https://sputnik.az/20220219/strateji-cilovlama-telimlerinden-goruntuler-439352594.html
Rusiya qoşunları "İskəndər", "Yars" raketlərilə təlim keçdi - VİDEO
Rusiya qoşunları "İskəndər", "Yars" raketlərilə təlim keçdi - VİDEO
Sputnik Azərbaycan
Rusiya Müdafiə Nazirliyi strateji cilovlama qüvvələrinin təlimlərindən görüntülər paylaşıb.
2022-02-19T19:18+0400
2022-02-19T19:18+0400
2022-02-19T19:24+0400
video
rusiya
hərbi təlim
raket
nüvə
strateji
video görüntü
https://cdnn1.img.sputnik.az/img/07e6/02/13/439351234_0:34:644:396_1920x0_80_0_0_6b51877038b8610dbb8df68e2e50e9ee.jpg
Təlimlərdə hipersəs aeroballistik "Xəncər" raketi buraxılıb, "İskəndər" operativ-taktiki kompleksindən atışlar yerinə yetirilib, bu fonda Ty-95MC strateji bombardmançıları uçublar. Şumal və Qara dəniz donanmasının gəmi və sualtı qayıqlarından qanadlı "Kalibr" və "Sirkon" hipersəs raketləri buraxılıb.Manevrlər zamanı Plesetsk kosmodromundan Kamçatkadakı Kura poliqonuna qitələrarası ballistik "Yars" raketi də buraxılıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, manevrlər planlı xarakter daşıyır. Burada Hava Kosmik Qüvvələrinin, Cənub Hərbi Dairəsinin, Strateji Təyinatlı Raket Qoşunlarının, Şimal və Qara dəniz donanmasının qüvvə və vasitələri iştirak edir.MN-dən bildiriblər ki, strateji cilovlama təlimləri əvvəlcədən, hərbi idarəetmə orqanlarının, buraxılış-döyüş heyətlərinin, hərbi gəmilərin və strateji raketdaşıyıcıların heyətlərinin qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırlığının, o cümlədən strateji nüvə və qeyri-nüvə qüvvələrinin cəbbəxanasının etibarlılığının yoxlanılması məqsədi ilə planlaşdırılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Putin və Lukaşenko ballistik raketlərin buraxılmasını izləyirlər VİDEO* Prezidentliyimi “böyük qardaş”la məsləhətləşəcəyəm - Lukaşenko* Şoyqu Putinə ABŞ-ın sualtı qayığı ilə qarşıdurmadan danışdı - VİDEO* Rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/13/439351234_36:0:608:429_1920x0_80_0_0_7df3fc73a3c5bb7abc0d6c790289de1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya hərbi qüvvələrinin strateji cilovlama təlimlərindən video
rusiya hərbi qüvvələrinin strateji cilovlama təlimlərindən video
Rusiya qoşunları "İskəndər", "Yars" raketlərilə təlim keçdi - VİDEO
19:18 19.02.2022 (Yenilənib: 19:24 19.02.2022) Rusiya Müdafiə Nazirliyi strateji cilovlama qüvvələrinin təlimlərindən görüntülər paylaşıb. Təlimlər Rusiyanın Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi altında keçirilib.
Təlimlərdə hipersəs aeroballistik "Xəncər" raketi buraxılıb, "İskəndər" operativ-taktiki kompleksindən atışlar yerinə yetirilib, bu fonda Ty-95MC strateji bombardmançıları uçublar.
Şumal və Qara dəniz donanmasının gəmi və sualtı qayıqlarından qanadlı "Kalibr" və "Sirkon" hipersəs raketləri buraxılıb.
Manevrlər zamanı Plesetsk kosmodromundan Kamçatkadakı Kura poliqonuna qitələrarası ballistik "Yars" raketi də buraxılıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, manevrlər planlı xarakter daşıyır. Burada Hava Kosmik Qüvvələrinin, Cənub Hərbi Dairəsinin, Strateji Təyinatlı Raket Qoşunlarının, Şimal və Qara dəniz donanmasının qüvvə və vasitələri iştirak edir.
MN-dən bildiriblər ki, strateji cilovlama təlimləri əvvəlcədən, hərbi idarəetmə orqanlarının, buraxılış-döyüş heyətlərinin, hərbi gəmilərin və strateji raketdaşıyıcıların heyətlərinin qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırlığının, o cümlədən strateji nüvə və qeyri-nüvə qüvvələrinin cəbbəxanasının etibarlılığının yoxlanılması məqsədi ilə planlaşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.