https://sputnik.az/20220219/stoltenberq-rusiyani-daha-cox-nato-ile-hedeledi-439353136.html
Stoltenberq Rusiyanı “daha çox NATO” ilə hədələdi
Stoltenberq Rusiyanı “daha çox NATO” ilə hədələdi
Sputnik Azərbaycan
BAKI, 19 fevral – Sputnik. Əgər Rusiyanın məqsədi öz sərhədində NATO qüvvələrinin mövcudluğunun azaldığını görməkdirsə, o zaman o “daha çox NATO” görəcək. 19.02.2022, Sputnik Azərbaycan
2022-02-19T18:59+0400
2022-02-19T18:59+0400
2022-02-19T19:00+0400
dünya xəbərləri
ukrayna
rusiya
münhen
nato
https://cdnn1.img.sputnik.az/img/41727/70/417277075_0:0:3500:1969_1920x0_80_0_0_32722174d627f8ebceceb1f4de856439.jpg
BAKI, 19 fevral – Sputnik. Əgər Rusiyanın məqsədi öz sərhədində NATO qüvvələrinin mövcudluğunun azaldığını görməkdirsə, o zaman o “daha çox NATO” görəcək.Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən məlumatına görə, bunu Alyansın baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik konfransında deyib.“Hazırkı böhran Transatlantik münasibətlərin Avropa təhlükəsizliyi üçün əhəmiyyətini göstərir. NATO – müdafiə alyansıdır, o, Rusiyanı, ümumiyyətlə, heç kimi təhdid etmir. Ancaq biz bütün üzvlərimizi qorumaq üçün bütün tədbirləri görəcəyik. Əgər Kremlin məqsədi öz sərhədlərində daha az NATO-nun olmağıdırsa, o zaman daha çox NATO alacaq. Əgər o, NATO-nu bölmək istəyirsə, alyans daha da birləşəcək”, - Stoltenberq deyib.Rusiya üçün təhlükə olmadığımıza zəmanət verə bilərik – ConsonNATO Rusiya prezidenti Vladimir Putinə alyansın onun ölkəsi üçün təhlükə olmadığı barədə zəmanət verməyə hazırdır. Bunu da Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.“Əgər Putin hazırdırsa, qarşıda yol var. Onun dediyi kimi, “gördüyü təhlükələri” müzakirə etmək olar. Çünki reallıqda hamımızı bilirik ki, o təhlükələr sadəcə illüziyadır. Onlar Kremlin NATO-nun təhdid alyansı olduğu haqda xroniki səhv düşüncələrinin məhsuludur. Bu, NATO-nun funksiyası deyil. NATO – sülh və müdafiə alyansıdır. Biz bu nöqteyi-nəzəri sübut etmək üçün prezident Putinlə işləməyə, onun ehtiyacı olan zəmanəti verməyə hazırıq”, - Mühnen təhlükəsizlik konfransında çıxış edən Conson deyib.O əlavə edib ki, NATO ölkələri deyə bilərlər ki, “bəli, Rusiya 2014-cü ildə ilk dəfə Ukraynaya müdaxilə edəndə NATO-nun Almaniyadan şərqdə daimi heç bir qoşunu yox idi”.Consonun sözlərinə görə, yalnız 2017-ci ildə NATO qüvvələri Polşa və Baltika ölkələrinin təhlükəsizliyi üçün göndərilib. Ancaq sayı 5000-dən az olan bu qoşunlar Rusiya üçün ciddi təhlükə sayıla bilməz.Britaniyalı nazir əlavə edib ki, son vaxtlar NATO kontingentinin sayı bu ölkələrdə artırılıb, ancaq bu say da Rusiya üçün təhlükə deyil.Ukraynada müharibə təhlükəsi realdır“Ukraynada müharibə təhlükəsi realdır, ancaq bu barədə qəti qərar verilib-verilmədiyi bəlli deyil”, Almaniya XİN rəhbəri Annalena BerbokMünhen təhlükəsizlik konfransında brifinqdə deyib.“Biz bilmirik hücuma artıq qərar veriblərmi, ancaq Ukraynanın təhlükə qarşısında olduğu realdır. Bu indidən Ukraynada investisiyalara, hava nəqliyyatına, iş yerlərinə və insanların gündəlik həyatına təsir edir”, - Berbok bildirib.Bir neçə saatdır ki, özlərini respublika elan etmiş Donetsk və Luqansk vətəndaşların Rusiya ərazisinə təxliyə olunduğu barədə məlumatlar yayır. Təxminən 700 min insanın təxliyə ounacağının planlaşdırıldığı deyilir.Rusiyanı taleyüklü səhvdən çəkindirdilərBu gün Münhen təhlükəsizlik konfransı çərçivəsində G7 ölkələrinin XİN rəhbərləri də görüşüblər. Onlar Rusiyanı “taleyüklü səhv etməkdən” çəkindirərək qoşunlarını Ukrayna sərhədindən çəkməyə və ümumi təhlükəsizlik barədə Qərblə danışıqlara başlamağa dəvət ediblər. Bu barədə də Annalena Berbok məlumat verib.