https://sputnik.az/20220124/otuz-il-sonra-baki-susa-avtobusu-yola-dusdu---reportaj-video-438437886.html
Otuz il sonra Bakı-Şuşa avtobusu yola düşdü - Reportaj-Video
Otuz il sonra Bakı-Şuşa avtobusu yola düşdü - Reportaj-Video
Sputnik Azərbaycan
Şuşa sakini: Yuxularımda hər gecə Şuşaya gedib-gəlirdim. Amma bu gün yuxu deyil. Şuşaya, evimə gedirəm. 24.01.2022, Sputnik Azərbaycan
2022-01-24T14:10+0400
2022-01-24T14:10+0400
2022-01-24T14:10+0400
avtobus
azərbaycan xəbərləri
avtovağzal
şuşa
ağdam
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1b/427061589_0:110:3073:1838_1920x0_80_0_0_36b7539303892d86389e6669594b5af6.jpg
BAKI, 24 yanvar — Sputnik. "Məni çox yubandırmayın, avtobus gedər, qalaram buralarda. Bu avtobusa gecikmək olmaz ey... 30 ildir bu günü gözləyirəm".Bu avtobusa gecikmək olmaz!Bakı Beynəlxalq Avtovağzalının girişində mühafizəçi ilə tələsik sağollaşıb təngnəfəs üçüncü mərtəbəyə qalxan ağsaqqal bu gün Bakıdan Ağdama 30 ildən sonra yenidən yola düşəcək avtobusun sərnişinlərindən biridir. Ağdam rayon sakini Zaur Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında 30 ildir bu günü həsrətlə gözlədiyini, sevincindən səhərə qədər yatmadığını söyləyib. Həmsöhbətimiz deyir ki, bu gün həsrətin sona çatacağı gündür:"Sevincimi sözlə ifadə edə bilmirəm. Gecəni sevindiyimdən yata bilməmişəm. Mən bu günü illərdir gözləmişəm. İllərdir doğma torpağa qovuşmağın xəyalını qurmuşam. Bu gün o xəyallarım gerçəyə dönür. Mən Ağdama, evimə gedirəm".Zaur Hüseynov kimi Bakı-Ağdam, Bakı-Şuşa avtobusunun digər sakinləri də dan yeri ağarmamış Bakı Beynəlxalq Avtovağzalına toplaşmışdılar. Səhər saat 05:00-da avtovağzalda olan hər kəsin gözündən sevinc yağırdı. Axı 30 il həsrət qaldıqları doğma torpaqlarına, gözləri arxada qoyub çıxdıqları yurd-yuvalarına qayıdırdılar...Ağdamın Sahibalı kənd sakini Nurəddin Kərimovla avtovağzalın kassasının önündə rastlaşırıq. Ağdama getmək üçün növbə gözləyən N.Kərimov bu biletin onun üçün böyük dəyəri olduğunu söyləyir:N.Kərimov bildirir ki, Ağdam haqqında uzun danışmaq istəmir:"Yol üstə Ağdam haqqında çox danışmayım. Çünki, təsirlənirəm"."Evimə gedirəm"Rüstəmov Kamillə isə Bakı-Şuşa avtobusunun yanında söhbət edirik. 1957-ci ildə Şuşada anadan olan Kamil 1992-ci ildə Şuşanı məcburi tərk edib. Kamil Rüstəmovdan hara getdiyini soruşduqda cavabı belə oldu:"Evimə gedirəm. Uşaqlığımı, gəncliyimi qoyub gəldiyim evimə"...K.Rüstəmov Şuşaya gedən avtobusun sərnişini kimi hisslərini sözlə ifadə etməyin çətin olduğunu söylədi:Şəfiyeva Elmira isə Şuşaya qardaşı uşaqları ilə gedir. Əslən Şuşadan olan E.Şəfiyeva 30 ildə çox həsrət çəkdiyini söylədi: Mən inanırdım ki, biz Şuşaya qayıdacağıq. Biz hər yay Şuşaya istirahətə gedirdik. Bu gün isə Şuşaya atamın, nənəmin evini ziyarətə gedirəm. Həmişə yuxuda Şuşanın fəsillərini görürdüm. Şuşa hər fəsildə özünəməxsus olur. Qışda da əsrarəngizdir Şuşa. Bu sevincli günü bizə yaşadanlara hədsiz minnətdaram".