https://sputnik.az/20220222/cersenbenin-tonqal-enenesi-tehlukesiz-erazide-teskil-edilmelidir-439416128.html
Çərşənbənin tonqal ənənəsi: təhlükəsiz ərazidə təşkil edilməlidir
Çərşənbənin tonqal ənənəsi: təhlükəsiz ərazidə təşkil edilməlidir
Sputnik Azərbaycan
Mətbuata verilən açıqlamalarda nazirlik rəsmiləri Novruz ərəfəsində yanğın hadisələrinin adi günlərə nisbətən dəfələrlə çoxaldığını qeyd edirlər.
2022-02-22T08:31+0400
2022-02-22T08:31+0400
2022-02-22T15:43+0400
çərşənbə
cəmiyyət
su
novruz
tonqal
fhn
https://cdnn1.img.sputnik.az/img/40934/17/409341730_0:77:2001:1202_1920x0_80_0_0_8819ca5d42b5ee788af3303b54320fc7.jpg
BAKI, 22 fevral — Sputnik. Su çərşənbəsinin gəlməsi ilə növbəti Novruz marafonuna start verilir. Fevralın 22-də qeyd ediləcək ilk çərşənbədən başlayaraq ölkənin hər yerində yazın gəlişi ilə bağlı tədarük prosesi başlayacaq. Hər məhəllədə bayram ocaqları qurulacaq, mart ayından isə hər evdə bayram əhvalı daha da geniş duyulacaq.Axşam tonqalına mütləq kifayət qədər taxta olmalıdırMülayim iqlimdə yaşamağa öyrənmiş Azərbaycan insanı fevralın bitməsini, martın gəlişini səbirsizliklə gözləyir. Fevralın sonundan başlayaraq hər həyətdə məktəblilər əllərinə keçən taxta-parçanı toplamağa çalışırlar. Pis niyyət olmasa da, bəzən qeyri-münasib yerdə qoyulmuş, baxımsız qalan istənilən yana biləcək materialı uşaqlar daşıyıb aparır. Axşam tonqalına mütləq kifayət qədər taxta olmalıdır. Köhnə mebel, tikintidən qalan taxta parçaları, qurumuş ağac budaqları nəzərdən kənarda qalmır. Mütləq möhtəşəm bir tonqal qalanır.Novruz tonqallarını nə qədər səbirsizliklə gözləsək də, hər il Fövqəladə Hallar Nazirliyi əhalini internet resursları və televiziya vasitəsilə xəbərdar etməyi özünə borc bilir. Ən geniş rast gəlinən hallardan biri avtomobil şinlərini ümumi ocağa atıb yandırmaq problemidir. Bəzən kifayət qədər odun materialı tapmayan uşaqlar rezin materialları, plastik və avtomobil şinlərini də yandırırlar. FHN rəsmiləri bunun yolverilməz olduğunu dəfələrlə qeyd ediblər, bu həm ekologiyaya böyük ziyan vurur, həm də problem yarananda yanğının lokallaşması çətinləşir. Odunu söndürməyə nə var axı? Elə adi su ilə də qarşısını almaq olar, amma digər materialların zəhərli tüstüsündən ciddi fəsad yaranır.Mətbuata verilən açıqlamalarda nazirlik rəsmiləri Novruz ərəfəsində yanğın hadisələrinin adi günlərə nisbətən dəfələrlə çoxaldığını qeyd edirlər. Çünki yanğın halları təkcə hər çərşənbə qalanan tonqallara görə yox, elə evlərdə şam yandırılmasına da bağlıdır. Tonqal qalananda həm ətrafında toplanan insanlar zərər çəkə bilər, həm də yaxındakı tikililər. Bu halda heç olmasa bir tədbir görmək olar: su daşımaq və ya yanğınsöndürmə xidmətinə zəng vurmaq kimi. Evdə yanan halda unudulmuş şam isə bütün bir binanı tezliklə məhv edə bilər. Novruz şənlikləri zamanı nə qədər insanın xəsarət alması ya yanğın sayının hansı dinamika üzrə artması barədə xüsusi statistika olmasa da, problemin ciddiliyi həmişə nəzərə alınmalıdır.Yanğınsöndürən balon olsa, lap yaxşıYanğın təhlükəsini aradan qaldırmaq üçün nə kimi qaydaya riayət etməliyik? Hansı işi görsək, özümüzü və ailəmizi yanğından qoruya bilərik?Novruz tonqalı ilk növbədə təhlükəsiz ərazidə təşkil edilməlidir. Yəni yaxınlıqda yanar materiallar, qaz və işıq xətləri, tikililər, tezalışan yanacağın saxlandığı qurğular olmamalıdır. Tonqal qalanırsa, deməli tam təhlükəsiz bir ərazi seçilməlidir. Tonqalı da taxta materiallardan qurmaq lazımdır, çünki odla oynamağa meylli olan uşaqlar bəzən ocağa hətta partlamaya bilən nələrisə atırlar. Bir