https://sputnik.az/20220215/rusiya-qosunlari-telimlerden-sonra-herbi-bazalarina-qayitmaga-baslayib-439205720.html
Rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
Rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
Sputnik Azərbaycan
Rusiya Federasiyası Silahlı Qüvvələri genişmiqyaslı döyüş hazırlığı tədbirlərini davam etdirir. 15.02.2022, Sputnik Azərbaycan
2022-02-15T16:37+0400
2022-02-15T16:37+0400
2022-02-15T17:26+0400
təlim
rusiya
qoşunlar
baza
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0f/439191398_0:0:3261:1835_1920x0_80_0_0_180da74d08f52d8da21717f96798a8d5.jpg
BAKI, 15 fevral — Sputnik. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov jurnalistlərə bildirib ki, Rusiya Federasiyasının Cənub və Qərb hərbi dairələri təlimlərdən sonra qoşunlarını dislokasiya yerlnə qaytarmağa başlayıb."Cənub və Qərb hərbi dairələrinin bölmələri verilən tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatı yükləməsinə başlayıb və bu gündən öz hərbi qarnizonlarına doğru hərəkət edəcək. Ayrı-ayrı bölmələr hərbi kolonnaların tərkibində təkbaşına yürüş həyata keçirəcək", - deyə Konaşenkov bildirib.Bundan başqa, hərbi attaşelər və KİV nümayəndələri "İttifaq qətiyyəti- 2022" adlı genişmiqyaslı təlimin yekun mərhələsinə dəvət olunublar."Xarici dövlətlərin Belarus Respublikasındakı səfirliklərinin müdafiə məsələləri üzrə hərbi attaşeləri və KİV nümayəndələri praktiki tədbirlərə müşahidəçi qismində dəvət olunublar", - deyə Konaşenkov vurğulayıb.Qeyd edək ki, fevralın 10-dan 20-dək Belarus və Rusiyanın birgə "İttifaq qətiyyəti- 2022" adlı təlimləri keçirilir. Bu təlimlər çərçivəsində xarici təcavüzün qarşısının alınması və dəf edilməsi məsələləri məşq edilir. Eləcə də terrora qarşı mübarizə və İttifaq dövlətinin maraqlarını qorumaq məsələsi diqqət mərkəzindədir. Rusiya və Belarus nümayəndələri dəfələrlə bəyan ediblər ki, manevrlər müdafiə xarakteri daşıyır və heç kəsi təhdid etmir.Eyni zamanda, Rusiya Federasiyasının Silahlı Qüvvələri demək olar ki, bütün hərbi dairələrin, donanmaların və hava-desant qoşunlarının iştirak etdiyi qüvvələrin əməliyyat hazırlığı üçün genişmiqyaslı tədbirlər kompleksini davam etdirir."Dünya Okeanının əməliyyat əhəmiyyətli ərazilərində və Rusiya ərazisinə bitişik dənizlərin sularında suüstü gəmilərin, sualtı qayıqların və dəniz aviasiyasının cəlb olunduğu bir sıra dəniz təlimləri keçirilir", - deyə Konaşenkov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Şoyqu Putinə ABŞ-ın sualtı qayığı ilə qarşıdurmadan danışdı - VİDEORusiya ABŞ-ın sanksiya ideyalarına reaksiya verməyi düşünmür
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0f/439191398_0:0:2731:2048_1920x0_80_0_0_81ed31ded44c1946344bc0a2714972ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Pavel Antonov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/15/427277000_306:-1:1056:750_100x100_80_0_0_c434ca1927bd45db8740c3fc22441b50.jpg
rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
Rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
16:37 15.02.2022 (Yenilənib: 17:26 15.02.2022) Rusiya Federasiyası Silahlı Qüvvələri genişmiqyaslı döyüş hazırlığı tədbirlərini davam etdirir.
BAKI, 15 fevral — Sputnik. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov jurnalistlərə bildirib ki, Rusiya Federasiyasının Cənub və Qərb hərbi dairələri təlimlərdən sonra qoşunlarını dislokasiya yerlnə qaytarmağa başlayıb.
"Cənub və Qərb hərbi dairələrinin bölmələri verilən tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatı yükləməsinə başlayıb və bu gündən öz hərbi qarnizonlarına doğru hərəkət edəcək. Ayrı-ayrı bölmələr hərbi kolonnaların tərkibində təkbaşına yürüş həyata keçirəcək", - deyə Konaşenkov bildirib.
Bundan başqa, hərbi attaşelər və KİV nümayəndələri "İttifaq qətiyyəti- 2022" adlı genişmiqyaslı təlimin yekun mərhələsinə dəvət olunublar.
"Xarici dövlətlərin Belarus Respublikasındakı səfirliklərinin müdafiə məsələləri üzrə hərbi attaşeləri və KİV nümayəndələri praktiki tədbirlərə müşahidəçi qismində dəvət olunublar", - deyə Konaşenkov vurğulayıb.
Qeyd edək ki, fevralın 10-dan 20-dək Belarus və Rusiyanın birgə "İttifaq qətiyyəti- 2022" adlı təlimləri keçirilir. Bu təlimlər çərçivəsində xarici təcavüzün qarşısının alınması və dəf edilməsi məsələləri məşq edilir. Eləcə də terrora qarşı mübarizə və İttifaq dövlətinin maraqlarını qorumaq məsələsi diqqət mərkəzindədir. Rusiya və Belarus nümayəndələri dəfələrlə bəyan ediblər ki, manevrlər müdafiə xarakteri daşıyır və heç kəsi təhdid etmir.
Eyni zamanda, Rusiya Federasiyasının Silahlı Qüvvələri demək olar ki, bütün hərbi dairələrin, donanmaların və hava-desant qoşunlarının iştirak etdiyi qüvvələrin əməliyyat hazırlığı üçün genişmiqyaslı tədbirlər kompleksini davam etdirir.
"Dünya Okeanının əməliyyat əhəmiyyətli ərazilərində və Rusiya ərazisinə bitişik dənizlərin sularında suüstü gəmilərin, sualtı qayıqların və dəniz aviasiyasının cəlb olunduğu bir sıra dəniz təlimləri keçirilir", - deyə Konaşenkov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.