19:59 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İDMAN
Qısa URL
929

Azərbaycanlı qrossmeyster ABŞ-a köçən Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşmada ağ fiqurlarla oynayıb və 40-cı gedişdə rəqibini məğlubiyyətə uğradıb.

BAKI, 11 iyun - Sputnik. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, 36 yaşlı azərbaycanlı qrossmeyster ABŞ-a köçən Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 40-cı gedişdə rəqibini məğlubiyyətə uğradıb.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla rumıniyalı Boqdan Daniel Dyakla heç-heçə edib - 0,5:0,5.

Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, rusiyalı Aleksandr Qrişukla birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.

Məşhur erməni şahmatçıların Ermənistandan imtinası

Ötən gün şahmat dünyasında yayılan xəbərlərə görə, erməni qrossmeyster Vladimir Akopyan bundan sonra ABŞ bayrağı altında çıxış edəcək. Artıq FİDE-nin reytinqində Akopyan artıq ABŞ şahmatçısı kimi təqdim olunur.

Reytinqə görə (2638 bal) Ümumdünya Şahmat Olimpiadasının üçqat qalibi Akopyan amerikalı şahmatçılar arasında 12-ci yeri tutur.

ABŞ şahmatçılarının yüzlüyünə həmçinin Samvel Sevyan (5-ci yer), Varucan Akopyan (16-cı yer) və Melikset Xaçinyan (53-cü yer) da daxildir.

Daha əvvəl Ermənistan şahmatçılarının lideri Levon Aronyan da Ermənistandan köçmək barədə qərar verib. O da ABŞ komandasına qoşulacaq.

Şahmatçı öz qərarını "şahmat sahəsinə girən səriştəsiz dövlət adamları" və şahmatçılara dövlət dəstəyinin kəsilməsi ilə əlaqələndirib.

 

Həmçinin oxuyun:

* Çempionlar Turu: Məmmədyarov Aronyana qalib gələrək, 3-cü yeri tutdu

* Şəhriyar Məmmədyarov qara fiqurlarla Levon Aronyana qalib gəlib

* Teymur Rəcəbovun qurbanı Şəhriyar Məmmədyarova rəqib oldu

Teymurla Şəhriyara uduzan Aronyanın etirafları: "Çağırırlar, sonra özləri gəlmirlər"

* Məşhur erməni şahmatçıları Ermənistandan imtina etdilər

Əsas mövzular