CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atatürk prospektində ağaclara qarşı vandallıq

© Sputnik / Irade JELILAğac kəsimi
Ağac kəsimi - Sputnik Azərbaycan
Abunə olmaq
"Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib", - deyə Bəhruz Məhəmmədov qeyd edib.

BAKI, 13 yanvar — Sputnik. Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinin "Eko-Radar" bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub.

Xəbər lenti
0