Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram - Qurban Qurbanov

© © REUTERS/Murad SezerQurban Qurbanov
Qurban Qurbanov - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Abunə olmaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransı keçirib.
BAKI, 23 fevral — Sputnik. "Səfərdə "Marsel"i daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burada daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyunumuzla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa unutsunlar. İnşallah, bunu bacararıq. "Marsel" son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
O, hücuma meyilli oyuna üstünlük vermələrinin səbəbini soruşan fransalı jurnalistə belə cavab verib: "Biz təkcə bu matçda yox, bütün qarşılaşmalarda hücumda oynamaq və yaradıcı oynamaq istəyirik. Müdafiədə oturmaq istəmirik. Güclü rəqibə qarşı müdafiədə oturmayanda futbolçular daha inamlı olurlar. Bizə qollar vurmaq lazımdır. Fransadakı son oyunlarda bəzi komandalar müdafiədən oynayaraq "Marsel"ə qalib gəliblər. Amma mən tək bu günü düşünmürəm. Gələcək də daha güclü və daha yaxşı komanda olmağı hədəfləmişik".
© AFP 2023 / NICOLAS TUCATФутболисты ФК "Карабах"
Футболисты ФК Карабах - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Футболисты ФК "Карабах"
Qurbanov Bakıdakı matçlarla Avrokubok görüşlərinin sürətində çoxlu fərqin olduğunu diqqətə çatdırıb. Onun fikrincə, belə komandalara qol vurmaq asan deyil: "Onların müdafiəçilərinin epizoda daha tez müdaxilə etmələri bizim hücumçulara mane olur. Həmişə qapıçıların da oyununu qiymətləndirirəm. Bəzən bu səviyyədə futbolçular daha tez düşünməlidir. Qolların sayını çoxaltmaq üçün oyunçular daha dinamik görüşlər keçirməlidirlər".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
"Qarabağ" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi xahişi ilə müraciət ünvanlayıb.
Müraciət və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.
"Gənclik", "Nəriman Nərimanov" və "28 May" stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0