https://sputnik.az/20220220/ktmt-ukraynaya-sulhmeramli-gonderir-439360286.html
KTMT Ukraynaya sülhməramlı göndərir?
KTMT Ukraynaya sülhməramlı göndərir?
Sputnik Azərbaycan
KTMT rəhbəri bildirib ki, təşkilat sülhməramlıları tez bir zamanda göndərə bilər. 20.02.2022, Sputnik Azərbaycan
2022-02-20T01:27+0400
2022-02-20T01:27+0400
2022-02-20T01:27+0400
dünya xəbərləri
ktmt
ukrayna
sülhməramlılar
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_0:0:3072:1728_1920x0_80_0_0_49fda5fdcd29188f3f9b410edb3e10ce.jpg
BAKI, 20 fevral – Sputnik. Kiyevin razılığı, eləcə də BMT Təhlükəsizlik Şurasının sanksiyası olduğu təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Donbassa sülhməramlı göndərə bilər.Sputnik Azərbaycan bildirir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.Zasın fikrincə, vəziyyəti dialoq yoluyla düzəltmək lazımdır.“Masa arxasında əyləşib nəsə barədə razılığa gəlməyi qəbul etmək lazımdır. Bu, yeni rerallıqdır”, - baş katib deyib.O əlavə edib ki, KTMT və üzvləri güc tətbiq edilməsi ilə bağlı istənilən qərarı həmişə hərtərəfli götür-qoy edirlər, lazım olduqda isə təşkilat sülhməramlıları tez bir zamanda göndərə bilər.“İnanın ki, nə qədər lazımdırsa, göndərə bilərik. Əgər 300 min lazım olsa, 300 min, 17 min lazım olsa, 17 min göndərərik. Çox gərək olsa, çox da göndərərik, yəni istənilən qədər”, - Zas deyib.Bundan öncə Rusiya XİN beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İlyiçov bildirib ki, BMT sülhməramlılarının Donbasda yerləşdirilməsi məsələsi bağlanıb və müzakirə olunmur. Hazırda Rusiya ilə Ukrayna sərhədində BMT sülhməramlı missiyasının yerləşdirilməsi gərək deyil, onlar Ukraynadaxili problemi həll edə bilməyəcəklər.Bir neçə saatdır ki, özlərini respublika elan etmiş Donetsk və Luqansk vətəndaşların Rusiya ərazisinə təxliyə olunduğu barədə məlumatlar yayır. Təxminən 700 min insanın təxliyə ounacağının planlaşdırıldığı deyilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Stoltenberq Rusiyanı “daha çox NATO” ilə hədələdi* Zelenski Putin və Ərdoğanla görüşmək istəyir * Blinken: Ukraynanın Donbassı qaytarmaq ideyası məntiqə ziddir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_341:0:3072:2048_1920x0_80_0_0_08bbf71688ddcfda3fcdf4224080b0e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt donbassa sülhməramlı göndərə bilər: "hətta 300 min də"
ktmt donbassa sülhməramlı göndərə bilər: "hətta 300 min də"
KTMT Ukraynaya sülhməramlı göndərir?
KTMT rəhbəri bildirib ki, təşkilat sülhməramlıları tez bir zamanda göndərə bilər.
BAKI, 20 fevral – Sputnik. Kiyevin razılığı, eləcə də BMT Təhlükəsizlik Şurasının sanksiyası olduğu təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Donbassa sülhməramlı göndərə bilər.
Sputnik Azərbaycan bildirir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.
“Hipotetik olaraq, bunu Ukraynanın razılığıyla gerçəkləşdirmək olar. Çünki ora onun ərazisidir. Əgər BMT Təhlükəsizlik Şurasının mandatı və ehtiyac yaranarsa, bu qərarı bizim bütün dövlətlərimiz dəstəkləyər”, - KTMT baş katibi Reuters agentliyinə bildirib.
Zasın fikrincə, vəziyyəti dialoq yoluyla düzəltmək lazımdır.
“Masa arxasında əyləşib nəsə barədə razılığa gəlməyi qəbul etmək lazımdır. Bu, yeni rerallıqdır”, - baş katib deyib.
O əlavə edib ki, KTMT və üzvləri güc tətbiq edilməsi ilə bağlı istənilən qərarı həmişə hərtərəfli götür-qoy edirlər, lazım olduqda isə təşkilat sülhməramlıları tez bir zamanda göndərə bilər.
“İnanın ki, nə qədər lazımdırsa, göndərə bilərik. Əgər 300 min lazım olsa, 300 min, 17 min lazım olsa, 17 min göndərərik. Çox gərək olsa, çox da göndərərik, yəni istənilən qədər”, - Zas deyib.
Bundan öncə Rusiya XİN beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İlyiçov bildirib ki, BMT sülhməramlılarının Donbasda yerləşdirilməsi məsələsi bağlanıb və müzakirə olunmur. Hazırda Rusiya ilə Ukrayna sərhədində BMT sülhməramlı missiyasının yerləşdirilməsi gərək deyil, onlar Ukraynadaxili problemi həll edə bilməyəcəklər.
Bir neçə saatdır ki, özlərini respublika elan etmiş Donetsk və Luqansk vətəndaşların Rusiya ərazisinə təxliyə olunduğu barədə məlumatlar yayır. Təxminən 700 min insanın təxliyə ounacağının planlaşdırıldığı deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.