CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhriyar Məmmədyarovla Aleksandr Qrişşuk Soçiyə uçan təyyarəyə gecikdilər

© © FIDE / David LladaШахрияр Мамедьяров, фото из архива
Шахрияр Мамедьяров, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Azərbaycanın aparıcı qrossmeysteri Dünya Kubokunda ikinci dövrədən mübarizəyə qoşulacaq. Birinci dövrədə isə artıq üç azərbaycanlı şahmatçı ilk oyunlarını keçirib.

BAKI, 13 iyul – Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və rusiyalı şahmatçı Aleksandr Qrişşuk şahmat üzrə Dünya Kubokunun keçirildiyi Soçiyə uçan təyyarəyə gecikiblər.

Sputnik Azərbaycan bu barədə Məmmədyarovun Instagram səhifəsinə istinadən məlumat verir.

Şahmatçı öz səhifəsində Aleksandr Qrişşukla şəklini paylaşaraq qeyd edib ki, onlar təyyarəyə birlikdə gecikiblər.

“Təyyarəyə gecikmiş iki oğlan. Uğursuz başlayan səyahət, inşallah, uğurla bitər”, - Məmmədyarov yazıb.

Özünün Facebook səhifəsində isə şahmatçı Qrişşukla birlikdə təyyarəyə gecikmə səbəbini açıqlayıb.

“Bəşəriyyət tarixində ən bahalı pivə”, - Məmmədyarov yazıb.

Məmmədyarovla Qrişşuk Zaqrebdə (Xorvatiya) keçirilən Grand Chess Tour çərçivəsində rapid və blits turnirlərində iştirak ediblər. Orada Şəhriyar iki dəfə 13-cü dünya çempionu Harri Kasparova qalib gəlib.

Şahmatçıların Soçi reysini ötürmələrinə baxmayaraq, onlar Dünya Kubokuna özlərini çatdıracaqlar. Çünki yüksək reytinqlərinə görə ikinci dövrədən başlayacaqlar, o isə iyulun 15-də start götürür.

Soçidəki Dünya Kubokunda kimlər var

Qeyd edək ki, Soçidəki Dünya Kuboku koronavirus pandemiyası başlayandan bəri taxta arxasında keçirilən ilk nəhəng beynəlxalq şahmat yarışıdır. Turnirin iştirakçıları Rusiyaya gəlməzdən 72 saat öncə götürülmüş, mənfi nəticəli PZR testi təqdim etməli, ara məsafəsi saxlamalı və maska taxmalıdırlar. Oyundan öncə əl tutmaq əvəzinə bir-birinə təbəssüm edib başlarını tərpədə bilərlər. Oyun zamanı isə maska və ya digər müdafiə vasitəsinin taxılması elə də vacib deyil.

Azərbaycanı Kubokda yeddi şahmatçı təmsil edir ki, onlardan üçü çıxışlarına ikinci dövrədən başlayır. Məmmədyarovdan başqa, start günlərini Nicat Abbasov və Günay Məmmədzadə də ötürüblər.

İlk dövrənin nəticələri

İlk dövrədə iştirak edən şahmatçılara gəlincə, Vasif Dürarbəyli matçın ilk partiyasında Dmitri Sklyarovla (Finlandiya) heç-heçə edib.  

Türkan Məmmədyarova da ilk oyunu heç-heçə ilə başa vurub. O, kubalı Lisandra Orlasla oynayırdı. Gülnar Məmmədova estoniyalı Mai Narvaya qalib gəlib. Ülviyyə Fətəliyeva isə Rut Padminiyə (Hindistan) məğlub olub.

Turnirin qaydaları

Reqlamentə görə, şahmatçılar iki klassik partiya oynayırlar, heç-heçə nəticə alınarsa, üçüncü gün tay-brek olur, bu zaman lazım gələrsə, oyunun taleyini “armageddon” partiyası müəyyənləşdirə bilər: ağ fiqurlarla oynayan şahmatçıya 5, qaralarla oynayana 4 dəqiqə verilir, ancaq ağ fiqurlarla oynayan mütləq qalib gəlməlidir.

Eləcə də oxuyun:

  • Şəhriyar Məmmədyarov Harri Kasparov üzərində növbəti qələbəsini qazanıb

  • "Croatia Grand Chess Tour": Şəhriyar Məmmədyarov son 9 turda mübarizə aparacaq

  • Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi

  • Məmmədyarov Aronyanı məğlub etdi və liderliyini qorudu

  • Teymur Rəcəbov: 2014-cü ildən bitkoinə investisiya qoyuram

Xəbər lenti
0