“Bu gün təcili görüş üçün toplanmışıq, çünki vəziyyət çox ciddidir. Ancaq tarix hələ yazılmayıb. Hələ də asan çıxış yolu görürük və Rusiya hökuməti bu çıxışı axtarmaq üçün qərar qəbul etməlidir. G7 üzvləri kimi Rusiyaya çağırışımız belədir: bu taleyüklü səhvi etməyin, qoşunlarınızı çıxarın, gəlin danışıqlara başlayaq”, - Berbok bəyan edib.Xanım Berbok qeyd edib ki, görüşdə Ukraya XİN rəhbəri Dmitri Kulıeba da iştirak edib. G7 ölkələri Ukrayna ilə həmrəylik nümayiş etdiriblər.Lavrov fransalı həmkarı ilə danışdıBu arada Rusiya XİN rəhbəri Sergey Lavrovfransalı həmkarı Jan-İv Lö Drianla danışıb və deyib ki, Rusiyanın təhlükəsizlik təminatı barədə tələbinin iqnor edilməsi Avropadakı vəziyyətə pis təsir edir.“Lavrov Lö Driana bildirib ki, Rusiya-NATO münasibətlərinə dair bütün dövlətlərin ATƏT-də ali səviyyədə təsdiqlədilkəri, tərəflərin maraq balansına söykənən bərabər və bölünməyən təhlükəsizliyin təminatı üzrə öhdəlikləri yerinə yetirməsi vacibdir”, - Rusiya XİN-in məlumatında deyilir.Danilov Donbasda durum haqdaUkrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, Donbasda vəziyyət gərgindir, ayırıcı xətt boyu atəş faktları artır.“Prezidentin tapşırığı ilə İvan Bakanovla – (UTŞ rəhbəri – red.) səhər ertədən cəbhədəyik. Hərbçilərlə görüşür, vəziyyəti öyrənirik. Ümumi vəziyyətə gəlincə, gərgindir, bütün cəbhə boyu hiss olunur. Atəşkəs sayı artır, rusiyalı terrorçu qrupların məqsədi hərbi münaqişəni tətikləmək, bunda Ukraynanı günahlandırmaq və nəhayətdə bizi Kremlin “LXR” və “DXR” marionetləri ilə danışıqlar masası arxasında oturmağa vadar etməkdir”, - Danilov Facebook səhifəsində yazıb.Danilov əlavə edib ki, Ukrayna “Rusiya güc təzyiqinə və aqressiyasına” sərt cavab verməyə hazırdır.Təhlükəsizlik zəmanət barədə tələbUkrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiyaya aid edilən planlar Moskvada qəti şəkildə rədd edilir və heç kimi təhdid etmədiklərini daim bəyan edirlər. Qeyd olunur ki, bütün bu kimi bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda qeyd edib ki, RF Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir səbəb yaratmır. Onun sözlərinə görə, Rusiya Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriyanın Kiyevin Donbasla bağlı Minsk sazişlərini sabotaj etmək xəttini ört-basdır etmək məqsədi daşıdığını istisna etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla çərçivələnib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
münhen
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41727/70/417277075_465:0:3500:2276_1920x0_80_0_0_6ae3510e3fa44da27013b281bc91fd56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya üçün "daha çox nato" hədəsi: münhendə nə qərara gəldilər
rusiya üçün "daha çox nato" hədəsi: münhendə nə qərara gəldilər
BAKI, 19 fevral – Sputnik. Əgər Rusiyanın məqsədi öz sərhədində NATO qüvvələrinin mövcudluğunun azaldığını görməkdirsə, o zaman o “daha çox NATO” görəcək.
Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən məlumatına görə, bunu Alyansın baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik konfransında deyib.
“Hazırkı böhran Transatlantik münasibətlərin Avropa təhlükəsizliyi üçün əhəmiyyətini göstərir. NATO – müdafiə alyansıdır, o, Rusiyanı, ümumiyyətlə, heç kimi təhdid etmir. Ancaq biz bütün üzvlərimizi qorumaq üçün bütün tədbirləri görəcəyik. Əgər Kremlin məqsədi öz sərhədlərində daha az NATO-nun olmağıdırsa, o zaman daha çox NATO alacaq. Əgər o, NATO-nu bölmək istəyirsə, alyans daha da birləşəcək”, - Stoltenberq deyib.
Rusiya üçün təhlükə olmadığımıza zəmanət verə bilərik – Conson
NATO Rusiya prezidenti Vladimir Putinə alyansın onun ölkəsi üçün təhlükə olmadığı barədə zəmanət verməyə hazırdır. Bunu da Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
“Əgər Putin hazırdırsa, qarşıda yol var. Onun dediyi kimi, “gördüyü təhlükələri” müzakirə etmək olar. Çünki reallıqda hamımızı bilirik ki, o təhlükələr sadəcə illüziyadır. Onlar Kremlin NATO-nun təhdid alyansı olduğu haqda xroniki səhv düşüncələrinin məhsuludur. Bu, NATO-nun funksiyası deyil. NATO – sülh və müdafiə alyansıdır. Biz bu nöqteyi-nəzəri sübut etmək üçün prezident Putinlə işləməyə, onun ehtiyacı olan zəmanəti verməyə hazırıq”, - Mühnen təhlükəsizlik konfransında çıxış edən Conson deyib.
O əlavə edib ki, NATO ölkələri deyə bilərlər ki, “bəli, Rusiya 2014-cü ildə ilk dəfə Ukraynaya müdaxilə edəndə NATO-nun Almaniyadan şərqdə daimi heç bir qoşunu yox idi”.
Consonun sözlərinə görə, yalnız 2017-ci ildə NATO qüvvələri Polşa və Baltika ölkələrinin təhlükəsizliyi üçün göndərilib. Ancaq sayı 5000-dən az olan bu qoşunlar Rusiya üçün ciddi təhlükə sayıla bilməz.
Britaniyalı nazir əlavə edib ki, son vaxtlar NATO kontingentinin sayı bu ölkələrdə artırılıb, ancaq bu say da Rusiya üçün təhlükə deyil.
Ukraynada müharibə təhlükəsi realdır
“Ukraynada müharibə təhlükəsi realdır, ancaq bu barədə qəti qərar verilib-verilmədiyi bəlli deyil”, Almaniya XİN rəhbəri Annalena BerbokMünhen təhlükəsizlik konfransında brifinqdə deyib.
“Biz bilmirik hücuma artıq qərar veriblərmi, ancaq Ukraynanın təhlükə qarşısında olduğu realdır. Bu indidən Ukraynada investisiyalara, hava nəqliyyatına, iş yerlərinə və insanların gündəlik həyatına təsir edir”, - Berbok bildirib.