Şuşaya, Ağdama eləcə də işğaldan azad olunmuş torpaqlarımıza getmək, bu yerləri görmək üçün heç də həmin torpaqda doğulmaq vacib deyil. Bu torpaqları görmək hər bir azərbaycanlının arzusudur. Elə məhz buna görə də bu gün Şuşaya, Ağdama gedəcək sərnişin avtobusuna bilet alanlar arasında Azərbaycanın digər bölgələrindən olan insanlar da kifayət qədər idi.Şuşa və Ağdamı görmək hər kəsin arzusudur!Kürdəmir rayon sakini 22 yaşlı Elton Uğurlu da ən böyük arzularından birinə çatacağını söyləyir. Şuşanı heç vaxt görməyən gənc şəhidlərimizin ruhunu anmaq, Şuşanı görmək üçün səfərə qoşulduğunu bildirdi. Onun sözlərinə görə, Cıdır düzünü, “İsa bulağı”nı canlı gedib görmək böyük xoşbəxtlikdir.Mirzəyev Məhəmməd isə Naxçıvandandır. O, Şuşaya getmək üçün bilet alıb. Deyir ki, Şuşaya getmək onun uşaqlıq arzusu olub. Bu arzusu isə bu gün gerçəkləşir.Bakı-Şuşa, Bakı-Ağdam reysləri üzrə avtobuslarda Qarabağa səfər edənlər artıq öz yerlərini tutmaq üzrə idi.Hər şənbə-bazar ŞuşayaAzərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev burada jurnalistlərə səfərlə bağlı açıqlama verdi. Bildirdi ki, azad olunmuş ərazilərə, Bakıdan Şuşaya və Ağdama iki reys, 4 reys isə Əhmədbəylidən xəttə çıxacaq.Onun sözlərinə görə, ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq. Qurum rəhbəri onu da qeyd edib ki, bu marşrutlar üzrə biletlər satışdadır:"Ağdam və Şuşa üzrə sərnişin avtobuslarına aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək".A.Rzayev bildirib ki, bundan sonra da, Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək. Biletlərin satışı onlayn, açıqlanan qaydalara uyğun həyata keçiriləcək.Bu səsi eşidən hər kəs kövrəlirBudur, avtovağzalda 30 ildir eşitmək istədiyimiz söz səslənir - "Bakı-Şuşa, Bakı-Ağdam reysi üzrə avtobuslar bir dəqiqədən sonra Bakı Beynəlxalq Avtovağzalından yola düşəcək". Bu səsi eşidən hər kəs kövrəlir...Gözlərindən sevinc yaşı axan kim, gözləri bulud kimi dolan kim... Bakı-Şuşa, Bakı-Ağdam reysi üzrə avtobuslar səhər saat 06:36-da Bakıdan Qarabağa yola düşür. İndi artıq bütün yollar bizi Qarabağa aparır...Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Şuşaya ilk sərnişin avtobusu yola düşübİldə bir dəfə Şuşanı görmək - şanslılar bu gün gedirlərANAMA minalardan təmizlənmiş ərazilərlə bağlı məlumat yaydı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1b/427061589_70:0:2801:2048_1920x0_80_0_0_20e9f1e53b8d45daba83998bbc1e7a88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtobus, avtovağzal, şuşa, ağdam
avtobus, avtovağzal, şuşa, ağdam
Otuz il sonra Bakı-Şuşa avtobusu yola düşdü - Reportaj-Video
Şuşa sakini: Yuxularımda hər gecə Şuşaya gedib-gəlirdim. Amma bu gün yuxu deyil. Şuşaya, evimə gedirəm.
