CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağa "Zəfər marşrutları" hansı tarixi yerləri əhatə edəcək?

© Sputnik / Zulfiyya GuluyevaBakı-Şuşa avtobusu
Bakı-Şuşa avtobusu - Sputnik Azərbaycan, 1920, 23.02.2022
Abunə olmaq
"Füzuli-Xocavənd" marşrutu Köndələnçay su anbarı, Füzuli rayon mərkəzi, Tuğ kəndi, Azıx və Tağlar mağaraları, Hadrut, döyüş bölgəsi olmuş qaya və panoramik görüntü, Qarğabazar karvansarayını əhatə edir.
BAKI, 23 fevral — Sputnik. Ordumuz torpaqlarımızı erməni işğalından azad etməklə yanaşı Qarabağın turizm potensialından yararlanmaq fürsəti açdı.
Sputnik Azərbaycan xəbər verir ki, ermənilərin torpaqlarımızı işğal edərkən dağıntıya məruz qoyduğu ərazilərimizə "Zəfər marşrutları" konsepsiyası çərçivəsində "Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" marşrutları hazırlanıb.
"Yolumuz Ağdama" marşrutuna erməni səngərləri və müdafiə istehkamları, üzüm tənəklikləri, Qarabağ xanlarının türbələri və yaşayış evi, Ağdam Cümə Məscidi, Ağdam şəhər mərkəzi, Çörək muzeyi, Ağdam Dram teatrı, Allahverdi Bağırovun qəbri, Qiyaslı kənd məscidi, Şahbulaq qalası, Beşikdağ alban kilsəsi, Xaçınçay su anbarı, Qutlu Musa türbəsi daxildir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.
"Füzuli-Xocavənd" marşrutu Füzulinin məhv edilmiş üzümlükləri və dağıdılmış kəndləri, hərbi istehkamlar və mökəmləndirilmiş mövqelər, Köndələnçay su anbarı, Füzuli rayon mərkəzi, Tuğ kəndi, Azıx və Tağlar mağaraları, Hadrut, döyüş bölgəsi olmuş qaya və panoramik görüntü, Qarğabazar karvansarayını əhatə edir. Turların təşkilolunma tarixi hələ ki, dəqiq məlum deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Eləcə də oxuyun:
* Otuz il sonra Bakı-Şuşa avtobusu yola düşdü - Reportaj-Video
* "Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin xanımı - Video
* Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə!
Xəbər lenti
0