https://sputnik.az/20220106/rusiya-hec-ne-etmese-cox-qeribe-olardi---leonid-kalasnikov-437916231.html
Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov
Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov
Sputnik Azərbaycan
Leonid Kalaşnikov Qazaxıstandakı hadisələrə münasibət bildirərkən deyib ki, Qərb həmişə münaqişələrdən öz xeyrinə istifadə edir. 06.01.2022, Sputnik Azərbaycan
2022-01-06T22:42+0400
2022-01-06T22:42+0400
2022-01-06T22:42+0400
rusiya
rusiya
qazaxıstan
münaqişə
ktmt
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437933097_0:0:823:463_1920x0_80_0_0_93a9cdbd8d961bc09e0f60ee409d8a1a.jpg
BAKI, 6 yanvar — Sputnik. Qazaxıstandakı vəziyyətin yoluna qoyulmasında Rusiya hansı rolu oynaya bilər: Çaxnaşmalarla Rusiya və ABŞ prezidentlərinin gözlənilən görüşünün arasında bir əlaqə varmı? KTMT sülhməramlıları nə ilə qarşılaşacaqlar?Bu mövzuları Sputnik Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikovla müzakirə edib.Qazaxıstan öz problemlərini özü həll etməlidir, Rusiya isə bu isdə ona birlikdə işlədiyi ittifaqlar çərçivəsində kömək edə bilər, Leonid Kalaşnikov deyib.Leonid Kalaşnikov xatırladıb ki, Rusiya ilə Qazaxıstan arasındakı quru sərhədi dünyada ən uzun kəsilməz sərhəddir – uzunluğu 7.5 min km-dən çoxdur.“Rusiya heç nə etməsə, çox qəribə olardı: bu sərhədi qorumaq lazımdır, o cümlədən də terrorçu strukturların müdaxiləsindən, bu sərhəd delimitasiya olunsa da, açıqdır və qorunmur. Biz bunu nəzərə almaya bilmərik”.KTMT-nin katibliyindən yanvarın 6-da bildirilib ki, təşkilatın kollektiv sülhməramlı qüvvələri “şəraitin normallaşdırılması və stabilləşdirilməsi üçün məhdud vaxt müddətinə” Qazaxıstana göndərilib.Leonid Kalaşnikov qeyd edib ki, sülhməramlıların məqsədi KTMT-nin nizamnaməsində yazılıb:“Bu məqsədlər hansı rakursda yerinə yetiriləcək, fəaliyyət necə koordinasiya olunacaq, qərarlar harada veriləcək – bu suallar təşkilatın katibliyinə verilməlidir.Ancaq bildiyim qədərilə, şəraitin normallaşdırılması kifayət qədər aydın göstəricidir. Yəni insanlar küçələrə silahla çıxmır, mağazalara hücum çəkib talan etmir, polisləri öldürmürlər”.Bəzi ekspertlər Qazaxıstandakı iğtişaşları Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Baydenin gözlənilən görüşü ilə əlaqələndirirlər. L.Kalaşnikov isə bu fikirlə tam razı deyil:Bunu nə cür etmək lazım olduğunu isə dünyanın bütün xüsusi xidmət orqanlarına, özü də güclü olan qərb xidmətlərinə çoxdan öyrədiblər. Əgər onlar bu şəraitdən istifadə etmək istəyirdilərsə, maliyyələşdirmə, müxalifəti əvvəl sosial şəbəkələrdə sonra isə mütəşəkkil surətdə qızışdırma yoli ilə edə bilərdilər. Ancaq mən bunu iddia etmirəm”.Deputat xatırladıb ki, xaricdən gerçəkləşdirilən onlarla bu cür inqilab məlumdur:“Burada, Qazaxıstanda hələlik hansısa “a-lya-nuland” görünmür, ancaq bu o demək deyil ki, onlar mütləq meydanlarda gəzişib peçenye paylayırlar”.“Unutmayın ki, Qərb həmişə hər hansı münaqişəni öz məqsədləri üçün istifadə edir, xüsusən də əgər bu münaqişələr Rusiyaya toxunursa. Əgər münaqişə Rusiyanın köməyilə həll olunursa, bu onları əvvəldən razı salmır, onlar müdaxilə etməyə, nə cürsə situasiyanı qəlizləşdirməyə çalışırlar.Bu halda da onlar Moskanın əlini görəcəklər, hər cür bunu vurğulayacaq, güc tətbiq edən hökuməti qınayacaqlar. Hələ dünən gördüm ki, Amerika Qazaxıstan hökumətini çəkindirir, güc tətbiqinin qanunazidd olması üzərində düşünməyə çağırır”.Siyasətçi bir il əvvəl Kapitoliyə hücumu da xatırladıb: o zaman etirazları yatırmaq üçün polislərə kömək üçün Milli Qvardiyanın əsgərləri göndərilmişdi, güc strukturları də etirazçıların nazı ilə oynamırdılar.“Biz öz problemlərimizlə məşğul olmalıyıq, o cümlədən Qazaxıstanda da, bu cür situasiyaların həllinə kömək etməkdə yardımçı ola biləcək strukturların, məsələn, KTMT-nin köməyilə”, - Leonid Kalaşnikov deyib.
https://sputnik.az/20220107/ktmt-qazaxistana-sulhmeramli-quvveler-gondermek-barede-qerar-qebul-edib-437894458.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437933097_0:0:765:574_1920x0_80_0_0_7d55da9198e568ba1818aee1a9567046.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
leonid kalaşnikov rusiya qazaxıstan münaqişə qərb
leonid kalaşnikov rusiya qazaxıstan münaqişə qərb
Rusiya heç nə etməsə, çox qəribə olardı - Leonid Kalaşnikov
Leonid Kalaşnikov Qazaxıstandakı hadisələrə münasibət bildirərkən deyib ki, Qərb həmişə münaqişələrdən öz xeyrinə istifadə edir.
