https://sputnik.az/20220128/susa-ve-agdama-getmek-isteyenlerin-nezerine-438617081.html
Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə!
Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə!
Sputnik Azərbaycan
Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
2022-01-28T19:49+0400
2022-01-28T19:49+0400
2022-01-28T20:01+0400
şuşa
qarabağ
avtobus
ağdam
füzuli
marşrut
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427428310_0:0:3073:1728_1920x0_80_0_0_c519005daa5d19facffe9071e958f659.jpg
BAKI, 28 yanvar — Sputnik. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu günə qədər Şuşa və Ağdam şəhərinə 8 reys həyata keçirilib və toplamda isə 259 sərnişin daşınıb. Belə ki, Bakı-Şuşa-Bakı istiqamətində 47 (1 reys) , Əhmədbəyli-Şuşa-Əhmədbəyli 69 (3 reys), Bakı-Ağdam-Bakı 67 (2 reys), Bərdə-Ağdam-Bərdə 76 (2 reys) sərnişin daşınıb.Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib.Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.Bilet satışı onlayn qaydada "Yolumuz Qarabağa" portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətəndaşlar hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə də Ağdama bilet ala bilərlər.Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq. Müəyyən imtiyazlı şəxslərə ilkin mərhələdə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir".Qurumdan bildirilib ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları üzrə daşımalara cəlb edilən nəqliyyat vasitələri GPS naviqasiya sistemi ilə təchiz edilib:"Məqsəd avtobusların marşrut üzrə hərəkətinə və digər texniki-təhlükəsizlik parametrlərinə real vaxt rejimində nəzarətin təmin edilməsidir. Sistemin fəaliyyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada nəzarət həyata keçirilir. Sərnişinlər avtobuslarda Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin Regional İnkişaf İctimai Birliyinin könüllüləri və ASAN könüllər tərəfindən müşayiət edilir. İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcəkdir".Xatırladaq ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti yeddi manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti beş manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti altı manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir.Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə altı saatdır. Şuşa və Ağdamda ziyarət üçün iki saat yarım vaxt ayrılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Qarabağa getmək üçün biletlərin qiymətləriMilli Məclis Şuşa Bəyannaməsini təsdiq edəcəkŞuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə əməkdaşlığında yeni mərhələ başladıİlham Əliyev Şuşa Bəyannaməsinin Avrasiya üçün strateji əhəmiyyətini açıqladıSəməd Seyidov: “Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti artır”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427428310_76:0:2807:2048_1920x0_80_0_0_146feb419e1bd3d9c0da417e807fad35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şuşa və ağdama getmək istəyənlərin nəzərinə!
şuşa və ağdama getmək istəyənlərin nəzərinə!
Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə!
19:49 28.01.2022 (Yenilənib: 20:01 28.01.2022) Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslər ilə uzlaşdırılacaq.
BAKI, 28 yanvar — Sputnik. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, bu günə qədər Şuşa və Ağdam şəhərinə 8 reys həyata keçirilib və toplamda isə 259 sərnişin daşınıb. Belə ki, Bakı-Şuşa-Bakı istiqamətində 47 (1 reys) , Əhmədbəyli-Şuşa-Əhmədbəyli 69 (3 reys), Bakı-Ağdam-Bakı 67 (2 reys), Bərdə-Ağdam-Bərdə 76 (2 reys) sərnişin daşınıb.
Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Bilet satışı onlayn qaydada "Yolumuz Qarabağa" portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.
İlkin mərhələdə işğaldan azad edilmiş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətəndaşlar hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə də Ağdama bilet ala bilərlər.
Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq. Müəyyən imtiyazlı şəxslərə ilkin mərhələdə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir".
Qurumdan bildirilib ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutları üzrə daşımalara cəlb edilən nəqliyyat vasitələri GPS naviqasiya sistemi ilə təchiz edilib:
"Məqsəd avtobusların marşrut üzrə hərəkətinə və digər texniki-təhlükəsizlik parametrlərinə real vaxt rejimində nəzarətin təmin edilməsidir. Sistemin fəaliyyətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada nəzarət həyata keçirilir. Sərnişinlər avtobuslarda Daxili İşlər Nazirliyinin nümayəndəsi, həmçinin Regional İnkişaf İctimai Birliyinin könüllüləri və ASAN könüllər tərəfindən müşayiət edilir. İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi gələcəkdə yaranacaq tələbata uyğun olaraq digər istiqamətlər üzrə də mərhələli şəkildə təmin ediləcəkdir".
Xatırladaq ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti yeddi manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti beş manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti altı manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.
Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir.
Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə altı saatdır. Şuşa və Ağdamda ziyarət üçün iki saat yarım vaxt ayrılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə əməkdaşlığında yeni mərhələ başladı