Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Lukaşenko ballistik raketlərin buraxılmasını izləyirlər VİDEO

© Photo : Northern Fleet Press Service / Mediabanka keçidBallistik raketin strateji kreyserdən buraxılması
Ballistik raketin strateji kreyserdən buraxılması - Sputnik Azərbaycan, 1920, 19.02.2022
Abunə olmaq
Rusiyanın nüvə triadasının iştirakı ilə strateji cilovlama təlimləri başlayıb.
BAKI, 19 fevral – Sputnik. Rusiya Prezidenti Vladimir Putin nüvə triadasının iştirakı ilə təlimlərə start verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə prezidentin sözçüsü Dmitri Peskov məlumat verib.
V.Putin belarus həmkarı Aleksandr Lukaşenko ilə situasiya mərkəzindən ballistik raketlərin buraxılmasını izləyirlər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, manevrlər planlı xarakter daşıyır. Burada Hava Kosmik Qüvvələrinin, Cənub Hərbi Dairəsinin, Strateji Təyinatlı Raket Qoşunlarının, Şimal və Qara dəniz donanmasının qüvvə və vasitələri iştirak edir.
MN-dən bildiriblər ki, strateji cilovlama təlimləri əvvəlcədən, hərbi idarəetmə orqanlarının, buraxılış-döyüş heyətlərinin, hərbi gəmilərin və strateji raketdaşıyıcıların heyətlərinin qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırlığının, o cümlədən strateji nüvə və qeyri-nüvə qüvvələrinin cəbbəxanasının etibarlılığının yoxlanılması məqsədi ilə planlaşdırılıb.
Qeyd edək ki, dünən, fevralı 18-də Lukaşenko ilə Putin Moskva Kremlində 2,5 saatlıq görüş keçiriblər. Müxtəlif məsələlərlə yanaşı, onlar birgə təlimləri də müzakirə ediblər.
““İttifaq qətiyyəti-2022” təlimlərinə birgə yüksək qiymət verdik. Təlimlərin aktiv fazası Belarusda fevralın 20-dək davam edəcək. Bildirməliyəm ki, bu təlimlər sırf müdafiə xarakteri daşıyır”, - deyən Putin vurğulayıb ki, bu təlimlər heç kimi təhdid etmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Prezidentliyimi “böyük qardaş”la məsləhətləşəcəyəm - Lukaşenko
* Şoyqu Putinə ABŞ-ın sualtı qayığı ilə qarşıdurmadan danışdı - VİDEO
* Rusiya qoşunları təlimlərdən sonra hərbi bazalarına qayıtmağa başlayıb
Xəbər lenti
0