02:41 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
İDMAN
Qısa URL
30610

Tayfur Əliyevin ardınca Lorenso Sotomayor da rinqdə sözünü deyə bilməyib. Üzgüçülükdə iki təmsilçimiz sondan dördüncü yeri tutub. Məhəmməd Abdullayev isə 1/8 finala adlayıb.

BAKI, 24 iyul - Sputnik. Boksçu Məhəmməd Abdullayev Azərbaycandan olan dəri əlcək ustaları arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. Sputnik Azərbaycan-ın məlumatına görə, şənbə günü, iyulun 24-də Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən idmançımız qalib ayrılıb. 

91 kq çəki dərəcəsində 1/16 finaldakı görüş 3:1 hesabı ilə Abdullayevin xeyrinə bitib. 

O, ilk iki raundu udub, sonuncuda uduzsa da, görüşün qalibi olub. 1/4 finalda Abdullayev Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək.

----------

16:13

Azərbaycanın daha bir boksçusu Tokio Yay Olimpiadasını tərk edib.

Sputnik Azərbaycan bildirir ki, titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayor (69 kq) 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzub. 

Görüş üçüncü raundda Sotomayorun zədə alması səbəbindən dayandırılıb (qanaxma). Ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

Bu gün daha bir boksçumuz rinqə çıxacaq. 91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev Bəhreyn təmsilçisi Denis Latipovla qarşılaşır. 

1/16 mərhələdə 57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev də hakimlərin mübahisəli qərarından sonra çıxışını dayandırmışdı. O, Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı döyüşürdü. Sonda nokdauna düşməsinə rəğmən beş hakimdən dördü ilk raundda Əliyevi qalib hesab etdi. Ancaq ikinci raundda Tayfurun rəqibindən geri qalmamasına rəğmən bütün hakimlər qələbəni vyetnamlıya verdilər. 

Üçüncü raundda Əliyev azacıq önə çıxsa da, ümumi hesabda Nquen qalib olub (2:3).

Üzgüçülərimiz də uduzdular 

Üzgüçülər Maksim ŞemberevMəryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Eləcə də oxuyun:

Teqlər:
Tokio Yay Olimpiya Oyunları, boks, üzgüçülük

Əsas mövzular