Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov Harri Kasparovu 7 gedişə məğlub etdi

© Photo : Instagram / shakh_mamedyarovШахрияр Мамедъяров, фото из архива
Шахрияр Мамедъяров, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.07.2021
Abunə olmaq
Şəhriyar Məmmədyarov və Harri Kasparov Grand Chess Tour blits turniri çərçivəsində qarşılaşıblar.

BAKI, 10 iyul — Sputnik. Xorvatiyanın paytaxtı Zaqrebdə Grand Chess Tour-un blits turniri çərçivəsində  Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.

Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda 13-cü dünya çempionu, Rusiyanı təmsil edən bakılı Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.

Hazırda Məmmədyarovun aktivində 7,5 xal var və rusiyalı Aleksandr Qrişukla 6-7-ci yerləri bölüşür.. Yarım xal yığan Kasparov sonuncu yerdədir. Faransalı Maksim Vaşye-Laqrav 9,5 xalla birincidir.

Şəhriyar Məmmədyarov ilk dəfə Bakı şahmat məktəbinin yetirməsi olan Harri Kasparovla bir turnirdə qarşılaşıb.

Həmçinin oxuyun:

Şəhriyar Məmmədyarov Harri Kasparova qarşı oynayacaq

Xəbər lenti
0