Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

On bir il sonra Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhər açıqlandı

© EDDIE SAFARIKВид на город Брисбен, фото из архива
Вид на город Брисбен, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.07.2021
Abunə olmaq
2032-ci ildə Yay Olimpiya Oyunlarının tamamilə yeni bir qitədə - uzaq Avstraliyada keçirilməsi nəzərdə tutulur.

BAKI, 21 iyul — Sputnik. 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının məkanı açıqlanıb.

Sputnik Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Olimpiadanın Avstraliyanın Brisben şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bir il təxirə salınmış Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqustda  keçiriləcək. 2024-cü il Yay Olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.

Tokio-2020

Koronavirus pandemiyası səbəbindən bir il təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları start götürüb.

Bu gün səhər saatlarında Olimpiadada ilk start fiti verilib. İlk olaraq meydana qadınlardan ibarət softbol komandaları çıxıb. Oyunların ilk görüşündə Fukusima şəhərində Avstraliya ilə Yaponiya üz-üzə gəlib. Qarşılaşma 8:1 hesabı ilə yaponların xeyrinə başa çatıb.

Bu gün softbolçuların yarışında daha iki oyun keçiriləcək. Həmçinin qadın futbol turniri də bu gün başlayacaq.

Olimpiadanın rəsmi açılışı isə iyulun 23-də olacaq.

Xəbər lenti
0