https://sputnik.az/20220218/prezidentliyimi-boyuk-qardasla-meslehetlesecem---lukasenko-439331473.html
Prezidentliyimi “böyük qardaş”la məsləhətləşəcəyəm - Lukaşenko
Prezidentliyimi “böyük qardaş”la məsləhətləşəcəyəm - Lukaşenko
Sputnik Azərbaycan
Lukaşenko ilə Putinin görüşü bu gün Moskva Kremlində keçib. Danışıqlar iki saat yarım davam edib. 18.02.2022, Sputnik Azərbaycan
2022-02-18T20:47+0400
2022-02-18T20:47+0400
2022-02-18T21:16+0400
rusiya
belarus prezidenti aleksandr lukaşenko
rusiya prezidenti vladimir putin
görüş
müzakirə
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439325872_0:652:1747:1635_1920x0_80_0_0_abd82b735c7031e6067ebe248941b0b8.jpg
BAKI, 18 fevral – Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, öz prezidentliyi barədə rusiyalı həmkarı Vladimir Putinlə məşvərət edəcək.Lukaşenko ilə Putinin görüşü bu gün Moskva Kremlində keçib. Danışıqlar iki saat yarım davam edib.İttifaq proqramı müzakirə edilibLukaşenko deyib ki, Putinlə görüşündə ittifaq proqramlarının reallaşdılrılmasını, o cümlədən vergi və gömrük sahələrini müzakirə ediblər.“İttifaq Dövlətinə inteqrasiya məsələsini diqqətdən kənarda qoymadıq. Ali İttifaq Dövləti haqda dekretin imzalanmasından 4,5 ay keçir. Orada 2021-2023-cü illərdə İttifaq Dövlətinin yaradılması müqaviləsinin müddəalarının gerçəkləşdirilməsinin əsas istiqamətləri və 28 ittifaq proqramı yer alır. O proqramların yerinə yetirilməsində təxminən 30% irəliləmişik”, - Lukaşenko söyləyib.Rusiya ilə Belarusu ayıra bilməyəcəklərBelarus prezidenti deyib ki, Qazaxıstandakı hadisələr birləşməyə köklənmiş ölkələri, o cümlədən Rusiya ilə Belarusu ayırmağın mümkün olmadığını göstərdi.“Vladimir Vladimiroviç dedi ki, bizi ayırmağa çalışırlar, mən onunla tam razıyam. Tək Rusiya ilə Belarusu deyil, digər birləşməyə köklənmiş ölkələri də ayrımaq istəyirlər. Amma bu o yol deyil, heç nə alınmayacaq, buna Qazaxıstan sübutdur. Bunu qiymətləndiririk”, - Lukaşenko deyib.Rusiya-Belarus təlimləriLukaşenko ilə danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin deyib ki, hər ikisi Rusiya-Belarus hərbi təlimlərini yüksək qiymətləndirib.Hibrid müharibəyə sinə gərəcəklərAleksandr Lukaşenko deyib ki, RF və Belarus birlikdə hibrid müharibəyə qarşı mübarizə aparacaq və qalib olacaqlar.“Biz belaruslar və rusların bu hibrid müharibəni dəf edəcəyi, qalib gələcəyi aydındır. Görürük ki, sənayedə kooperasiya güclənib, ikitərəfli ticarətin strukturunda isə onlarla yeni məhsul yaranıb, xarici ticarət axınlarımız necə diversifikasiya olunur. Dünya böyükdür, bütün darvazalardan qıfıl asa, bütün nəqliyyat yollarını da bağlaya bilməzsən”, - Lukaşenko deyib.Sanksiya müharibəsiLukaşenko ilə Putin sanksiyalara qarşı müqaviməti də müzakirə ediblər.“Sanksiya müharibəsində irəli atılanlar daha çox ziyan görəcəklər. Biz bu məsələyə xüsusi diqqət ayırdıq, çünki bizə qarşı başladılan bu quldurluq, iqtisadi müharibə çox baha başa gəlir. Əlbəttə, artıq o sanksiyalara qarşı gəlməyi, möhkəmlənməyi öyrənmişik, ölkələrimiz arasındakı mal mübadiləsi də bunu sübut edir, buna rəğmən sanksiya təzyiqinə müqavimətə çox diqqət ayırmalıyıq”, - Lukaşenko bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439325872_0:614:1747:1924_1920x0_80_0_0_a93fb3815e617647e6a47502949cc147.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lukaşenko rusiya prezidenti ilə nələri müzakirə edib?
lukaşenko rusiya prezidenti ilə nələri müzakirə edib?
