CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı idmançılar üçün Tokiodakı Olimpiya kəndində maraqlı yer seçilib

© AP Photo / Kiichiro SatoМужчина проходит перед инсталляцией Олимпийских и Паралимпийских игр в Токио-2020
Мужчина проходит перед инсталляцией Олимпийских и Паралимпийских игр в Токио-2020 - Sputnik Azərbaycan, 1920, 22.07.2021
Abunə olmaq
Olimpiya yığmasının üzvü Ruslan Lunyov bildirib ki, onun anası – məşhur atlet İradə Aşumova Tokiodakı Olimpiya kəndindəkindən dəfələrlə dadlı yemək bişirir.

BAKI, 22 iyul — Sputnik. Azərbaycanlı idmançılar Tokiodakı Olimpiya kəndində yeməkxanaya yaxın binada yerləşdiriliblər. Bu barədə Sputnik Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) istinadla məlumat yayıb.

MOK rəsmi "Instagram" səhifəsində qısa videoçarx yayımlayıb ki, həmin kadrlarda Azərbaycan Olimpiya yığmasının tərkibində güllə atıcılığı üzrə Olimpiya turnirinin iştirakçısı Ruslan Lunyov Olimpiya kəndindəki şəraitdən söz açır.

"Bizim qaldığımız bina bütün əsas obyektlərə, xüsusən də, idmançıların yeməkxanasına yaxın yerləşir. Komandamıza 11 mərtəbəli binanın 10-cu mərtəbəsində yer ayrılıb", – deyə Lunyov bildirib.

Olimpiadada ikinci dəfə iştirak edən azərbaycanlı atlet Olimpiya kəndindəki yeməklər barədə də məlumat verib.

"Yeməkxana ikimərtəbəlidir. Mətbəx çox zəngin olsa da, əlbəttə ki, oradakı yeməklər anamın bişirdiklərinə çatmaz. Anam daha dadlı yemək hazırlayır", – deyə Lunyov əlavə edib.

Qeyd edək ki, Ruslan Lunyovun anası Azərbaycanın güllə atıcılığı üzrə yığma komandasının baş məşqçisi, dəfələrlə dünya kuboku, dünya və Avropa çempionatlarının mükafatçısı olmuş və 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı İrada Aşumovadır.

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Eləcə də oxuyun:

Xəbər lenti
0