançı yarışacaq. 6 idman növündə 47 kateqoriya üzrə yarışacaqlar.
Xatırladaq ki, 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Tokio Olimpiadası təxirə salınmışdı. Yaponiyanın özündə də onun əleyhdarları az deyildi. Oyunlar zamanı etiraz aksiyaları səngimədi. İndi isə fəallar hökumətdən Tokioda avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılan Paralimpiya Oyunlarından imtina etməyi tələb edirlər. Tokio Milli Stadionunda XXXII Olimpiya Oyunlarının bağlanış mərasimi avqustun 8-də başa çatıb. İyulun 23-dən avqustun 8-dək dünyanın ən güclü atletləri Yaponiya paytaxtında qüvvələrini sınadılar. 207 ölkədən 11,3 min idmançı 33 idman növündə 339 medal qazanmaq üçün yarışıb.
Eləcə də oxuyun:
Ağır Atletika Federasiyası yenidən təşkil olunacaq
Ulduz reysi: Olimpiya mükafatçılarını Bakıda belə qarşıladılar
Yaponiyada medal qazanan idmançı və məşqçilərimizə veriləcək mükafat bəlli oldu
Olimpiya uğursuzluğu: Çanaq məşqçilərin başında çatladı, indi millini yerli çalışdıracaq
Musiqi və bayraqlarla: Bakıda Rafael Ağayevi belə qarşıladılar
Xəbər lenti
0