DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Blinken: Ukraynanın Donbassı qaytarmaq ideyası məntiqə ziddir

© AFP 2024 / ANDREW HARNIKABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 20.02.2022
Abunə olmaq
Blinken Ukrayna məsələsinə görə ABŞ və Rusiya liderlərinin görüşünü istisna etməyib, eyni zamanda Lavrovla görüşünün anonsunu verib.
BAKI, 20 fevral – Sputnik. Vaşinqton Rusiya və Ukrayna ətrafındakı hazırkı vəziyyət barədə əldə etdiyi və ictimaiyyətə çatdırdığı kəşfiyyat məlumatlarında tam əmindir.
Sputnik Azərbaycan bildirir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.
“Sizə belə deyə bilərəm: əlimizdə olan informasiyadan tam əminik. BMT TŞ-də bu günlərdə dediyim kimi, etiraf edirəm ki, əvvəllər biz dəqiq olmayan məlumatlar verirdik. Amma biz əlimizdə olan informasiyadan hazırda tam əminik və onu ictimaiyyətə müharibəyə başlamaq üçün deyil, onun qarşısını almaq üçün açıqlayırıq”, - Blinken “Dojd”* telekanalına (Rusiyada xarici agent sayılır) müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynanın qəfildən Donbassı qaytarmaq ideyası məntiqə ziddir.
“Ukraynanın bu gün Rusiyaya necəsə təhdid etməsi ideyası bu ölkələrin ölçülərini nəzərə aldıqda hər-hansı məntiqə ziddir. Ukraynanın qəfildən, özü də indi Donbassı qaytarmaq ideyası da məntiqə sığmır, çünki o bunu son səkkiz il ərzində edə bilərdi, indiki kimi ətrafında 150 minlik rus qoşunu olanda etməzdi”, - Bayden söyləyib.
Ukrayna mövzusunda Rusiya ilə ABŞ-ın yüksək səviyyədə danışıqları mövzusuna gəlincə, Blinken qeyd edib ki, Co Bayden həmişə Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı fəaliyyətə hazırdır, o halda ki bu fəaliyyət sülh və diplomatik prosesin xeyrinə işləsin.
Blinken özü isə Rusiya Xarici işlər naziri Sergey Lavrovla fevralın 24-də görüşəcək. O dəqiqləşdirib ki, görüş Avropada keçiriləcək.
Dövlət katibi əlavə edib ki, “Lavrova cavab məktubunda qeyd edib ki, bu (görüşün vaxtı – red.), Rusiyanın həmin müddətdə Ukraynaya hücum etməyəcəyini nəzərdə tutur”.
Bu arada bəlli olub ki, Fransa Prezidenti Emmanuel Makron bazar günü, fevralın 20-də Moskva vaxtı ilə 13:00-da Vladimir Putinlə telefonla danışacaq.

Münhen Təhlükəsizlik Konfransında Ukrayna-Rusiya məsələsi

Fevralın 19-da Münhendə Təhlükəsizlik Konfransı və onun çərçivəsində G7 ölkələrinin XİN rəhbərlərinin görüşü olub. Ukrayna Prezidenti Volodimir Zelenski konfransda çıxış edib, G7 iclasına isə Ukraya XİN rəhbəri Dmitri Kuleba qatılıb.
G7 ölkələri Ukrayna ilə həmrəylik nümayiş etdiriblər. "G7 üzvləri kimi Rusiyaya çağırışımız belədir: bu taleyüklü səhvi etməyin, qoşunlarınızı çıxarın, gəlin danışıqlara başlayaq”, - Almaniya XİN rəhbəri Annalena Berbok bəyan edib.
Böyük Britaniyanın Baş naziri Boris Conson isə bildirb ki, NATO Rusiya prezidenti Vladimir Putinə alyansın onun ölkəsi üçün təhlükə olmadığı barədə zəmanət verməyə hazırdır.

Təhlükəsizlik zəmanət barədə tələb

Ukrayna ətrafında vəziyyəti gərginləşdirmək üçün Rusiyaya aid edilən planlar Moskvada qəti şəkildə rədd edilir və heç kimi təhdid etmədiklərini daim bəyan edirlər. Qeyd olunur ki, bütün bu kimi bəyanatlar Rusiya sərhədləri yaxınlığında daha çox NATO hərbi texnikasının yerləşdirilməsi üçün bəhanə kimi istifadə olunur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda qeyd edib ki, RF Ukrayna ətrafında münaqişəli vəziyyət üçün heç bir səbəb yaratmır. Onun sözlərinə görə, Rusiya Ukrayna ətrafında Qərb tərəfindən qızışdırılan isteriyanın Kiyevin Donbasla bağlı Minsk sazişlərini sabotaj etmək xəttini ört-basdır etmək məqsədi daşıdığını istisna etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya isteriyası yalan və saxtakarlıqla çərçivələnib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Stoltenberq Rusiyanı “daha çox NATO” ilə hədələdi
* Zelenski Putin və Ərdoğanla görüşmək istəyir
Xəbər lenti
0