CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Novruzun ilk çərşənbəsidir

© Sputnik / Murad OrujovÇərşənbə
Çərşənbə - Sputnik Azərbaycan, 1920, 22.02.2022
Abunə olmaq
Xalqın inancına görə, Su çərşənbəsində "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olurlar.
BAKI, 22 fevral — Sputnik. Bu gün Novruz bayramının ilk çərşənbəsi olan Su çərşənbəsi qeyd olunur.
Sputnik Azərbaycan xəbər verir ki, inanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk su çərşənbəsi qeyd edilir. İlk çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlayır, su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, bu çərşənbə ilə əlaqədar müxtəlif şənliklər keçirirlər.
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.
Xalqın inancına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olurlar. İnanca görə, "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Su ilə bağlı inanclarda nə deyilir?
Süfrəyə su dağılması aydınlıqdır;
Su içən adamı qəfil vurmazlar;
Su içən adamı ilan çalmaz;
Lal axan sudan keçərkən "suyum irəlilə" deyərlər;
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur;
Bəzi mənbələrdə bu çərşənbəyə "əzəli çərşənbə", "gül çərşənbə" deyirlər.
© Sputnik / Irade JELILNovruz xonçası
Традиционная праздничная сервировка на Новруз байрамы - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Novruz xonçası
Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.
Martın 20-si bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda səməni - Sputnik Azərbaycan, 1920, 15.02.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Novruz: adət və ənənələr - VİDEO
Xəbər lenti
0