növ əylənirlər. Hər məhəllədə qalanan tonqalın quraşdırılması uşaqların öhdəsinə verilməməlidir, böyüklər prosesə nəzarət etməlidir. Əks halda xeyli problem yaşanacaq. Tonqal tam sönənədək onu nəzarətdə saxlamaq tələb olunur, bəzən küləkli havada yanğın yaxındakı tikililərə də ötürülə bilər.Azyaşlı uşaq dəcəlliyə meylli olur. Bu gün hər kəsin geyimində üstünlük təşkil edən sintetik materiallar isə bir saniyədə alışaraq uşağı məhv edə bilər. Tonqal qalanırsa, ətrafında ən azı 5-6 böyük şəxs olmalıdır. Ekstremal vəziyyətdə, hər hansı bir uşağın geyimi od tutub yananda, anındaca yardım etmək mümkün olsun. Hər tonqal qalanan məhəllədə yaxınlıqda heç olmasa bir neçə su ilə dolu vedrənin olması mümkün yanğının qarşısını zamanında ala bilər. Yanğınsöndürən balon olsa, lap yaxşı, amma bunun olacağına ümid azdır. Rahatı əvvəlcədən su ehtiyatını hazırlamaqdır.Yanğın törədənlərin böyük hissəsi uşaqlardır. Deməli, hələ Novruz qabağı bütün tədris ocaqlarında yanğınla bağlı təhlükəsizlik təlimi təşkil edilməlidir. Yanğınla heç vaxt üz-üzə gəlməmiş insana bu qəribə görünə bilər, amma yanğının fəsadı olduqca ağırdır. Özü də təkcə yanğın yaraları, geyimin sıradan çıxması yox, həm də dəm qazı ilə zəhərlənmə çox təhlükəlidir. Bəzən insanın ağciyəri tam sıradan çıxır, baxırsan zahirən heç bir zədə almayıb, amma dəm qazından zəhərləndiyindən həyatını xilas etmək olmur.Tonqal qalamağı nə qadağan etmək olar, nə də nə iləsə əvəzləməkÇərşənbə axşamları evdə şam yandırmaq ənənəsi də yanğın təhlükəsini birə on artırır. Şam çox zaman elə xonçaya yerləşdirilir. Yəni yana biləcək qida məhsullarını daxilində oturdurulan şam istənilən zaman aşıb nəyisə alışdıra bilər. Hazırda şamı yaxşıca bitişdirmək üçün xüsusi qabı da satılır. Bu qab yanğına davamlıdır. Şamı hara gəldi, yerləşdirmək olmaz. Yaxşıca oturdub sonra yandırmaq lazımdır. Yanan şamı başqa otaqda qoyub mətbəxdə nəsə bir işlə məşğul olmaq da təhlükəlidir, prosesə tam nəzarət olmalıdır.Novruz bayramı Azərbaycanda ən çox sevilən və gözlənilən bir hadisədir. Tonqal qalamaq, şam yandırmaq ənənəsi də Novruzun ayrılmaz hissəsidir. Bunu nə qadağan etmək olar, nə də nə iləsə əvəzləmək. Amma yanğından əmələ gələn təhlükəni minimuma endirmək çox əhəmiyyətlidir. Od-ocağın köməyi ilə bir tərəfdən ötən əvvəlki dövrdən qalmış köhnəlikdən yaxa qurtarırıq, digər tərəfdən isə bir enerji qazanırıq. Bircə öz-özümüzü yandırmayaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220215/novruz-adet-ve-eneneler---vdeo-439115209.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İsmayıl Rafiqoğlu
https://cdnn1.img.sputnik.az/img/40414/88/404148863_518:0:1768:1249_100x100_80_0_0_f5ba2b880d60b96d55213233fb90834a.jpg
İsmayıl Rafiqoğlu
https://cdnn1.img.sputnik.az/img/40414/88/404148863_518:0:1768:1249_100x100_80_0_0_f5ba2b880d60b96d55213233fb90834a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40934/17/409341730_146:0:1853:1280_1920x0_80_0_0_4c069dc7f91b78a54a7de4789d5e331b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İsmayıl Rafiqoğlu
https://cdnn1.img.sputnik.az/img/40414/88/404148863_518:0:1768:1249_100x100_80_0_0_f5ba2b880d60b96d55213233fb90834a.jpg
çərşənbənin tonqal ənənəsi: təhlükəsiz ərazidə təşkil edilməlidir
çərşənbənin tonqal ənənəsi: təhlükəsiz ərazidə təşkil edilməlidir
Çərşənbənin tonqal ənənəsi: təhlükəsiz ərazidə təşkil edilməlidir
08:31 22.02.2022 (Yenilənib: 15:43 22.02.2022) Mətbuata verilən açıqlamalarda nazirlik rəsmiləri Novruz ərəfəsində yanğın hadisələrinin adi günlərə nisbətən dəfələrlə çoxaldığını qeyd edirlər.