BAKI, 24 yanvar — Sputnik. "Məni çox yubandırmayın, avtobus gedər, qalaram buralarda. Bu avtobusa gecikmək olmaz ey... 30 ildir bu günü gözləyirəm".
Bu avtobusa gecikmək olmaz!
Bakı Beynəlxalq Avtovağzalının girişində mühafizəçi ilə tələsik sağollaşıb təngnəfəs üçüncü mərtəbəyə qalxan ağsaqqal bu gün Bakıdan Ağdama 30 ildən sonra yenidən yola düşəcək avtobusun sərnişinlərindən biridir.
Ağdam rayon sakini
Zaur Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında 30 ildir bu günü həsrətlə gözlədiyini, sevincindən səhərə qədər yatmadığını söyləyib. Həmsöhbətimiz deyir ki, bu gün həsrətin sona çatacağı gündür:
"Sevincimi sözlə ifadə edə bilmirəm. Gecəni sevindiyimdən yata bilməmişəm. Mən bu günü illərdir gözləmişəm. İllərdir doğma torpağa qovuşmağın xəyalını qurmuşam. Bu gün o xəyallarım gerçəyə dönür. Mən Ağdama, evimə gedirəm".
Zaur Hüseynov kimi Bakı-Ağdam, Bakı-Şuşa avtobusunun digər sakinləri də dan yeri ağarmamış Bakı Beynəlxalq Avtovağzalına toplaşmışdılar. Səhər saat 05:00-da avtovağzalda olan hər kəsin gözündən sevinc yağırdı. Axı 30 il həsrət qaldıqları doğma torpaqlarına, gözləri arxada qoyub çıxdıqları yurd-yuvalarına qayıdırdılar...
Ağdamın Sahibalı kənd sakini Nurəddin Kərimovla avtovağzalın kassasının önündə rastlaşırıq. Ağdama getmək üçün növbə gözləyən N.Kərimov bu biletin onun üçün böyük dəyəri olduğunu söyləyir:
"Bu bilet sadə bir kağız parçası deyil. 30 ilin həsrəti bitəcək bu aldığımız biletlə. Bilirsiniz, mən bu günü necə arzulamışam? Bilirəm ki, evimizin uçuq divarları qalıb. Topdağıtmaz mülkümüzdən əsər-əlamət yoxdur. Bağlı-bağatlı həyətimiz viranəyə çevrilib. Heç nəyi gedib 30 il əvvəl qoyub gəldiyimiz kimi görməyəcəyik. Amma torpaq yerindədir. Xatirələrimiz bizi qarşılayacaq".
N.Kərimov bildirir ki, Ağdam haqqında uzun danışmaq istəmir:
"Yol üstə Ağdam haqqında çox danışmayım. Çünki, təsirlənirəm".
Rüstəmov Kamillə isə Bakı-Şuşa avtobusunun yanında söhbət edirik. 1957-ci ildə Şuşada anadan olan Kamil 1992-ci ildə Şuşanı məcburi tərk edib. Kamil Rüstəmovdan hara getdiyini soruşduqda cavabı belə oldu:
"Evimə gedirəm. Uşaqlığımı, gəncliyimi qoyub gəldiyim evimə"...
K.Rüstəmov Şuşaya gedən avtobusun sərnişini kimi hisslərini sözlə ifadə etməyin çətin olduğunu söylədi:
"35 yaşında Şuşadan çıxıb 65 yaşımda Şuşaya yenidən qayıdıram. Hansı hisslər keçirdiyimizi sözlə ifadə edə bilmirəm. 30 ildir ki, Şuşasızam. Şuşaya gedən kimi ilk gedəcəyim xüsusi ünvan yoxdur. Şuşanın hər qarışı mənə əzizdir. Mən hər gecə yuxumda Şuşaya gedib-gəlmişəm. Babalarımızın ruhu bizi gözləyir. Mənim uşaqlığım, gəncliyim Şuşada keçib. Yuxularımda hər gecə Şuşaya gedib-gəlirdim. Amma bu gün yuxu deyil. Şuşaya, evimə gedirəm. Öz evimə qayıdıram".
