DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski Putin və Ərdoğanla görüşmək istəyir

© AP Photo / Alastair GrantUkrayna Prezidenti Volodimir Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Zelenski yaxın günlərdə Ukrayna, Almaniya və Türkiyə ilə sammit təşkil etmək niyyətindədir.
BAKI, 19 fevral – Sputnik. Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini deyib.
“Bilmirəm, Rusiya Prezidenti nə istəyir, ona görə də görüşməyi təklif edirəm”, - jurnalistlərin Putinin Ukraynaya dair məqsədlərini necə şərh etdiyinə dair sualı cavanlandırarkən Zelenski deyib.
O həmçinin qeyd edib ki, yaxın günlərdə Avropada təhlükəsizlik məsələlərinin həlli üçün Ukrayna, Almaniya və Türkiyə ilə sammit təşkil etmək niyyətindədir.
“Avropada təhlükəsizliyə təhdidlərin həlli və Ukraynanın təhlükəsizliyi üçün yeni əməli zəmanətlərin işlənib hazırlanması üçün Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitini təklif edirəm”, - Zelenski deyib.
Prezident bildirib ki, Ukraynaya kömək üçün daim “Rusiyanın müdaxilə”sinin mümkün tarixlərindən danışmaq lazım deyil.
“Ukraynaya doğrudan da kömək etmək üçün daim mümkün işğal tarixlərindən danışmaq lazım deyil. Biz öz torpaqlarımızı fevralın 16-da da, martın 1-də də, dekabrın 31-də də müdafiə edəcəyik”, - Zelenski bildirib.

Bir qədər əvvəl “Rusiya lideri Vladimir Putinin “Ukraynaya girmək” barədə qərar verdiyini düşünürsünüzmü?” sualına ABŞ Prezidenti Co Bayden təsdiq cavabı verib. Niyə belə qənaətə gəldiyinə dair suala isə Bayden cavab verib ki, Vaşinqtonun “kəşfiyyatda yaxşı imkanları var”.

Volodimir Zelenski Münhendə ölkələri Ukrayna üçün dayanıqlılıq və bərpa fondu yaratmağa çağırıb.
“Bizim ölkəmizin bərpası və dayanıqlılığı üçün fond, lend-liz proqramı yaratmaq, Ukraynaya yeni silahlar, texnika, ordumuz üçün avadanlıqlar vermək, Rusiya aqressiyasını cilovlamaq üçün səmərəli preventiv sanksiyalar paketi hazırlamaq lazımdır”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Qərb həmçinin Ukraynanın Aİ-nin enerji bazarına inteqrasiyasına zəmanət verməlidir, çünki hazırda “Şimal axını-2” qaz kəməri Ukrayna və Avropaya qarşı “silah kimi” istifadə olunur.
Təhlükəsizlik zəmanət barədə Rusiyanın tələbi
Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiyaya aid edilən planlar Moskvada qəti şəkildə rədd edilir və heç kimi təhdid etmədiklərini daim bəyan edirlər. Qeyd olunur ki, bütün bu kimi bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda qeyd edib ki, RF Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir səbəb yaratmır. Onun sözlərinə görə, Rusiya Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriyanın Kiyevin Donbasla bağlı Minsk sazişlərini sabotaj etmək xəttini ört-basdır etmək məqsədi daşıdığını istisna etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla çərçivələnib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Stoltenberq Rusiyanı “daha çox NATO” ilə hədələdi
* Putin və Lukaşenko ballistik raketlərin buraxılmasını izləyirlər VİDEO
Xəbər lenti
0