CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaponiyada medal qazanan idmançı və məşqçilərimizə veriləcək mükafat bəlli oldu

© REUTERS / ANNEGRET HILSEАзербайджанский каратист Рафаэль Агаев
Азербайджанский каратист Рафаэль Агаев  - Sputnik Azərbaycan, 1920, 12.08.2021
Abunə olmaq
Tokioda uğur qazanan idmançı və onların məşqçilərinə pul mükafatı veriləcək. Eləcə də bir qrup şəxs "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ounacaq.
BAKI, 12 avqust - Sputnik. Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.  
Sputnik Azərbaycan-ın məlumatına görə, sənəddə bildirilir ki, XXXII Yay Olimpiya Oyunlarında ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat; üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat veriləcək. Bu Sərəncamdan irəli gələn məsələləri həll etmək Nazirlər Kabinetinə həvalə olunub.
Qeyd edək ki, bu idmançılara Milli Olimpiya Komitəsindən də mükafatlar ayrılacaq. Azərbaycan Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə: XXXII Yay Olimpiya Oyunlarında ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat; üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat; komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər mükafat veriləcək. 
Bu Sərəncamdan irəli gələn məsələləri həll etmək Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsinə həvalə olunur.
Həmçinin Prezident İlham Əliyevin digər Sərəncamı ilə XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirər:
Abdullayev Namiq Yədulla oğlu
Bəşirov Yaşar Eyyub oğlu
Morozov Denis Valeryeviç
Musayev Füzuli İsa oğlu
Tağıyev Qurban Vaqif oğlu.
Prezident İlham Əliyev XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə bir sıra Azərbaycan idmançıları və onların məşqçilərinin medal və ordenlərlə təltif edilmələri barədə Sərəncam imzalayıb.
Həmin idmançılar aşağıdakılardır:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Stadnik Mariya Vasilyevna
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Ağayev Rəfael Mahir oğlu
Əliyev Hacı Azər oğlu
Zaretska İrina İqorevna
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Alfonso Dominguez Loren Berto Berto
Kindzerska İrina
Hüseynov Rafiq Radik oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Ağayev Aslan Loğman oğlu
Əzimzadə Elman Süleyman oğlu
“Tərəqqi” medalı ilə
Cəfərov Vüsal Səfa oğlu
Məmmədov Anar Vahid oğlu
Məmmədov Orxan Rasim oğlu
Məmmədov Rəşad Nizami oğlu
Hüseynov Radik Rafiq oğlu
Tarakanov Aleksandr Petroviç
Horta Dominguez Humberto.
Eləcə də oxuyun:
İlk koronaviruslu Olimpiada: Tokio möhtəşəm görüntülərlə vida etdi
Tokio Olimpiadası bitdi: necə oldu ki, 25 ildə ilk dəfə “qızıl”sız qaldıq
Azərbaycanın karate üzrə milli komandasının üzvləri Bakıya qayıtdılar
Musiqi və bayraqlarla: Bakıda Rafael Ağayevi belə qarşıladılar
Olimpiya uğursuzluğu: Çanaq məşqçilərin başında çatladı, indi millini yerli çalışdıracaq
Xəbər lenti
0