BAKI, 6 yanvar - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanda silahlı bandaların hücumuna məruz qalarlarsa, silah tətbiq edə bilərlər.
Bunu RİA Novosti-yə KTMT baş katibi Stanislav Zas deyib.
"Bəli, bu halda silah tətbiq oluna bilər. Kollektiv sülhməramlı qüvvələrin hərbçilərinin belə hüquqları var", - sülhməramlı qüvvələrin qoruduqları obyektlərə silahlı qrupların hücum edəcəyi təqdirdə nələrin baş verəcəyini cavablandıran Zas deyib.
"Hələlik qabağa qaçmaq istəmirəm, çünki hələ qərar formalaşdırılmayıb. KTMT müdafiə nazirləri şurası kollektiv sülhməramlı qüvvələrə kimin rəhbərlik edəcəyinə dair qərar verəcək. Namizəd artıq var, ancaq hələ təsdiq olunmayıb, ona görə də demək istəmirəm. Qərar olan kimi KİV-də dərc ediləcək", - KTMT baş katibi bildirib.
Onun sözlərinə görə, Qazaxıstanda artıq dönüş anı yaranıb: "Situasiya qəlizdir, ancaq gecə və bu gün baş verən hadisələr əsasında ehtiyatlı ehtimal demək olar... Müəyyən qırılma müşahidə olunur, yaxşı tərəfə. Nəticədə, ümid edirik ki, bu tendensiya möhkəmlənəcək", - Zas söyləyib.
Baş katib həmçinin deyib ki, KTMT gücləri Qazaxıstanda nümayişçiləri dağıtmayacaqlar.
"Onların qarşısına qoyulan məsələlər şərti olaraq ikidir: Birincisi - ən vacib dövlət, strateji obyektlərinin qorunması; İkincisi - insanlar özlərini təhlükəsizlikdə hiss etsinlər deyə qanunun bərqərar olunmasında kömək etmək".
"Kollektiv sülhməramlı qüvvələrin sayına gəlincə, bu, müxtəlif ola bilər. İndi qəbul olunan qərarlara görə, bu rəqəm təxmin 2500-dür", - Zas deyib.
O əlavə edib ki, sülhməramlılar şəraitə nəzərən hərəkət edəcəklər: "KTMT sülhməramlı qüvvələrinə daxil olan hissə və birliklərdə say 3.6 mindir. Ona görə də lazım gələrsə, Qazaxıstandakı qrupu gücləndirəcəyik", - KTMT baş katibi bildirib.
"Əməliyyat bitən kimi KTMT-nin bütün qoşunları Qazaxıstandan çıxarılacaq. Onlar orada çox qalmayacaqlar - bir neçə gün və ya həftə. Hər şey şəraitdən və respublikanın rəhbərliyindən asılı olacaq", - Zas deyib.
Eləcə də oxuyun:
* Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov
* Tokayev Rusiyaya təxliyə edilir? – Moskvadan açıqlama
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar