https://sputnik.az/20220124/susaya-heyat-yoldasimin-mezarini-axtarmaga-gedirem---sehidin-xanimi---video-438442869.html
"Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin xanımı - Video
"Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin xanımı - Video
Sputnik Azərbaycan
İllərlə həyat yoldaşının yolunu gözləyən X.Qədirova onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona xəbər gəlir. 24.01.2022, Sputnik Azərbaycan
2022-01-24T17:09+0400
2022-01-24T17:09+0400
2022-01-24T17:09+0400
video
şuşa
avtobus
şəhid
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438437289_0:0:2048:1153_1920x0_80_0_0_9d8e939724fb287575a20fa247485a3c.jpg
BAKI, 24 yanvar — Sputnik. Bu gün Bakı Beynəlxalq Avtovağzalında başqa bir ab-hava vardı. Hər kəs 30 ildən sonra ilk müntəzəm sərnişin avtobusunun Bakıdan Şuşaya, Ağdama yola düşməsinin sevincini yaşayırdı. Bu avtobusa bilet alan sərnişinlərin sanki sevincdən uçmağa bir tək qanadı çatmırdı. Axı 30 illik həsrət başa çatırdı. Onlar yenidən dünyaya göz açdıqları torpağa qədəm basacaqdılar. Kimi öz uşaqlığının, kimi də illərdir qurduğu xəyalların ardınca gedirdi. Amma onların arasında işğaldan azad olmuş torpaqlarda öz yarının məzarını axtarmağa gedən də vardı. Bakı-Şuşa avtobusunun sərnişini Xoşqədəm Qədirova Sputnik Azərbaycan-a onu Şuşaya aparan xatirələrindən danışıb: "Əlbəttə, Şuşanı gedib görmək hər birimizin arzusudur. Amma məni bu gün Şuşaya aparan səbəb tamamilə fərqlidir. Mən 30 il əvvəl Şuşada şəhid olan həyat yoldaşımın məzarını axtarmağa gedirəm".X.Qədirova ilə söhbət zamanı öyrənirik ki, həyat yoldaşı Nadir Qədirov 30 il əvvəl Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşanın işğalından sonra X.Qədirova həyat yoldaşından nə qədər xəbər tutmağa çalışsa da, onun ölüsündən-dirisindən xəbər verən olmur. İllərlə həyat yoldaşının yolunu gözləyən X.Qədirova onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona xəbər gəlir: "Biz yoldaşımın itkin düşdüyünü zənn edirdik. Amma Qırmızı Xaç Cəmiyyətindən bizə xəbər gəldi ki, həyat yoldaşım şəhid olub. Yoldaşım elə Şuşada, uğrunda canından keçdiyi torpaqda dəfn edilib".X.Qədirova həyat yoldaşının məzarını tapmağa böyük ümid bəslədiyini söylədi: "İçimdə bir inam var ki, yoldaşımın məzarını tapıb ziyarət edəcəyəm. Anası oğlunun həsrəti ilə dünyadan köçdü. Əgər məzarı tapmasam belə, Şuşaya qədəm bassam, elə bilərəm, onun qəbrini ziyarət etmişəm".Qeyd edək ki, bu gün səhər saatlarında 30 illik həsrətdən sonra işğaldan azad edilmiş Şuşa və Ağdama ilk müntəzəm avtobus reysi yola düşüb. Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev azad olunmuş ərazilərə ilk müntəzəm avtobus reysinin açılış mərasimində çıxışında bildirib ki, Şuşaya və Ağdama iki reys Bakıdan, 4 reys isə Əhmədbəylidən xəttə çıxıb. Onun sözlərinə görə, ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq. Qurum rəhbəri onu da qeyd edib ki, bu marşrutlar üzrə biletlər satışdadır: "Ağdam və Şuşa üzrə sərnişin avtobuslarına aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək".A.Rzayev bildirib ki, bundan sonra da Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək. Biletlərin satışı onlayn, açıqlanan qaydalara uyğun həyata keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin yoldaşı - Video
Sputnik Azərbaycan
İllərlə həyat yoldaşının yolunu gözləyən X.Qədirova onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona xəbər gəlir.
