https://sputnik.az/20220227/rusiya-ukrayna-danisiqlari-yaxin-saatlarda-baslaya-biler-439666979.html
Belarusla sərhəddə Rusiya-Ukrayna danışıqları başlamaq üzrədir
Belarusla sərhəddə Rusiya-Ukrayna danışıqları başlamaq üzrədir
Sputnik Azərbaycan
Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir. 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T20:09+0400
2022-02-27T20:09+0400
2022-02-27T21:33+0400
rusiya
ukrayna
putin
vladimir zelenski
belarus
belarus prezidenti aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438616432_0:0:3078:1731_1920x0_80_0_0_a51bff432731dd9c06407e197383d1ae.jpg
BAKI, 27 fevral - Sputnik. Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının deputatı Feodor Venislavski yaxın dəqiqələrdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların baş tutaсağını istisna etməyib.O, bu barədə Ukrayna kanallarında telemarafon zamanı bildirib.Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir."Razılıq əldə olunub ki, danışıqlar faktiki olaraq neytral tərəfdə, Ukrayna və Belarus Respublikası arasında Pripyat çayı boyunca yerləşən neytral zonada aparılacaq. Nümayəndə heyəti artıq yola düşüb. Bura səyahət etmək çox az vaxt aparır. Düşünürəm ki, yaxın bir neçə dəqiqə ərzində danışıqlar başlayacaq, bəlkə də, başlayıb”, - Venislavski bildirib.O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bütün qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, bu o deməkdir ki, Rusiya Federasiyasındakı bütün resurslar artıq cəlb olunub, heç bir ehtiyat qalmayıb.“Və de-fakto son arqumentdən, yəni nüvə silahından istifadə variantı ola bilsə, bu o deməkdir ki, Rusiya Federasiyasında vəziyyət artıq çox ciddi qəbul edilir”, - deputat vurğulayıb.Danışıqların hər an başlaya biləcəyini və bu danışıqlarda Ukraynanı kimin təmsil etdiyini aydınlaşdıran Venislavski bildirib ki, onlar Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələridir.“Onlar getdilər... Yaxın vaxtlarda ilk razılaşmalar olan kimi sizin müvafiq rəsmi mövqe, Prezident Ofisindən açıqlama olacaq”, - Report deputat-ın sözlərini UNİAN-a istinadla tərcümə edib. Xatırladaq ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı baş tutub. Vladimir Zelenski özünün sosial şəbəkə hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb:"Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq".Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Ukrayna və Rusiya arasında danışıqların keçiriləcəyi yer bəlli olduZelenski Rusiya ilə görüş yerini açıqladıRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedibZelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdiRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1c/438616432_347:0:3078:2048_1920x0_80_0_0_edb6963160e1d0747519ff39d9c1af28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
ukrayna, putin, vladimir zelenski, belarus, belarus prezidenti aleksandr lukaşenko
ukrayna, putin, vladimir zelenski, belarus, belarus prezidenti aleksandr lukaşenko
Belarusla sərhəddə Rusiya-Ukrayna danışıqları başlamaq üzrədir
20:09 27.02.2022 (Yenilənib: 21:33 27.02.2022) Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.
BAKI, 27 fevral - Sputnik. Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının deputatı Feodor Venislavski yaxın dəqiqələrdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların baş tutaсağını istisna etməyib.
O, bu barədə Ukrayna kanallarında telemarafon zamanı bildirib.
Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.
"Razılıq əldə olunub ki, danışıqlar faktiki olaraq neytral tərəfdə, Ukrayna və Belarus Respublikası arasında Pripyat çayı boyunca yerləşən neytral zonada aparılacaq. Nümayəndə heyəti artıq yola düşüb. Bura səyahət etmək çox az vaxt aparır. Düşünürəm ki, yaxın bir neçə dəqiqə ərzində danışıqlar başlayacaq, bəlkə də, başlayıb”, - Venislavski bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bütün qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, bu o deməkdir ki, Rusiya Federasiyasındakı bütün resurslar artıq cəlb olunub, heç bir ehtiyat qalmayıb.
“Və de-fakto son arqumentdən, yəni nüvə silahından istifadə variantı ola bilsə, bu o deməkdir ki, Rusiya Federasiyasında vəziyyət artıq çox ciddi qəbul edilir”, - deputat vurğulayıb.
Danışıqların hər an başlaya biləcəyini və bu danışıqlarda Ukraynanı kimin təmsil etdiyini aydınlaşdıran Venislavski bildirib ki, onlar Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələridir.
“Onlar getdilər... Yaxın vaxtlarda ilk razılaşmalar olan kimi sizin müvafiq rəsmi mövqe, Prezident Ofisindən açıqlama olacaq”, - Report deputat-ın sözlərini UNİAN-a istinadla tərcümə edib.
Xatırladaq ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı baş tutub.
Vladimir Zelenski özünün sosial şəbəkə hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb:
"Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq".
Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, cümə axşamı səhər Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, Donbas xalq respublikaları yardım xahişi ilə Rusiyaya üz tutub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.