https://sputnik.az/20220227/fifa-da-rusiyanin-futbol-komandalarina-sert-qadagalar-qoydu--439670986.html
FIFA da Rusiyanın futbol komandalarına sərt qadağalar qoydu
FIFA da Rusiyanın futbol komandalarına sərt qadağalar qoydu
Sputnik Azərbaycan
FIFA həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T23:57+0400
2022-02-27T23:57+0400
2022-02-27T23:57+0400
idman
fifa
futbol
https://cdnn1.img.sputnik.az/img/42383/93/423839329_0:161:3071:1888_1920x0_80_0_0_048db6cbab7359052c9abe14382f67dc.jpg
BAKI, 27 fevral - Sputnik. Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FIFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.Bu barədə Report xarici KİV-ə istinadən xəbər verir. Qeyd edilir ki, indi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün BOK və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.Ukrayna hadisələriFevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Belarusla sərhəddə Rusiya-Ukrayna danışıqları başlamaq üzrədirUkrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli olduZelenski Rusiya ilə görüş yerini açıqladıRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedibHəmçinin oxuyun:"Spartak" - "Leypsiq" oyunu Bakıda keçirilə bilər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/93/423839329_170:0:2901:2048_1920x0_80_0_0_10bde7b0db15099605b4d07fe3cf9786.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fifa, futbol
FIFA da Rusiyanın futbol komandalarına sərt qadağalar qoydu
FIFA həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək.
BAKI, 27 fevral - Sputnik. Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FIFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.
Bu barədə Report xarici KİV-ə istinadən xəbər verir. Qeyd edilir ki, indi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.
Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək.
FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün BOK və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.
Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin "LXR" və "DXR"-ın suverenliyini tanıyan fərmanlar imzalayıb.
Fevralın 24-də isə Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Beləliklə, o, Ukraynaya qarşı xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bunun fonunda Qərb ölkələri Moskvaya qarşı sanksiyaların tətbiqinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.