Bu faktlar prezident Donald Trampdan məsuliyyət hissəsini dərk edərək dərhal hərəkətə keçməsini tələb edir.
Tofiq Bəhramovun adını daşıyan nəvəsi babasının heykəlinin rənginin ağardılması ilə bağlı AFFA -ya müraciət edərək onun əvvəlki vəziyyətə qaytarılmasını xahiş edib.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
28 May küçəsində yerləşən binada fəaliyyət göstərən moda evinin sahibi D.Bağırova və dərzi kimi işləyən S.Mərdəliyeva 22-ci Polis Bölməsinə dəvət olunublar.
"Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib", - deyə Bəhruz Məhəmmədov qeyd edib.
Tamaşanın rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçeva, xoreoqrafı Ginka Kirçevadır.
Belə temperaturda tropik meşələr daha sürətli böyüyür və daha çox CO2 udur. Alimlər Braziliyanın tropik meşələrinin karbondioksidi udmaq əvəzinə xaric etdiyini aşkar ediblər.
"WhatsApp" söhbətlərinin "Google" axtarış sistemi vasitəsilə digər istifadəçilər tərəfindən əlçatan olması müəyyən edilib.
Müzakirənin iki saat davam edəcəyi, bundan sonra konqresmenlərin impiçment qərarına səs verəcəyi gözlənilir.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi bir daha çatdırılıb.
Ekspert: "Sahibkarlıq subyektinə qiymət diktə edilə bilməz. Bazar iqtisadiyyatının subyekti istehsal etdiyi mal və xidmətin mülkiyyətçisidir və ona istədiyi qiyməti qoya bilər".
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
B.Məhəmmədov onu da bildirib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən İmişli rayon sakini Zaur Ələkbərov, Şəki rayon sakini Əfqan Hidayətov və Ağstafa rayon sakini Rufin Gülümcanov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.
Daim yenilənən portal mütəmadi olaraq öz səhifələrində Xaruki Murakami, Xorxe Luis Borxes, Anna Axmatova kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Dəyişikliyə səbəb küçənin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləridir.
Ellen Lord: "Hərbi qüvvələrin ən yeni və ən müasir döyüş təyyarəsini saxlaması qarşıdakı illərdə də bizim üçün böyük problem olacaq".
Rusiya və Ermənistan XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələləri və regional gündəm barədə də fikir mübadiləsi aparıblar.
Nazirlər Kabinetinə Azərbaycanın Əfqanıstanda (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Tərəflər dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifadə ediblər.
Azərbaycan Ordusu əks-hücum əməliyyatı başlayandan sonra 44 gün ərzində Qarabağımız düşmən tapdağından azad olunub. Füzuli şəhəri oktyabrın 17-də, bütövlükdə rayon isə noyabrın 7-dək erməni işğalçılarından təmizlənib.