BAKI, 22 fevral — Sputnik. Su çərşənbəsinin gəlməsi ilə növbəti Novruz marafonuna start verilir. Fevralın 22-də qeyd ediləcək ilk çərşənbədən başlayaraq ölkənin hər yerində yazın gəlişi ilə bağlı tədarük prosesi başlayacaq. Hər məhəllədə bayram ocaqları qurulacaq, mart ayından isə hər evdə bayram əhvalı daha da geniş duyulacaq.
Axşam tonqalına mütləq kifayət qədər taxta olmalıdır
Mülayim iqlimdə yaşamağa öyrənmiş Azərbaycan insanı fevralın bitməsini, martın gəlişini səbirsizliklə gözləyir. Fevralın sonundan başlayaraq hər həyətdə məktəblilər əllərinə keçən taxta-parçanı toplamağa çalışırlar. Pis niyyət olmasa da, bəzən qeyri-münasib yerdə qoyulmuş, baxımsız qalan istənilən yana biləcək materialı uşaqlar daşıyıb aparır. Axşam tonqalına mütləq kifayət qədər taxta olmalıdır. Köhnə mebel, tikintidən qalan taxta parçaları, qurumuş ağac budaqları nəzərdən kənarda qalmır. Mütləq möhtəşəm bir tonqal qalanır.
Novruz tonqallarını nə qədər səbirsizliklə gözləsək də, hər il Fövqəladə Hallar Nazirliyi əhalini internet resursları və televiziya vasitəsilə xəbərdar etməyi özünə borc bilir. Ən geniş rast gəlinən hallardan biri avtomobil şinlərini ümumi ocağa atıb yandırmaq problemidir. Bəzən kifayət qədər odun materialı tapmayan uşaqlar rezin materialları, plastik və avtomobil şinlərini də yandırırlar. FHN rəsmiləri bunun yolverilməz olduğunu dəfələrlə qeyd ediblər, bu həm ekologiyaya böyük ziyan vurur, həm də problem yarananda yanğının lokallaşması çətinləşir. Odunu söndürməyə nə var axı? Elə adi su ilə də qarşısını almaq olar, amma digər materialların zəhərli tüstüsündən ciddi fəsad yaranır.
Mətbuata verilən açıqlamalarda nazirlik rəsmiləri Novruz ərəfəsində yanğın hadisələrinin adi günlərə nisbətən dəfələrlə çoxaldığını qeyd edirlər. Çünki yanğın halları təkcə hər çərşənbə qalanan tonqallara görə yox, elə evlərdə şam yandırılmasına da bağlıdır. Tonqal qalananda həm ətrafında toplanan insanlar zərər çəkə bilər, həm də yaxındakı tikililər. Bu halda heç olmasa bir tədbir görmək olar: su daşımaq və ya yanğınsöndürmə xidmətinə zəng vurmaq kimi. Evdə yanan halda unudulmuş şam isə bütün bir binanı tezliklə məhv edə bilər. Novruz şənlikləri zamanı nə qədər insanın xəsarət alması ya yanğın sayının hansı dinamika üzrə artması barədə xüsusi statistika olmasa da, problemin ciddiliyi həmişə nəzərə alınmalıdır.