2022-01-24T17:09+0400
true
PT1M16S
https://cdnn1.img.sputnik.az/img/07e6/01/18/438437289_0:0:2048:1536_1920x0_80_0_0_bb39c5eb4ff7a0dba67727c0efcd883b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qədirova şuşaya şəhid həyat yoldaşının məzarını tapmağa gedir video
qədirova şuşaya şəhid həyat yoldaşının məzarını tapmağa gedir video
"Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin xanımı - Video
İllərlə həyat yoldaşının yolunu gözləyən X.Qədirova onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona xəbər gəlir.
BAKI, 24 yanvar — Sputnik. Bu gün Bakı Beynəlxalq Avtovağzalında başqa bir ab-hava vardı. Hər kəs 30 ildən sonra ilk müntəzəm sərnişin avtobusunun Bakıdan Şuşaya, Ağdama yola düşməsinin sevincini yaşayırdı.
Bu avtobusa bilet alan sərnişinlərin sanki sevincdən uçmağa bir tək qanadı çatmırdı. Axı 30 illik həsrət başa çatırdı. Onlar yenidən dünyaya göz açdıqları torpağa qədəm basacaqdılar. Kimi öz uşaqlığının, kimi də illərdir qurduğu xəyalların ardınca gedirdi. Amma onların arasında işğaldan azad olmuş torpaqlarda öz yarının məzarını axtarmağa gedən də vardı.
Bakı-Şuşa avtobusunun sərnişini Xoşqədəm Qədirova Sputnik Azərbaycan-a onu Şuşaya aparan xatirələrindən danışıb: "Əlbəttə, Şuşanı gedib görmək hər birimizin arzusudur. Amma məni bu gün Şuşaya aparan səbəb tamamilə fərqlidir. Mən 30 il əvvəl Şuşada şəhid olan həyat yoldaşımın məzarını axtarmağa gedirəm".
X.Qədirova ilə söhbət zamanı öyrənirik ki, həyat yoldaşı Nadir Qədirov 30 il əvvəl Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşanın işğalından sonra X.Qədirova həyat yoldaşından nə qədər xəbər tutmağa çalışsa da, onun ölüsündən-dirisindən xəbər verən olmur. İllərlə həyat yoldaşının yolunu gözləyən X.Qədirova onun itkin düşdüyünü düşünsə də, bir gün Qırmızı Xaç Cəmiyyətindən ona xəbər gəlir: "Biz yoldaşımın itkin düşdüyünü zənn edirdik. Amma Qırmızı Xaç Cəmiyyətindən bizə xəbər gəldi ki, həyat yoldaşım şəhid olub. Yoldaşım elə Şuşada, uğrunda canından keçdiyi torpaqda dəfn edilib".
X.Qədirova həyat yoldaşının məzarını tapmağa böyük ümid bəslədiyini söylədi: "İçimdə bir inam var ki, yoldaşımın məzarını tapıb ziyarət edəcəyəm. Anası oğlunun həsrəti ilə dünyadan köçdü. Əgər məzarı tapmasam belə, Şuşaya qədəm bassam, elə bilərəm, onun qəbrini ziyarət etmişəm".
Qeyd edək ki, bu gün səhər saatlarında 30 illik həsrətdən sonra işğaldan azad edilmiş Şuşa və Ağdama ilk müntəzəm avtobus reysi yola düşüb. Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev azad olunmuş ərazilərə ilk müntəzəm avtobus reysinin açılış mərasimində çıxışında bildirib ki, Şuşaya və Ağdama iki reys Bakıdan, 4 reys isə Əhmədbəylidən xəttə çıxıb.
Onun sözlərinə görə, ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq. Qurum rəhbəri onu da qeyd edib ki, bu marşrutlar üzrə biletlər satışdadır: "Ağdam və Şuşa üzrə sərnişin avtobuslarına aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək".
A.Rzayev bildirib ki, bundan sonra da Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək. Biletlərin satışı onlayn, açıqlanan qaydalara uyğun həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.