Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tokio-2020 Olimpiya Oyunları start götürüb

© AFP 2023 / LIONEL BONAVENTUREЦентр гимнастики в Токио перед началом Олимпийских игр, фото из архива
Центр гимнастики в Токио перед началом Олимпийских игр, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.07.2021
Abunə olmaq
Tokioda keçirilən Yay Olimpiadasının ilk qarşılaşmasında meydan sahiblərinin komandası qalib gəlib.

BAKI, 21 iyul — Sputnik. Koronavirus pandemiyası səbəbindən bir il təxirə salınmış Tokio-2020 Yay Olimpiya Oyunları start götürüb.

Bu gün səhər saatlarında Olimpiadada ilk start fiti verilib. İlk olaraq meydana qadınlardan ibarət softbol komandaları çıxıb. Oyunların ilk görüşündə Fukusima şəhərində Avstraliya ilə Yaponiya üz-üzə gəlib. Qarşılaşma 8:1 hesabı ilə yaponların xeyrinə başa çatıb.

Bu gün softbolçuların yarışında daha iki oyun keçiriləcək. Həmçinin qadın futbol turniri də bu gün başlayacaq.

Olimpiadanın rəsmi açılışı isə iyulun 23-də olacaq.

Xəbər lenti
0