BAKI, 13 yanvar - Sputnik. Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyi təsis ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev bu haqda qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.