https://sputnik.az/20220227/zelenski-rusiya-ile-gorus-yerini-aciqladi-439664226.html
Zelenski Rusiya ilə görüş yerini açıqladı
Zelenski Rusiya ilə görüş yerini açıqladı
Sputnik Azərbaycan
Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin... 27.02.2022, Sputnik Azərbaycan
2022-02-27T17:41+0400
2022-02-27T17:41+0400
2022-02-27T17:53+0400
dünya xəbərləri
vladimir zelenski
rusiya
ukrayna
belarus prezidenti aleksandr lukaşenko
aleksandr lukaşenko
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438687694_0:102:3276:1945_1920x0_80_0_0_88b9483949b7e06692f425e505d24f1c.jpg
BAKI, 27 fevral - Sputnik. Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq.Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb.Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.***Daha əvvəl Ukrayna mediasında yayılan məlumata görə, Ukrayna və Rusiya arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.Məlumata görə, danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.Bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında bildirib.Daha əvvəl Ukrayna Prezidenti bildirib ki, Rusiya ilə danışıqlar üçün Belarusun məkan olaraq seçilməsi təklifinə mənfi cavab verib."Əgər ərazilərinizdən təcavüzkar hərəkətlər olmasaydı, Minskdə, sizin şəhərinizdə danışa bilərdik", - Ukrayna lideri deyib. "İndi biz deyirik: Minsk yox. Digər şəhərlər görüş yeri ola bilər", - Report Zelenskinin sözlərini belə tərcümə edib.Zelenski belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.Ukrayna Prezidenti Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.Zelenski bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Zelenski Rusiya ilə danışıqlar üçün Bakını seçdiRusiya nümayəndə heyəti danışıqlar üçün Belarusa gedib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438687694_274:0:3003:2047_1920x0_80_0_0_40bda87361d4757c08451224bb9c4aa4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, rusiya, ukrayna, belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko
vladimir zelenski, rusiya, ukrayna, belarus prezidenti aleksandr lukaşenko, aleksandr lukaşenko
Zelenski Rusiya ilə görüş yerini açıqladı
17:41 27.02.2022 (Yenilənib: 17:53 27.02.2022) Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.
BAKI, 27 fevral - Sputnik. Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq.
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün sosial şəbəkə hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb.
Onun sözlərinə görə, Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfərləri, danışıqlar və geri qayıtması zamanı Belarus ərazisində yerləşən bütün təyyarələrin, helikopterlərin və raketlərin yerdə qalacağına dair məsuliyyəti öz üzərinə götürüb.
Daha əvvəl Ukrayna mediasında yayılan məlumata görə, Ukrayna və Rusiya arasında danışıqlar Belarusun Qomel şəhərində aparılacaq.
Məlumata görə, danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında bildirib.
Daha əvvəl Ukrayna Prezidenti bildirib ki, Rusiya ilə danışıqlar üçün Belarusun məkan olaraq seçilməsi təklifinə mənfi cavab verib.
"Əgər ərazilərinizdən təcavüzkar hərəkətlər olmasaydı, Minskdə, sizin şəhərinizdə danışa bilərdik", - Ukrayna lideri deyib. "İndi biz deyirik: Minsk yox. Digər şəhərlər görüş yeri ola bilər", - Report Zelenskinin sözlərini belə tərcümə edib.
Zelenski belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.
Ukrayna Prezidenti Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.
Zelenski bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.