BAKI, 13 yanvar - Sputnik. Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub.
Sputnik Ermənistan xəbər verir ki, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvarda Moskvada Dağlıq Qarabağla bağlı imzaladıqları bəyanatın icrasını müzakirə ediblər.
Rusiya və Ermənistan XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələləri və regional gündəm barədə də fikir mübadiləsi aparıblar.