Bir neçə saatdır ki, özlərini respublika elan etmiş Donetsk və Luqansk vətəndaşların Rusiya ərazisinə təxliyə olunduğu barədə məlumatlar yayır. Təxminən 700 min insanın təxliyə ounacağının planlaşdırıldığı deyilir.
Rusiyanı taleyüklü səhvdən çəkindirdilər
Bu gün Münhen təhlükəsizlik konfransı çərçivəsində G7 ölkələrinin XİN rəhbərləri də görüşüblər. Onlar Rusiyanı “taleyüklü səhv etməkdən” çəkindirərək qoşunlarını Ukrayna sərhədindən çəkməyə və ümumi təhlükəsizlik barədə Qərblə danışıqlara başlamağa dəvət ediblər. Bu barədə də Annalena Berbok məlumat verib.
“Bu gün təcili görüş üçün toplanmışıq, çünki vəziyyət çox ciddidir. Ancaq tarix hələ yazılmayıb. Hələ də asan çıxış yolu görürük və Rusiya hökuməti bu çıxışı axtarmaq üçün qərar qəbul etməlidir. G7 üzvləri kimi Rusiyaya çağırışımız belədir: bu taleyüklü səhvi etməyin, qoşunlarınızı çıxarın, gəlin danışıqlara başlayaq”, - Berbok bəyan edib.
Xanım Berbok qeyd edib ki, görüşdə Ukraya XİN rəhbəri Dmitri Kulıeba da iştirak edib. G7 ölkələri Ukrayna ilə həmrəylik nümayiş etdiriblər.
Lavrov fransalı həmkarı ilə danışdı
Bu arada Rusiya XİN rəhbəri Sergey Lavrovfransalı həmkarı Jan-İv Lö Drianla danışıb və deyib ki, Rusiyanın təhlükəsizlik təminatı barədə tələbinin iqnor edilməsi Avropadakı vəziyyətə pis təsir edir.
“Lavrov Lö Driana bildirib ki, Rusiya-NATO münasibətlərinə dair bütün dövlətlərin ATƏT-də ali səviyyədə təsdiqlədilkəri, tərəflərin maraq balansına söykənən bərabər və bölünməyən təhlükəsizliyin təminatı üzrə öhdəlikləri yerinə yetirməsi vacibdir”, - Rusiya XİN-in məlumatında deyilir.
Danilov Donbasda durum haqda
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun sözlərinə görə, Donbasda vəziyyət gərgindir, ayırıcı xətt boyu atəş faktları artır.
“Prezidentin tapşırığı ilə İvan Bakanovla – (UTŞ rəhbəri – red.) səhər ertədən cəbhədəyik. Hərbçilərlə görüşür, vəziyyəti öyrənirik. Ümumi vəziyyətə gəlincə, gərgindir, bütün cəbhə boyu hiss olunur. Atəşkəs sayı artır, rusiyalı terrorçu qrupların məqsədi hərbi münaqişəni tətikləmək, bunda Ukraynanı günahlandırmaq və nəhayətdə bizi Kremlin “LXR” və “DXR” marionetləri ilə danışıqlar masası arxasında oturmağa vadar etməkdir”, - Danilov Facebook səhifəsində yazıb.
Danilov əlavə edib ki, Ukrayna “Rusiya güc təzyiqinə və aqressiyasına” sərt cavab verməyə hazırdır.
Təhlükəsizlik zəmanət barədə tələb
Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiyaya aid edilən planlar Moskvada qəti şəkildə rədd edilir və heç kimi təhdid etmədiklərini daim bəyan edirlər. Qeyd olunur ki, bütün bu kimi bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda qeyd edib ki, RF Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir səbəb yaratmır. Onun sözlərinə görə, Rusiya Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriyanın Kiyevin Donbasla bağlı Minsk sazişlərini sabotaj etmək xəttini ört-basdır etmək məqsədi daşıdığını istisna etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla çərçivələnib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.