CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağır Atletika Federasiyası yenidən təşkil olunacaq

© AFP 2023 / JOSEP LAGOТяжелоатлет поднимает штангу, фото из архива
Тяжелоатлет поднимает штангу, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.08.2021
Abunə olmaq
Federasiya işçilərinin işlərinə məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub.
BAKI, 13 avqust — Sputnik. Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) tamamilə yenidən təşkil olunacaq. Sputnik Azərbaycan apasport.az saytına istinadən xəbər verir ki, qurumun prezidenti Cahangir Əsgərov bu barədə müvafiq əmr imzalayıb.
Əmrə əsasən, həmçinin baş məşqçi Asif Məmmədov və baş katib Rizvan Rəsulov Federasiyada tutduqları vəzifələrdən kənarlaşdırılıblar. Yenidən təşkil haqqında qərar Federasiyanın vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin keyfiyyətsiz yerinə yetirilməsi ilə əlaqədar qəbul edilib. Rəhbərliyin vəziyyətin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tapşırıqlarına baxmayaraq, əməkdaşlar öz işlərinə səhlənkar yanaşmağa davam edirdilər.
“Atılan addımlar və görülən tədbirlər müsbət nəticəyə gətirib çıxarmayıb və vəziyyəti düzəltməyib. Bununla əlaqədar Azərbaycan Ağır Atletika Federasiyasının tamamilə yenidən təşkili haqqında qərar qəbul etmişəm. Ümid edirəm ki, bu dəyişikliklər gələcəkdə bizə daha yaxşı idman nəticələrinə nail olmağa kömək edəcək”, - deyə Cahangir Əsgərov bildirib.
Federasiya prezidenti onu da bildirib ki, qurumun işçilərinin işlərinə məsuliyyətsiz münasibəti, eləcə də idmançılarımızın antidopinq qaydalarına məhəl qoymaması Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən ciddi cərimə sanksiyalarının tətbiq edilməsinə səbəb olub. Təkcə son dövrdə Beynəlxalq və Avropa Ağır Atletika Federasiyaları tərəfindən altı dəfə Azərbaycanın ağır atletika idmançılarının dopinqdən istifadə halları qeydə alınıb.
Onun sözlərinə görə sentyabrın sonunadək Federasiyanın yeni baş məşqçisi və baş katibi təyin ediləcək.
Həmçinin oxuyun:
Tokio Olimpiadası bitdi: necə oldu ki, 25 ildə ilk dəfə “qızıl”sız qaldıq
Xəbər lenti
0