Prezidentliyimi “böyük qardaş”la məsləhətləşəcəyəm - Lukaşenko
20:47 18.02.2022 (Yenilənib: 21:16 18.02.2022) Lukaşenko ilə Putinin görüşü bu gün Moskva Kremlində keçib. Danışıqlar iki saat yarım davam edib.
BAKI, 18 fevral – Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, öz prezidentliyi barədə rusiyalı həmkarı Vladimir Putinlə məşvərət edəcək.
“Mənim prezidentliyimə gəldikdə, indi “böyük qardaş”la məsləhətləşib qərar verəcəyik. Niyə narahat olursunuz? Hər şey yaxşı olacaq”, - bu gün Putinlə görüşündən sonra Lukaşenko jurnalistlərə deyib.
Lukaşenko ilə Putinin görüşü bu gün Moskva Kremlində keçib. Danışıqlar iki saat yarım davam edib.
İttifaq proqramı müzakirə edilib
Lukaşenko deyib ki, Putinlə görüşündə ittifaq proqramlarının reallaşdılrılmasını, o cümlədən vergi və gömrük sahələrini müzakirə ediblər.
“İttifaq Dövlətinə inteqrasiya məsələsini diqqətdən kənarda qoymadıq. Ali İttifaq Dövləti haqda dekretin imzalanmasından 4,5 ay keçir. Orada 2021-2023-cü illərdə İttifaq Dövlətinin yaradılması müqaviləsinin müddəalarının gerçəkləşdirilməsinin əsas istiqamətləri və 28 ittifaq proqramı yer alır. O proqramların yerinə yetirilməsində təxminən 30% irəliləmişik”, - Lukaşenko söyləyib.
Rusiya ilə Belarusu ayıra bilməyəcəklər
Belarus prezidenti deyib ki, Qazaxıstandakı hadisələr birləşməyə köklənmiş ölkələri, o cümlədən Rusiya ilə Belarusu ayırmağın mümkün olmadığını göstərdi.
“Vladimir Vladimiroviç dedi ki, bizi ayırmağa çalışırlar, mən onunla tam razıyam. Tək Rusiya ilə Belarusu deyil, digər birləşməyə köklənmiş ölkələri də ayrımaq istəyirlər. Amma bu o yol deyil, heç nə alınmayacaq, buna Qazaxıstan sübutdur. Bunu qiymətləndiririk”, - Lukaşenko deyib.
Lukaşenko ilə danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin deyib ki, hər ikisi Rusiya-Belarus hərbi təlimlərini yüksək qiymətləndirib.
““İttifaq qətiyyəti-2022” təlimlərinə birgə yüksək qiymət verdik. Təlimlərin aktiv fazası Belarusda fevralın 20-dək davam edəcək. Bildirməliyəm ki, bu təlimlər sırf müdafiə xarakteri daşıyır”, - deyən Putin vurğulayıb ki, bu təlimlər heç kimi təhdid etmir.
Hibrid müharibəyə sinə gərəcəklər
Aleksandr Lukaşenko deyib ki, RF və Belarus birlikdə hibrid müharibəyə qarşı mübarizə aparacaq və qalib olacaqlar.
“Biz belaruslar və rusların bu hibrid müharibəni dəf edəcəyi, qalib gələcəyi aydındır. Görürük ki, sənayedə kooperasiya güclənib, ikitərəfli ticarətin strukturunda isə onlarla yeni məhsul yaranıb, xarici ticarət axınlarımız necə diversifikasiya olunur. Dünya böyükdür, bütün darvazalardan qıfıl asa, bütün nəqliyyat yollarını da bağlaya bilməzsən”, - Lukaşenko deyib.
Lukaşenko ilə Putin sanksiyalara qarşı müqaviməti də müzakirə ediblər.
“Sanksiya müharibəsində irəli atılanlar daha çox ziyan görəcəklər. Biz bu məsələyə xüsusi diqqət ayırdıq, çünki bizə qarşı başladılan bu quldurluq, iqtisadi müharibə çox baha başa gəlir. Əlbəttə, artıq o sanksiyalara qarşı gəlməyi, möhkəmlənməyi öyrənmişik, ölkələrimiz arasındakı mal mübadiləsi də bunu sübut edir, buna rəğmən sanksiya təzyiqinə müqavimətə çox diqqət ayırmalıyıq”, - Lukaşenko bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.