Şəfiyeva Elmira isə Şuşaya qardaşı uşaqları ilə gedir. Əslən Şuşadan olan E.Şəfiyeva 30 ildə çox həsrət çəkdiyini söylədi: Mən inanırdım ki, biz Şuşaya qayıdacağıq. Biz hər yay Şuşaya istirahətə gedirdik. Bu gün isə Şuşaya atamın, nənəmin evini ziyarətə gedirəm. Həmişə yuxuda Şuşanın fəsillərini görürdüm. Şuşa hər fəsildə özünəməxsus olur. Qışda da əsrarəngizdir Şuşa. Bu sevincli günü bizə yaşadanlara hədsiz minnətdaram".
Şuşaya, Ağdama eləcə də işğaldan azad olunmuş torpaqlarımıza getmək, bu yerləri görmək üçün heç də həmin torpaqda doğulmaq vacib deyil. Bu torpaqları görmək hər bir azərbaycanlının arzusudur. Elə məhz buna görə də bu gün Şuşaya, Ağdama gedəcək sərnişin avtobusuna bilet alanlar arasında Azərbaycanın digər bölgələrindən olan insanlar da kifayət qədər idi.
Şuşa və Ağdamı görmək hər kəsin arzusudur!
Kürdəmir rayon sakini 22 yaşlı Elton Uğurlu da ən böyük arzularından birinə çatacağını söyləyir. Şuşanı heç vaxt görməyən gənc şəhidlərimizin ruhunu anmaq, Şuşanı görmək üçün səfərə qoşulduğunu bildirdi. Onun sözlərinə görə, Cıdır düzünü, “İsa bulağı”nı canlı gedib görmək böyük xoşbəxtlikdir.
Mirzəyev Məhəmməd isə Naxçıvandandır. O, Şuşaya getmək üçün bilet alıb. Deyir ki, Şuşaya getmək onun uşaqlıq arzusu olub. Bu arzusu isə bu gün gerçəkləşir.
Bakı-Şuşa, Bakı-Ağdam reysləri üzrə avtobuslarda Qarabağa səfər edənlər artıq öz yerlərini tutmaq üzrə idi.
Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev burada jurnalistlərə səfərlə bağlı açıqlama verdi. Bildirdi ki, azad olunmuş ərazilərə, Bakıdan Şuşaya və Ağdama iki reys, 4 reys isə Əhmədbəylidən xəttə çıxacaq.
Onun sözlərinə görə, ilk avtobus reyslərinin başlanması bu ərazilərin həm sosial, həm iqtisadi, həm də humanitar inteqrasiyasında mühüm rol oynayacaq. Qurum rəhbəri onu da qeyd edib ki, bu marşrutlar üzrə biletlər satışdadır:
"Ağdam və Şuşa üzrə sərnişin avtobuslarına aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək".
A.Rzayev bildirib ki, bundan sonra da, Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək. Biletlərin satışı onlayn, açıqlanan qaydalara uyğun həyata keçiriləcək.
Bu səsi eşidən hər kəs kövrəlir
Budur, avtovağzalda 30 ildir eşitmək istədiyimiz söz səslənir - "Bakı-Şuşa, Bakı-Ağdam reysi üzrə avtobuslar bir dəqiqədən sonra Bakı Beynəlxalq Avtovağzalından yola düşəcək". Bu səsi eşidən hər kəs kövrəlir...
Gözlərindən sevinc yaşı axan kim, gözləri bulud kimi dolan kim... Bakı-Şuşa, Bakı-Ağdam reysi üzrə avtobuslar səhər saat 06:36-da Bakıdan Qarabağa yola düşür. İndi artıq bütün yollar bizi Qarabağa aparır...
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.