Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qarabağlı ailənin Od çərşənbəsi - VİDEO

Abunə olmaq
Novruz çərşənbələrindən ikincisi və zənnimizcə, ən maraqlısı Od çərşənbəsidir.
Od çərşənbəsində həyətlərdə mütləq tonqallar yanır, hər kəs ötən ilin ağrısını, azarını tonqalın üstündən tullanaraq odlara verməyə çalışır. Bu çərşənbəni ölkəmizdə bir vaxtlar geniş yayılmış atəşpərəstliklə bağlayanlar da var.
Xalqımızın Od çərşənbəsini necə qeyd etdiyini görmək və lentə köçürmək üçün Bakı kəndlərində məskunlaşmış əslən Qarabağdan olan ailənin qonağı olduq.
Ənənəvi olaraq yandırılacaq tonqal üçün çırpı daşımaq vəzifəsi bayrama görə ən çox sevinənlərin - balacaların öhdəsinə düşmüşdü. Onlar da bu işə hələ günortadan başladılar.
Böyüklərin işi də başların aşırdı. Nənə Çərşənbə süfrəsinin vazkeçilməz təamı olan plovu dəmləyir, baba isə Azərbaycan süfrələrinin əvəzedilməzini kababı bişirirdi.
Bu arada ailənin digər üzvləri də boş dayanmayaraq süfrəni bəzəyirdilər.
Təbii bu zaman ərzində uşaqları daha çox yeməklər yox, qaranlığın düşməsi və tonqalın yandırılması maraqlandırırdı. Nəhayət, həmin vaxt çatdı və tonqal yandırıldı.
Kiçikdən böyüyə hər kəs tonqalın üzərindən tullanaraq arzusunu dilə gətirdi və ağrısını, azarını alova verdi.
Daha sonra isə ailə süfrə ətrafına toplandı. Ənənəvi olaraq Novruz şamları yandırıldı və baba öz diləyini söylədi.
Od çərşənbəniz mübarək!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.

Həmçinin oxuyun:

Çərşənbənin tonqal ənənəsi: təhlükəsiz ərazidə təşkil edilməlidir
Bu gün Novruzun ilk çərşənbəsidir
Novruz: adət və ənənələr - VİDEO
Xəbər lenti
0