BAKI, 31 may — Sputnik. Koronavirus pandemiyası "Formula 1"-in yarış qaydalarına öz düzəlişlərini edib. İlk növbədə, "Formula 1" yarış mərhələlərində günlərin sayının dörddən üçə endirilməsini vurğulamaq lazımdır. Belə ki, əgər əvvəllər cümə axşamı günü media nümayəndələri ilə ünsiyyət və reklam tədbirləri üçün ayrılmışdısa, indi bu fəaliyyətlər cümə gününə təxirə salınıb və həmin günə planlaşdırılan tədbirlər arasında baş tutacaq.
Azərbaycan Qran-Prisinin təşkilatçıları artıq Bakıdakı avtomobil yarışının tamaşaçısız keçiriləcəyini elan ediblər. Ancaq qəm yeməyin, videomuzu izləməklə özünüzü əsl "Formula-1" pilotu kimi hiss edə bilərsiniz. Spoyler - sona qədər izləyənə bonus var!
Eləcə də oxuyun:
-
"Formula 1"lə əlaqədar Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır
-
"Formula 1" yarışları zamanı Bakı - harada hərəkət sərbəstdir?