Yanğınsöndürən balon olsa, lap yaxşı
Yanğın təhlükəsini aradan qaldırmaq üçün nə kimi qaydaya riayət etməliyik? Hansı işi görsək, özümüzü və ailəmizi yanğından qoruya bilərik?
Novruz tonqalı ilk növbədə təhlükəsiz ərazidə təşkil edilməlidir. Yəni yaxınlıqda yanar materiallar, qaz və işıq xətləri, tikililər, tezalışan yanacağın saxlandığı qurğular olmamalıdır. Tonqal qalanırsa, deməli tam təhlükəsiz bir ərazi seçilməlidir. Tonqalı da taxta materiallardan qurmaq lazımdır, çünki odla oynamağa meylli olan uşaqlar bəzən ocağa hətta partlamaya bilən nələrisə atırlar. Bir növ əylənirlər. Hər məhəllədə qalanan tonqalın quraşdırılması uşaqların öhdəsinə verilməməlidir, böyüklər prosesə nəzarət etməlidir. Əks halda xeyli problem yaşanacaq. Tonqal tam sönənədək onu nəzarətdə saxlamaq tələb olunur, bəzən küləkli havada yanğın yaxındakı tikililərə də ötürülə bilər.
Azyaşlı uşaq dəcəlliyə meylli olur. Bu gün hər kəsin geyimində üstünlük təşkil edən sintetik materiallar isə bir saniyədə alışaraq uşağı məhv edə bilər. Tonqal qalanırsa, ətrafında ən azı 5-6 böyük şəxs olmalıdır. Ekstremal vəziyyətdə, hər hansı bir uşağın geyimi od tutub yananda, anındaca yardım etmək mümkün olsun. Hər tonqal qalanan məhəllədə yaxınlıqda heç olmasa bir neçə su ilə dolu vedrənin olması mümkün yanğının qarşısını zamanında ala bilər. Yanğınsöndürən balon olsa, lap yaxşı, amma bunun olacağına ümid azdır. Rahatı əvvəlcədən su ehtiyatını hazırlamaqdır.
Yanğın törədənlərin böyük hissəsi uşaqlardır. Deməli, hələ Novruz qabağı bütün tədris ocaqlarında yanğınla bağlı təhlükəsizlik təlimi təşkil edilməlidir. Yanğınla heç vaxt üz-üzə gəlməmiş insana bu qəribə görünə bilər, amma yanğının fəsadı olduqca ağırdır. Özü də təkcə yanğın yaraları, geyimin sıradan çıxması yox, həm də dəm qazı ilə zəhərlənmə çox təhlükəlidir. Bəzən insanın ağciyəri tam sıradan çıxır, baxırsan zahirən heç bir zədə almayıb, amma dəm qazından zəhərləndiyindən həyatını xilas etmək olmur.
Tonqal qalamağı nə qadağan etmək olar, nə də nə iləsə əvəzləmək
Çərşənbə axşamları evdə şam yandırmaq ənənəsi də yanğın təhlükəsini birə on artırır. Şam çox zaman elə xonçaya yerləşdirilir. Yəni yana biləcək qida məhsullarını daxilində oturdurulan şam istənilən zaman aşıb nəyisə alışdıra bilər. Hazırda şamı yaxşıca bitişdirmək üçün xüsusi qabı da satılır. Bu qab yanğına davamlıdır. Şamı hara gəldi, yerləşdirmək olmaz. Yaxşıca oturdub sonra yandırmaq lazımdır. Yanan şamı başqa otaqda qoyub mətbəxdə nəsə bir işlə məşğul olmaq da təhlükəlidir, prosesə tam nəzarət olmalıdır.
Novruz bayramı Azərbaycanda ən çox sevilən və gözlənilən bir hadisədir. Tonqal qalamaq, şam yandırmaq ənənəsi də Novruzun ayrılmaz hissəsidir. Bunu nə qadağan etmək olar, nə də nə iləsə əvəzləmək. Amma yanğından əmələ gələn təhlükəni minimuma endirmək çox əhəmiyyətlidir. Od-ocağın köməyi ilə bir tərəfdən ötən əvvəlki dövrdən qalmış köhnəlikdən yaxa qurtarırıq, digər tərəfdən isə bir enerji qazanırıq. Bircə öz-özümüzü yandırmayaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.