“Formula-1”in Azərbaycan Qran Prisinin ilk günündə dörd yarış oldu. Bunlardan ikisi “Formula-1” sinfinin sərbəst yürüşləri idi. Burada Red Bull komandasının pilotları Maks Ferstappenlə Serxio Peres üstün oldular. Hazırkı dünya çempionu Lüis Hemilton üçün isə ilk yarış günü uğurlu sayılmaz - əvvəlcə o, yeddinci, sonra isə 11-ci oldu.
“Formula-2” sinfindən olan yarışlara gəlincə, pilotlar əvvəlcə sərbəst yürüş sessiyasını keçdilər, sonra isə təsnifat baş tutdu. Sonuncuda bazar günü keçiriləcək əsas “Formula-2” yarışının start sıralaması bəlli oldu.
"Formula 1"- 2021 Azərbaycan Qran Prisi
"Formula 1"- 2021 Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək. "Formula 1" yarışları 2016-cı ildən bəri Bakıda keçirilir. Bununla belə, "kral yarışları"nın ilk Bakı mərhələsi "Avropa Qran Prisi" adlanırdı və ikiqat dünya çempionu Fernando Alonso onun ulduz-səfiri idi. 2017-ci ildən isə Bakı yarışı Azərbaycan Qran Prisi adını alıb. Elə həmin il Bakıda keçirilən "Formula-1" mövsümün ən həyəcanlı yarışı kimi qəbul edilib.
Keçən il Azərbaycan Qran Prisinin təşkilatçıları, "Baku City Circuit" əməliyyat şirkəti koronavirus pandemiyası səbəbindən yarışı ləğv etmək məcburiyyətində qaldı. Bununla əlaqədar olaraq "kral yarışları"nın Bakıda keçirilməsi daha bir il, 2024-cü ilə qədər uzadıldı. Eyni səbəbdən bu il "Formula 1"-in Bakı mərhələsi tamaşaçısız baş tutacaq.
Eləcə də oxuyun:
-
Bakıda "Formula-1": Kral yarışlarının ilk gününün nəticələri
- DYP-dən "Formula 1"lə bağlı növbəti xəbərdarlıq
- Günter Ştayner: Bakı yürüşlərin keçirilməsi üçün gözəl yerdir
- Bu yollarda hərəkət məhdudlaşdırılır
-
Hər şey necə başlayıb: "Formula-1" barədə tarixi faktlar