Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" "Marsel"i qəbul edir

© AFP 2023 / NICOLAS TUCATИгровой момент в матче стадии плей-офф Лиги конференций УЕФА между агдамским "Карабахом" и французским "Марселем"
Игровой момент в матче стадии плей-офф Лиги конференций УЕФА между агдамским Карабахом и французским Марселем - Sputnik Azərbaycan, 1920, 24.02.2022
Abunə olmaq
Bakı vaxtı ilə 21:45-də Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın Marsel şəhərinin təmsilçisini qəbul edəcək.
BAKI, 24 fevral - Sputnik. Bu gün Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Sputnik Azərbaycan bildirir ki, Azərbaycanın vitse-çempionu və hazırda avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" da növbəti, 1/8 final mərhələsinə adlamaq üçün meydana çıxacaq.
Bakı vaxtı ilə 21:45-də Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın Marsel şəhərinin təmsilçisini qəbul edəcək.
Bir həftə öncə “Velodrom”da 1:3 hesabı ilə uduzduğuna görə "Qarabağ" bu oyunda 3 top fərqilə qalib gəlməli, yaxud 2 top üstünlüyündən sonra penaltilər seriyasında qələbə qazanmalıdır.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçularının ən yaxşı oyunlarını göstərəcəyinə inanır. Bu barədə o, dünən, fevralın 23-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
"Səfərdə "Marsel"i daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyunumuzla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa unutsunlar. İnşallah, bunu bacararıq. "Marsel" son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram", - Qurbanov deyib.
"Qarabağ" klubu da azarkeşlərinə sürpriz etmək qərarına gəlib. Belə ki, bu gün "Marsel"lə qarşılaşmadan öncə Abbas Bağırov, Samirə Əfəndi Samir Cəfərovun iştirakı ilə konsert proqramı təşkil olunacaq.
“Qarabağ”ın oyununa görə Bakı metropoliteninin iş rejiminə də dəyişiklik edilib. Komandanın müraciəti və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edək ki, Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatması sabah, fevralın 25-də keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Konfrans Liqası
Pley-off, cavab oyunu
24 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa)
Baş hakim: Bartoş Frankovski (Polşa)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:3.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram - Qurban Qurbanov
* "Qarabağ" klubundan sürpriz - FOTO
* Raymon Domenek: "Qarabağ" "Marsel"i meydanda "süpürdü"
* “Qarabağ” ilə oyundan sonra “Marsel”ə qarşı iş açılıb - VİDEO
* "Qarabağ"ın qapısını qoruya bilmədi, amma ən yaxşı ola bildi
* "Marsel" - "Qarabağ" oyunundan kadrlar
Xəbər lenti
0