BAKI, 6 yanvar — Sputnik. Qazaxıstandakı vəziyyətin yoluna qoyulmasında Rusiya hansı rolu oynaya bilər: Çaxnaşmalarla Rusiya və ABŞ prezidentlərinin gözlənilən görüşünün arasında bir əlaqə varmı? KTMT sülhməramlıları nə ilə qarşılaşacaqlar?
Bu mövzuları Sputnik Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikovla müzakirə edib.
Qazaxıstan öz problemlərini özü həll etməlidir, Rusiya isə bu isdə ona birlikdə işlədiyi ittifaqlar çərçivəsində kömək edə bilər, Leonid Kalaşnikov deyib.
“Qazaxıstan xarici təhlükə ilə bacarmayacağını anladığı üçün KTMT-dən yardım istədi, - deputat deyir. – Bu, faktiki olaraq xarici təhlükədir. Çünki o terrorçu strukturların maliyyələşdirilməsi, fəaliyyətinin koordinasiyası aparılır. Qazaxıstan prezidenti onları xaricdən maliyyələşdirilən terrorçu adlandırdı, KTMT-nin digər liderləri isə ona inanmaya bilməzlər. Onlar sülhməramlıların yeridilməsinə razılaşdılar. Bu qoşunlar Qazaxıstanın infrastrukturunun müdafiəsi üçündür”.
Leonid Kalaşnikov xatırladıb ki, Rusiya ilə Qazaxıstan arasındakı quru sərhədi dünyada ən uzun kəsilməz sərhəddir – uzunluğu 7.5 min km-dən çoxdur.
“Rusiya heç nə etməsə, çox qəribə olardı: bu sərhədi qorumaq lazımdır, o cümlədən də terrorçu strukturların müdaxiləsindən, bu sərhəd delimitasiya olunsa da, açıqdır və qorunmur. Biz bunu nəzərə almaya bilmərik”.
KTMT-nin katibliyindən yanvarın 6-da bildirilib ki, təşkilatın kollektiv sülhməramlı qüvvələri “şəraitin normallaşdırılması və stabilləşdirilməsi üçün məhdud vaxt müddətinə” Qazaxıstana göndərilib.
Leonid Kalaşnikov qeyd edib ki, sülhməramlıların məqsədi KTMT-nin nizamnaməsində yazılıb:
“Bu məqsədlər hansı rakursda yerinə yetiriləcək, fəaliyyət necə koordinasiya olunacaq, qərarlar harada veriləcək – bu suallar təşkilatın katibliyinə verilməlidir.
Ancaq bildiyim qədərilə, şəraitin normallaşdırılması kifayət qədər aydın göstəricidir. Yəni insanlar küçələrə silahla çıxmır, mağazalara hücum çəkib talan etmir, polisləri öldürmürlər”.
Bəzi ekspertlər Qazaxıstandakı iğtişaşları Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Baydenin gözlənilən görüşü ilə əlaqələndirirlər. L.Kalaşnikov isə bu fikirlə tam razı deyil:
“Mənə elə gəlir ki, əlaqə son günlər izlənilir, ancaq çətin ki, bu, Qazaxıstanda baş verənlər üçün trigger olsun. Hesab edirəm ki, Qazaxıstanda sadəcə ərzaq və enerjidaşıyıcılarının qiymətilə oynamaqla varlanmaq istəyən yerli hökumətin və varlıların səhvlərindən istifadə etdilər.
Bunu nə cür etmək lazım olduğunu isə dünyanın bütün xüsusi xidmət orqanlarına, özü də güclü olan qərb xidmətlərinə çoxdan öyrədiblər. Əgər onlar bu şəraitdən istifadə etmək istəyirdilərsə, maliyyələşdirmə, müxalifəti əvvəl sosial şəbəkələrdə sonra isə mütəşəkkil surətdə qızışdırma yoli ilə edə bilərdilər. Ancaq mən bunu iddia etmirəm”.
Deputat xatırladıb ki, xaricdən gerçəkləşdirilən onlarla bu cür inqilab məlumdur:
“Burada, Qazaxıstanda hələlik hansısa “a-lya-nuland” görünmür, ancaq bu o demək deyil ki, onlar mütləq meydanlarda gəzişib peçenye paylayırlar”.
“Unutmayın ki, Qərb həmişə hər hansı münaqişəni öz məqsədləri üçün istifadə edir, xüsusən də əgər bu münaqişələr Rusiyaya toxunursa. Əgər münaqişə Rusiyanın köməyilə həll olunursa, bu onları əvvəldən razı salmır, onlar müdaxilə etməyə, nə cürsə situasiyanı qəlizləşdirməyə çalışırlar.
Bu halda da onlar Moskanın əlini görəcəklər, hər cür bunu vurğulayacaq, güc tətbiq edən hökuməti qınayacaqlar. Hələ dünən gördüm ki, Amerika Qazaxıstan hökumətini çəkindirir, güc tətbiqinin qanunazidd olması üzərində düşünməyə çağırır”.
Siyasətçi bir il əvvəl Kapitoliyə hücumu da xatırladıb: o zaman etirazları yatırmaq üçün polislərə kömək üçün Milli Qvardiyanın əsgərləri göndərilmişdi, güc strukturları də etirazçıların nazı ilə oynamırdılar.
“Biz öz problemlərimizlə məşğul olmalıyıq, o cümlədən Qazaxıstanda da, bu cür situasiyaların həllinə kömək etməkdə yardımçı ola biləcək strukturların, məsələn, KTMT-nin köməyilə”, - Leonid Kalaşnikov deyib.